Banklar devalvasiya ilə bağlı şayiələrdən sui-istifadə edir?

21 avqust, 2024 12:03

Azərbaycanda mövcud qaydalara görə, xarici valyutada illik faiz dərəcəsi 2.5%, milli valyutada isə 12% olan əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunur. Sığortalanmış əmanət qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

Əmanətlərin sığortalanması mexanizmi fiziki şəxsin ƏSF-nin üzvü olan bankı seçməsi ilə başlayır. Sonra isə əmanət üzrə illik faiz dərəcəsinin ƏSF tərəfindən elan edilən faiz dərəcəsinə və əmanət limitinə uyğun olmasının müəyyən edilməsidir. Əmanətçi ilə bank arasında müqavilə rəsimləşdikdən sonra üzv banka yerləşdirilən əmanət qorunan əmanət hesab edilir.

Ancaq Azərbaycanda bəzi banklar vətəndaşlara xarici valyutada qoyulan əmanətlərə 3-4 faiz, bəzən daha yuxarı gəlir təklif edir. Bir çox ekspert iddia edir ki, banklar Azərbaycanda devalvasiya ilə bağlı yayılan şayiələrdən sui-istifadə edir.

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ümumiyyətlə, əmanətlərin sığortalanması ilə bağlı proses müvafiq qanunvericiliklə tənzimlənir:

“Burada mütləq şəkildə həm illik faiz dərəcələrinə, həm də məbləğin həcminə görə müəyyən şərtlər qoyulur. Yəni fiziki şəxslər üçün qorunan əmanətlərin həcmi yüz min manatdır. Bu, limitsiz ola bilməz. Fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə isə qorunan məbləğ isə 20 min manatdır. Göründüyü kimi burada müəyyən sərhədlər müəyyənləşdirilib. Eyni zamanda faizlər də sərhədlərin müəyyənləşməsinə bağlıdır”.

Ekspert vurğulayıb ki, hansısa bank daha yuxarı faiz təklif edirsə, birnmənalı olaraq, burada risk faktorunun olduğu nəzərə alınmalıdır:

"Risk faktoru nə qədər çoxdursa, kredit və depozitlər də oxşar vəziyyətdə çox olur. Hər bir əmanətçi bilməlidir ki, yatırdığı əməliyyatlara daha yüksək faiz tələb olunursa, burada müəyyən qədər risk vardır. Eyniylə əmanət faizlərinin aşağı olması, risk faktorunun aşağı olmasının göstəricisidir. Əmanət faizləri nə qədər aşağıdırsa, risk də bir o qədər aşağıdır. Hazırda xarici valyutada illik faiz dərəcəsi 2.5% olan əmanətlər, milli valyutada isə illik 12 faiz olan əmanətlər sığortalanır. Bu, tamamilə normal haldır”.

E.Əmirov qeyd edib ki, əmanət faizini yuxarı qaldıran banklara qarşı hər hansı addımın atılması qanunvericilik baxımından mümkün deyil:

“Buna cəhd olunması belə iqtisadi baxımdan doğru deyil. Bazarda qiymətləri tərəflər özləri tənzimləyir. Bu, bazarın yaratdığı reallıqdır. Bu barədə əmanətçi özü düşünməlidir”.

Hüquqşünas Əkrəm Həsənov da deyir ki, banklar tərəfindən yüksək əmanət faizinin təklif edilməsi qanun pozuntusu deyil:

“Hazırda milli valyutada illik faiz dərəcəsi 12 faiz olan əmanətlər sığortalanır. Amma istəsələr, 12 faizdən yuxarı da əmanətlər qəbul edə bilərlər. Artıq sadəcə olaraq, vətəndaşa xəbərdarlıq edilməlidir ki, “bax ha, bu, sığortalanan, qorunan deyil". Vətəndaş daha çox qazanc əldə etmək üçün buna gedə bilər. Bəzi bankların daha yüksək əmanət faizi təklif etməsi onların vəsait çatışmazlığı ilə əlaqəlidir. Onlara pul lazımdır. Beləliklə, banklar insanların pul qazanmaq hərisliyindən istifadə etmək istəyirlər. Bu, adi haldır. Devalvasiya ilə bağlı söz söhbətlər var, amma elə də geniş yayılmayıb. Təbii ki, insanlarımız son illər vəsaitlərini milli valyuta ilə qoyurlar. Çünki milli valyutada daha çox gəlir əldə edə bilirlər. Xarici valyutada yox. Təbii ki, xarici valyutada gəlir artdıqca, ona yönələcəklər”(modern.az). 

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

12 yanvar

13:22 - Rövşən Rzayev və Əli Həsənli şirkəti "ailə podratı"na çevirib?

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi15:22 - ABŞ-dən Ermənistana İranla bağlı tələb15:16 - Avropa sərhədimizdəki müşahidəçiləri geri çəkmək istəmir

08 yanvar

12:42 - Rusiyada növbəti "Kovyor" - Bakı-Kazan reysi ləğv edildi" 12:40 - İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi12:38 - "İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır" - Nagel Komitəsi

07 yanvar

12:21 - Ukraynanın gələcəyi ilə bağlı bədbin proqnoz... - "Washington Post"12:14 - Fransız casusla bağlı ittiham aktı elan olundu12:13 - Döşək üstündə bayraq qaldıranların "lotu"luğu...12:12 - "Qara qutu”"ar tam açıldı, məlumatlar Qazaxıstana göndərildi

06 yanvar

12:21 - Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü 12:20 - Ermənistanın Rusiyaya yolu tam bağlandı12:16 - Azərbaycanda seçkiqabağı təşviqat başladı12:12 - Kreditlərlə bağlı yeni qaydalar: hansı təşkilatların lisenziyasi ləğv olunacaq? - ARAŞDIRMA

03 yanvar

15:13 - Bələdiyyələrin 6 milyon manat borcu var - Kim ödəyəcək?