Azərbaycanda musiqi məktəblərinin məhv edilməsi kimlərə lazımdır?

21 avqust, 2024 14:07

Musiqi məktəbləri ilə bağlı əldə etdiyim məlumatların doğruluğuna əmin olmasaydım və bu sahədə atılan neqativ addımların həqiqi hədəflərini təxmin edə bilməsəydim, bu kiçik məqaləni də qələmə almazdım.

Hədəf - gələcəkdə Azərbaycanda “intellektual şəxsiyyət problem” yaratmaq, yeni nəslin nümayəndələrinin fiziki və mənəvi harmoniyasını  pozmaq, şikəst nəsil formalaşdırmaq və onların zərərli vərdişlərə daha tez aludə olmasını təmin etməkdir. Heç şübhəsiz, musiqinin insan həyatında və şəxsiyyətin formalaşmasındakı rolunu təhlil etsək, musiqi olmadan (və yaxud ölkədə musiqi məktəblərinin mövqeyini ciddi dərəcədə azaltsaq) hansı təhlükələrlə üz-üzə qalacağımızı təxmin etmək elə də çətin deyil. Mən pis vərdişləri təbliğ edən musiqilərdən yox, musiqi məktəblərindən danışıram.

Azərbaycanda musiqi məktəbləri Mədəniyyət Nazirliyinə tabedir. Yəni, musiqi məktəbləri də başda olmaqla, Nazirlik musiqinin, incəsənətin və mədəniyyətin keşiyində durmalıdır. Torpaqlarımızın keşiyində duran əsgər-zabitin funksiyası nədirsə, Mədəniyyət Nazirliyi də mədəniyyət sahəsində eyni funksiyanı yerinə yetirməlidir. Yeri gəlsə, “şəhid” olmalıdır. Amma mənzərə fərqlidir. Əbülfəs Qarayevdən sonra nazir vəzifəsinə gətirilən Anar Kərimov bu sahədəki problemləri daha da dərinləşdirdi, mədəniyyət və incəsənət sahəsində aqressiya qudurğanlıq hökm sürməyə başladı. Hazırki nazir Adil Kərimli mövcud problemləri görməli və musiqi məktəblərinin əhəmiyyətinin azaldılması istiqamətində atılan addımları tormozlamağı bacarmalıdır. Bəlkə də görür, amma əyləc öz əlində deyil.

Bu, birmənalıdır - musiqi məktəblərinin əhəmiyyətinin azaldılması Azərbaycan xalqının genefonduna, milli təfəkkürünə, fiziki və mənəvi varlığına qarşı həyata keçirilən planların bir tərkib hissəsi kimi çıxış edir.

Bunlar hansı planlardır?

 - Narkomaniyanın və narkotik maddələrin dövriyyəsi

- Paralel olaraq, cinayətkarlığın səviyyəsinin ilbəil artması (narkotik, dələduzluq, oğurluq, silahlanma, kriminal aləmə meyllilik, dini radikallaşma və s.)

- Təhsil sisteminin ictimai əhəmiyyətinin itirilməsi, inamsızlıq, təhsilin ideoloji-milli çərçivədən çıxması, gələcəkdə heç bir perspektiv vəd etməməsi

Bütün bu amillər Azərbaycan xalqının genefondunu məhv etmək üçün düşünülmüş və ciddi cəhdlə həyata keçirilən, oturuşan planlardır. Məhz belə bir məqamda uşaqların musiqidən kənar tutmaq üçün atılan addımlar və musiqi məktəblərinin əhəmiyyətini azaltmaq eyni dərəcədə cinayət tərkibi sayıla bilməzmi?! Bilər! Çünki musiqi uşaqları zərərli vərdişlərdən çəkindirir və şəxsiyyətin formalaşmasını təmin edir. Şəxsiyyət ola yerdə oğurluq, dələduzluq, kənar təsirlərin altına düşmək riski, narkomanlıq minimuma enir.

Azərbaycanda uşaqlar arasında da cinayətkarlığın səviyyəsinin ilbəil artması heç kəsə sirr deyil. Statistikaya görə, 2021-ci illə müqayisədə 2022-ci ildə uşaqlar arasında cinayətlərin sayı 24,1% artaraq 433-ə çatıb. 2023-cü ildə ölkədə cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14,1% artıb. Eləcə də, ölkədə cinayətkarlığın səviyyəsi və hüquqpozmalara görə axtarışda olan şəxslərin sayı artmaqdadır. Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 8 min 106 nəfər müxtəlif hüquqpozmalara görə axtarışda olub. Əvvəlki illə müqayisdə axtarışda olan şəxslərin sayı 14% və ya 988 nəfər artıb. Bu ilin əvvəlinə olan məlumata görə, 2 min 311 nəfər dələduzluğa görə axtarışda olub. Onların sayı 2020-ci ildə 428 nəfər olub. Son bir ildə isə onların sayı 38,5% artıb. 2010-cu illə müqayisədə narkotik vasitələrlə bağlı cinayətlərin sayı 3,2 dəfə, oğurluqla bağlı cinayətlərin sayı 80%, dələduzluqla bağlı cinayətlərin sayı isə 4,7 dəfə artıb. 2010-2023-cü illərdə qadınlar tərəfindən törədilən dələduzluq halları 3,8 dəfə, uşaqlar (14-17 yaş) tərəfindən törədilən dələduzluq halları isə 4,4 dəfə artıb.

Musiqi məktəbərindəki problemlər və onların detalları barədə kifayət qədər yazmaq olar. Amma o məsələlərə toxunmuram. Məqələni yazmaqda məqsədim musiqi məktəblərinə olan total münasibətin yarada biləcəyi riskləri göstərməkdir. Öncə münasibət dəyişməlidir, daha sonra nəinki mövcud problemləri həll etmək, həm də musiqi məktəblərinin sayını artırmaq lazımdır. Azərbaycan yalnız Bakıdan ibarət deyil, elə regionlarımız var ki, orada musiqi məktəbi yoxdur. Uzağa getməyək, lap elə Bakının bir sıra kənar qəsəbə və kəndləri də musiqi məktəblərindən məhrum edilib.

Müəllif: Samir Feyruzov

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

12 yanvar

13:22 - Rövşən Rzayev və Əli Həsənli şirkəti "ailə podratı"na çevirib?

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi15:22 - ABŞ-dən Ermənistana İranla bağlı tələb15:16 - Avropa sərhədimizdəki müşahidəçiləri geri çəkmək istəmir

08 yanvar

12:42 - Rusiyada növbəti "Kovyor" - Bakı-Kazan reysi ləğv edildi" 12:40 - İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəldi12:38 - "İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır" - Nagel Komitəsi

07 yanvar

12:21 - Ukraynanın gələcəyi ilə bağlı bədbin proqnoz... - "Washington Post"12:14 - Fransız casusla bağlı ittiham aktı elan olundu12:13 - Döşək üstündə bayraq qaldıranların "lotu"luğu...12:12 - "Qara qutu”"ar tam açıldı, məlumatlar Qazaxıstana göndərildi

06 yanvar

12:21 - Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü 12:20 - Ermənistanın Rusiyaya yolu tam bağlandı12:16 - Azərbaycanda seçkiqabağı təşviqat başladı12:12 - Kreditlərlə bağlı yeni qaydalar: hansı təşkilatların lisenziyasi ləğv olunacaq? - ARAŞDIRMA

03 yanvar

15:13 - Bələdiyyələrin 6 milyon manat borcu var - Kim ödəyəcək?