Minsk Qrupu yaya qədər buraxıla bilər

17 yanvar, 2025 11:38

Hökumət mənbələrinin məlumatına görə, Ermənistan və Azərbaycan yaya qədər ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə ərizə təqdim edəcəklər.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin əvvəlində mətbuata verdiyii geniş müsahibədə Minsk Qrupunun ləğvi tələbini bir daha səsləndirməsi Nikol Paşinyanı geri çəkilməyə, bu tələblə razılaşmağa məcbur edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya mətbuatına verdiyi müsahibəsində ilk dəfə Ermənistanla sülh sazişi layihəsinin razılaşdırılmayan maddələrinin nədən ibarət olduğunu açıqlayıb. Prezident deyib ki, bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, 2-si qalıb. Bunlar aşağıdakılardı:

- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi

- Avropa İttifaqının müşahidə missiyası adı altında Azərbaycanla sərhəddə yerləşdirilən başqa ölkələrin nümayəndələrinin çıxarılması.

Bununla yanaşı, Azərbaycanın Ermənistandan tələb edtiyi daha iki şərt var:

- Birincisi, Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur.

- İkincisi, ATƏT-in Minsk qrupunun ləğvi məsələsidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq onu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Ermənistan rəhbərliyi artıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdığını bəyan edib, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıb. Qarabağ məsələsi həll olunubsa, bu halda Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmır. Yəni, Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan da Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, məsələyə nöqtə qoyulsun”.

ATƏT-in Minsk qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli variantlarını tapmaq məqsədi ilə yaradılıb. Qrupa aşağıdakı ölkələr daxildir:

Həmsədrlər – Rusiya, Fransa və AB,
Münaqişə tərəfləri – Ermənistan və Azərbaycan;
Üzvlər - Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə.

17 yanvar

11:38 - Minsk Qrupu yaya qədər buraxıla bilər11:36 - Ağdamda 4 nömrəli yaşayış massivinin tikintisinə 161 milyon xərclənəcək11:35 - Azərbaycanda "Nürnberq prosesi" başlayır

16 yanvar

15:34 - ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə...15:32 - Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır...15:30 - Sənubər Nəzərova Departament rəhbəri təyin edildi14:31 - Gürcüstanın baş naziri Azərbaycana niyə gəlir?14:29 - Əliyev-Paşinyan görüşü keçirilə bilər14:26 - Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı - Tendersiz

15 yanvar

11:40 - ABŞ-Ermənistan strateji sazişi - TAM MƏTN11:38 - ATƏT-ə sədrik edən ölkədən Minsk Qrupu açıqlaması 11:37 - Cənubi Koreya Prezidenti həbs olundu

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi15:22 - ABŞ-dən Ermənistana İranla bağlı tələb15:16 - Avropa sərhədimizdəki müşahidəçiləri geri çəkmək istəmir

08 yanvar

12:42 - Rusiyada növbəti "Kovyor" - Bakı-Kazan reysi ləğv edildi"