ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə...

16 yanvar, 2025 15:34

Ermənistanın Rusiyadan qopması Azərbaycanın strateji maraqlarına tam uyğundur. Ermənistanın himayədarının Rusiya olması daha təhlükəli idi. Bir müddət sonra İrəvan regional birliyin təzyiqi altında qalacaq.

Bəzi yerli siyasi təşkilatlar Ermənistanla ABŞ arasında bağlanan strateji mütəffiqlik sazişinin imzalamasını Azərbaycanın uğursuzluğu kimi təqdim edirlər. Əslində isə Azərbaycan xarici siyasətinin bugünkü konturları təhlükəsizlik konsepsiyamıza tamamilə uyğundur.

Bu yerli təşkilatlar 2003-cü ildən etibarən İlham Əliyevin Qarabağı azad edə bilməyəcəyini bildirirdilər. Amma fərqli nəticə gördük.

2003-cü ildən Əliyevi hərbi ittifaqlara meyl etməməkdə, tərəfsizlikdə ittiham edirdilər. Bu tərəfsizlik vaxtilə həmin təşkilatların media resurslarında “balanslaşdırılmış siyasət” adı altında lağ edilirdi. Lakin sonrakı mərhələdə proseslər göstərdi ki, Qarabağın azad edilməsinin strateji səbəblərindən biri Azərbaycanın heç bir hərbi ittifaqa üzv olmaması və tərəfsiz qala bilməsi imiş.

2022-ci ildə Rusiya-Azərbaycan arasında imzalanan Müttəfiqlik Bəyannaməsindən sonra rus sülhməramlı qüvvələrinin Azərbaycanda birdəfəlik qalacağı istiqamətində “mötəbər” şərhlər verirdilər. Rusiya sülhməramlıları da ölkədən çıxarıldı, həm də vaxtından əvvəl.

Dünənə qədər həmin təşkilatların rəhbərləri Əliyevin Putindən asılı olduğunu qeyd edirdilər. Amma 2024-cü il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin vurulmasından sonra Əliyevin prinsipial mövqeyi, Putinin Əliyevdən üzr istəməsi, bu üzrxahlığın dünya mediasının manşetinə çevrilməsi, Əliyevin növbəti və haqlı tələbləri fərqli mənzərəni ortaya çıxarmış oldu.

Bu təşkilatlar 20 ildir Azərbaycanın xarici siyasət kursunu yanlış təhlil edirlər. Guya Azərbaycan Rusiya və ABŞ arasında seçim etməlidir. Əslində belə bir seçim yoxdur. Rusiya Azərbaycanın qonşusudur, Azərbaycan da qarşılıqlı və mehriban qonşuluq siyasətinin qurulmasında maraqlı olub və buna nail olmağı bacarıb. Burnumuzun dibində yerləşən Rusiya imperiyasına qarşı heç bir propoqandada yer ala bilmərik. Əgər bu propoqandada NATO-nun ən böyük güc mərkələrindən biri, Azərbaycanın isə əsas strateji müttəfiqi olan Türkiyə yer almadısa, biz nə üçün yer almalı idik?

ABŞ-la da münasibətlərin pozitiv istiqamətdə davam etdirilməsinə çalışdıq. Amma ABŞ Azərbaycanda inqilablar həyata keçirməyə, ölkənin bütün ictimai-siyasi təbəqəsini qrantlarla ələ almağa, bu təbəqəni öz ölkəsinə qarşı səfərbər etməyə cəhdlər etdi. Qrantlarla ikinci Gürcüstan yaratmağa təşəbbüs... Azərbaycan üçün başqa seçim qoymadı, sanki böyük pullarla “mina”lar basdırmaqla Azərbaycana qarşı təzyiq bazası formalaşdırıb. Yəni, ABŞ-ın davası demokratiya, insan hüquqları məsələləri deyil. Bu gün Rusiyada oturub Azərbaycanın dövlət suverenliyinə qarşı çağırışlar edən bircə adam yoxdur (mövsümi istisnalar olmaqla), amma Qərb ölkələri belələri ilə doludur və onları da həmin ölkələrin xüsusi xidmət orqanları himayə etməkdədir. Bütün bu baş verənlərdən sonra və əgər 20 ildir Əliyevi tənqid edən yerli siyasi təşkilatlar hələ də ölkənin kursunun hansı istiqamətdə qurulduğunu müəyyənləşdirə bilməyiblərsə, bundan sonra da çətin anlasınlar.

Ramiz Mehdiyevi Rusiyanın adamı olmaqda ittiham edən yerli siyasi təşkilalar deyə bilərlərmi ki, o, işdən çıxarılanda sonra nə üçün bircə dəfə də olsun mitinq keçirə bilməyiblər? Bəlkə elə bu mitinqləri keçirilməsinə şəait yaradan Mehdiyev idi və hakimiyyətdə özünün ehtiyac limitini artırırdı?! Bəs, Qərb prosesin harasında idi? Maliyyə Qərbin, kurasiya Rusiyanın? Qısası, Mehdiyevdən sonra da pul oldu, amma oynamağa yer olmadı.

İndi Ermənistanla ABŞ arasında bağlanan sazişi Azərbaycanın məğlubiyyəti kimi təqdim etmək nə dərəcədə məntiqlidir?

Heç şübhəsiz, bu saziş erməni ideologiyası üçün dopinq rolunu oynaya bilər. Axı biz təkcə Qarabağ azad etməmişik, həm də yüz illərdir davam edən erməni ideologiyasını da tarixin arxivinə göndərmişik. Bayden administrasiyası yanvarın 20-si yola salınır, amma tələsirlər. Belə ki, ABŞ gələn həftə “sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə” Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək. ABŞ bu sazişlə “907-ci düzəliş”i yeni formatda dizayn edir. Amma dövr o dövr deyil. Olsun, lakin bu təkcə bizim yox, həm də Rusiya və İranın məsələsidir. Rusiya heç yerə tələsmir, ABŞ-ın 20 il birtəhər əlində saxladığı Gürcüstan Rusiyanın nəzarətinə keçib. İrandan hələki konkret mövqe görmürük. Ermənistan isə manevrlərlə məşğuldur, Avropa İttifaqına üzvlüklə bağlı prosedurlar aparır, ABŞ-la, Fransa ilə strateji təhlükəsizlik müqavilələri bağlayır. Ermənstan nədən qorxur, yaxud nəyə hazırlaşır?

ABŞ-ın addımları Ermənistanı sülhə yox, müharibəyə təşviq edir.

Əvvəla, Azərbaycan Trapın birinci prezidentliyi dövründə torpaqlarını işğaldan azad edib. Əliyev çıxışlarının birində yeni administrasiya ilə münasibətlərin pozitiv şəkildə qurulacağı ilə bağlı fikirlər ifadə edib. Trampın Baydenin Ermənistanla bağlı tələsik qərarlarını icra edəcəyi də sual altındadır. Digər tərəfdən, Azərbaycanla bağlı isə başqa yol yoxdur, Azərbaycan-ABŞ arasında enerji və təhlükəsizliklə bağlı münasibətlər davam edəcək. Bu davam edəcəksə, deməli, digər məsələlərdə də razılaşma əldə olunacaq, tələblər və razılaşmalar qarşılıqlı şəkildə həyata keçiriləcək. Bir neçə gündən sonra isə Rusiya ilə İran arasında strateji sənəd imzalanacaq. Bundan sonra və tədricən region ölkələrinin münasibətlərində ciddi korrektələr ola bilər. Gec-tez “3+3” layihəsi da reallaşacaq və bütün əhəmiyyətli risklərə baxmayaraq, heç bir region ölkəsi bundan kənarda qala bilməyəcək.

Eyni zamanda, regionda əsas düyün nöqtəsi Ermənistanın sülhdən yayınmasıdır. Əgər Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanacaqsa, regionun taleyinə kifayət qədər aydınlıq və sabitlik gələ bilər. ABŞ bunu bilir, ona görə də Rusiyanın ətrafının aydınlanmasını, konfliklərin rəsmən başa çatmasını istəmir.

Müəllif: Samir Feyruzov

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"