Oqtay Əsədov da həbsə gedir - Milyardlıq varidat, əmlak sevgisi, xalqdan oğurlanan çirkli pullar...

13 fevral, 2021 11:22

Əmlak sevgisi onu haralara aparıb çıxarmayıb; eks- spikerin milyardlıq varidatı əlindən alınır?..

Ötən il, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində deputat seçilən və o gündən kölgəyə çəkilən parlamentin sabiq spikeri Oqtay Əsədovun da gözü deyəsən qapıdadır. Hər an istintaqa çağırılacağının səksəkəsini yaşayır. İri ranqlı korrupsionerlərin “içəri” göndərilməsi onu da təşvişə salıb.

Eks-spikerin təşvişi üçün çox ciddi əsaslar var. Ötən illərin mətbuatını vərəqləmək, sosial mediada yazılanlara baxmaq onun ölçüyəgəlməz biznes imperiyasının ayrı-ayrı fraqmentlərini görməyə kifayət edir. 14 il parlamentin sədri postunu tutmuş Oqtay Əsədovun bu müddət ərzində adı qarışmadığı korrupsiya əməli qalmadı. Onun deputatlarla bağlı məlumatları “dövlət içində dövlət” qurmuş Eldar Mahmudova ötürməsi də aşkar-gizli fəaliyyətinin pik nöqtəsi idi. Bəs bunu o, niyə, nəyin qarşılığında edirdi?

Mal-mülk, sərvət toplamasına “yaşıl işıq” müqabilində etməsi şübhə doğurmurdu. Kənardan belə görünürdü ki, spikerin pul hərisliyi sonsuzdur. Çox təəssüf ki, sonradan üzə çıxanlar da bu təəssüratı təsdiqləmiş oldu. Tutduğu posta rəğmən, Oqtay Əsədovun Eldar Mahmudovun qapısına getməsi illərlə deyilənlərə möhür vurmuşdu. İllərdir Oqtay Əsədov xalqdan oğurlanan pulların sərməstliyini yaşamaqdadır.

Spikerdən deputat pilləsinə enəndən sonra Milli Məclisin iclaslarına da qatılmağı özünə rəva bilmir. Sulutəpədəki imarətində oturub Türkiyədən Rusiyaya, Rusiyadan Böyük Britaniyaya uzanan böyük biznesini idarə edir. Əslində Oqtay Əsədovun korrupsiya içində itib-batdığını görmək üçün çox da uzağa getmək lazım deyil. Bu gün onun sığındığı imarətinin nataraz ölçülərinə diqqət edib, fotolarına baxmaq yetərlidir. Bütün məmur-oliqarxlara xas dəbdəbə sevgisi Oqtay Əsədovdan da yan keçməyib. Onun imarəti 3-4 hektarlıq sahədə inşa olunub. Hələ spiker olarkən imarətinin peyk görüntüləri yayılmışdı. “Bura Oqtay Əsədovun imarətidir” açıqlaması olmasaydı, görüntüləri görənlər düşünərdilər ki, ərəb şeyxlərindən birinin cah-calalına tamaşa edirlər. Ərazidə 2 günbəzli, dəbdəbə içində itib-batan imarət, çay evi, iri hovuz, yaxınlarının villaları, özəl fitnes və bilyard salonları var. Belə imarətlərdən biri də Bakının Şüvəlan kəndi ərazisindədir. Az qala, dənizin içinə girmiş həmin imarətində olduğu kimi burada da iri tennis kortu diqqət çəkir. Oqtay Əsədov Tennis Federasiyasının prezidentidir deyə, elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir. Odur ki, saysız-hesabsız imarət və villalarının hündür hasarları içində tennis kortları da mütləq şəkildə inşa olunur. Şüvəlandakı 2 hektardan artıq ərazini əhatə edən dəbdəbəli imarətin ərazisində də xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən biri açıq, digəri qapalı olan 2 tennis kortu və futbol meydançası quraşdırılıb.

Spiker postunu itirməkdə olduğu müddətdə məlum olmuşdu ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1 milyon 825 min dollara 2 otaqlı mənzil almağa razılaşıbmış. Son anda isə bu razılaşma pozulmuşdu. Bununla belə Əsədovlar ölkə xaricində bahalı mülk almaq sevdasından vaz keçməyiblər.

Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq mülkü var. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır. Həmin mülklə bağlı yayılmış sənədlərdə bildirilirdi ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Bu, o deməkdir ki, penthauzu Mehman Qocayevə bağışlayıblar. Londonda, milyarderlər məhləsində evi adama ad günü hədiyyəsi olaraq bağışlayıblar. Hədiyyəni alan isə Zemfira Əsədovadır - Qocayevin qaynanası. Penthauzu Mehman Qocayevə doğum günündə o bağışlayıb. Bakıda uşaq bağçasının müdirəsi işləyən Zemfira Əsədovanın maaşı, əlbəttə ki, penthauz əldə etməyə yetər, sadəcə maketini ala bilər. Əsədovların kürəkəni çox bahalı, yüksək sürətli avtomobillərə meyillidir. Onu adətən 12 silindrli, 200 min avro dəyəri olan AUDI A8L WW12 -də gəzən görürlər.

Bağça müdirəsinin Moskvanın Bakı küçəsindəki striptiz klub sahibəsi olması da korrupsiya əlaqələrinə susqun şahiddir. Oqtay Əsədov hələ spiker olduğu günlərdə Moskvada, Bakı küçəsində, 29 ünvanında yerləşən obyektdə xüsusi əməliyyat keçirilib. Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşları bu ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz kluba qonşuların şikayəti əsasında getmişdi. Orada narkotik maddələrin satışı ilə bağlı əməliyyat baş tutmuşdu.

Bəli, spikerin ailəsinə məxsusluğu sənədlərlə təsdiq edilən barda antinarkotik əməliyyatı gerçəkləşmişdi. Sənədlərdən görünürdü ki, “Kapriz" striptiz klub Oqtay Əsədovun həyat yoldaşı Zemfira Adil qızı Əsədovanın adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum” Qrup Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. “Arizarum” Qrup MMC 10 min rubl Nizamnamə kapitalı ilə qeydə alınıb. O dövrdə “Kapriz” striptiz klubunun real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları qiymətləndirilirdi.

Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da ( “Zəfər Palas”) yerləşir. “Triumf Palas” Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir. Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada 2 lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər.

Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira Əsədovanın aldığı mənzillərdən biri “Triumf Palas”ın 12-ci (65 nömrəli mənzil), o biri isə 37-ci mərtəbəsində (372 nömrəli mənzil) yerləşir. Əsədovların binadakı qonşuları da məşhur simalardır. Məşhur aktyor Oleq Tabakov, müğənnilər MakSim, Dima Bilan, top ulduz Lolita və digərləri Əsədovlarla qonşudurlar. Əsədovların ixtiyarında olan 65 saylı mənzilin pəncərələri üzü Kremlədir, pəncərələr döşəmədən tavana qədərdir, çox otaqlıdır, 250 kvadrat metr sahəsi var. Mənzildə fitnes və kitabxana, spa-otaq, hətta kinoteatr belə var. Oqtay Əsədovun Bakı ətrafındakı bütün imarətlərində də kinoteatr mütləq və mütləq nəzərə alınır. Mənzildə böyük salonun bir divarı boyu dünyanın məşhur şərab markalarından olan “Petrus” nümunələrindən ibarət kolleksiya düzülüb. Mənzildəki mebel təchizatına təxminən 1,2 milyon dollar xərclənib. Mənzil barokko üslubunda işlənib, cilalanıb! Əsədovlar Rusiyada taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranlara sahibdirlər.

Bəs bunca varidat sahibini narkotik satışı kimi çirkin, lakin gəlirli sahəyə meyilləndirən nədir?

Oqtay Əsədovun xalqdan oğurladığı çirkli pulları xaricdə, lap elə Rusiyada inşaat, ticarət, xidmət kimi nisbətən daha təmiz sahələrə yatırmaq imkanına malik olmasına rəğmən, niyə narkotik alverinə baş vurmasının səbəbi bilinmir. Bu gün də bu məsələ açıqdır. Əsədovlara bağlı “Kapriz”də kokain kimi “kübar” narkotikin satışının təşkili həm də Əsədovun daxili aləmindən, hərisliyinin sərhədsizliyindən xəbər verirdi.

Spiker olarkən adı deputat mandatı qarşılığında Rəfael Cəbrayılovdan 3 milyon pul alması iddiasından tutmuş Türkiyədə ekzotik quş biznesinə qədər gedib qarışmışdı. Oqtay Əsədovun ailə üzvləri xalqdan oğurladığı milyonları hesabına Türkiyədə quşların və heyvanların satışı ilə məşğul olan bir necə böyük ferma açıb. 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəslənir ki, onların bir başının qiyməti 900-1000 dollar arasında dəyişir. Məsələn, təklif edilən Miro, Türk taklası quşlarının birinin qiyməti təxminən 900 dollardır. İstanbuldakı quşxanada minə yaxın belə qiymətli quş bəslənir. Satışa çıxarılan quşlarla yanaşı, digər ev heyvanları da var.

Bu söhbət ortaya çıxarkən Türkiyədə yaşayan məmurlardan biri demişdi ki, Əsədovlar ekzotik quş və heyvanları endirimli qiymətlərlə Türkiyə Böyük Millət Məclisinin üzvlərinə təklif ediblər. Onun sözlərinə görə, Oqtay Əsədovun qohumu orda bir neçə şəxslə görüşərək, onlara yaxşı qiymətə ekzotik məhsullar təklif edib. Eks-spikerin Türkiyədə çox sayda biznes obyektlərinin olduğu da yeni xəbər deyil. Onun xalqdan oğurladığı pullar Antalyadan tutmuş Bodruma qədər, Nişantaşıdakı ofislərə, Orta Köydəki evlərə və obyektlərə qədər səpələnib.

Xalqdan illərlə milyardlar oğrulayıblar, xalqın pulunu yeyiblər, bu gün adamların əllərində talançılıqla əldə etdikəri böyük pullar var. Hansıların ki, alınması zamanıdır. Bunun üçün Səlim Müslümov kimi “içəri”yə yola salınmaları şərtdir. Öz xoşlarına xalqdan oğurladıqlarını xalqa qaytaran deyillər. Bu düstur həm də eks-spiker üçün keçərlidir...

Musavat.com

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı