"Veysəloğlu"nun ali təhsilə dəstək layihələrindən 150 şəxs faydalanır

16 sentyabr, 2024 15:30

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) təhsilə dəstəklə bağlı  töhfəsini iki istiqamət üzrə (ali təhsilə qədər və ali təhsil müddətində)  uğurla davam etdirir.  

Bu səpkidə Qrup şirkətləri birinci istiqamət üzrə,  növbəti dəfə “Gələcəyini Qur” layihəsinə qoşulub. Qeyd edək ki, Layihə 2014-cü ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və müxtəlif şirkətlərin korporativ sosial məsuliyyət siyasətləri çərçivəsində həyata keçirilir. Bu günə qədər Layihədən 1500-ə yaxın gənc və onların ailələri faydalanıb.

Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə çərçivəsində fəaliyyətlər aşağıdakı istiqamətlərdə aparılır:

- Ali məktəblərə intensiv hazırlıq
- Psixoloji dəstək
- Gənclərin inkişafına yönəlmiş tədbirlər
- Mentor dəstəyi
- İxtisas seçimi və digər işlər

Qrupunun sponsorluğu  ilə təhsilə dəstəklə bağlı ikinci istiqamət üzrə də uğurlu nəticələr əldə olunub. Belə ki, bu il ali təhsil müəsissələrinə  hazırlaşan 16 abuturientin hər biri tələbə adını qazanıb. Hazırda isə Qrup şirkətlərinin  dəstəyi ilə 43 abuturientin hazırlıq prosesi uğurla  davam edir. “Gələcəyini Qur” layihəsi çərçivəsində bu günə qədər  Qrup şirkətləri 92 gəncin ali təhsil almasına şərait yaradıb. Şirkətlər Qrupu bu layihəni növbəti illərdə də  davam etməyi hədəfləyir.

Veysəloğlu Şirkətlər Qrupu təhsilə dəstəyini şirkət daxilində də uğurla  davam etdirir. Hər il olduğu kimi, Qrup şirkətləri 2023-2024-cü tədris ilində  də bənzər ənənəni davam etdirir. Qrup bu il ali məktəblərə daxil olan 101 əməkdaşının övladlarına  təqaüd ayırıb. Şirkətlər Qrupu bu korporativ sosial məsuliyyət fəaliyyətini növbəti dərs ilində də genişləndirərək davam etdirməyi planlayır.

Hal-hazırda Şirkətlər Qrupunun ali təhsilə dəstəklə bağlı layihələrindən 150 şəxs faydalanır.

30 il yubleyini qeyd etməyə hazırlaşan Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən biridir. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna distribusiya, istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir.

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir