Mirvari Qəhrəmanlının qızı ilə İş adamı arasındakı davanın ŞOK VİDEOSU
Bir neçə gün əvvəl VMR Şirkətlər Qrupunun rəhbəri Vüsal Həsənovla Müasir Psixoologiya Mərkəzinin əməkdaşı Sara Rəhmanova arasında münaqişə yaşanmışdı. S.Rəhmanova, anası Mirvari Qəhrəmanlı və bacısı Mətanət Əzizova sosial mediada paylaşımlar edərək V.Həsənovu ittiham edirlər. Onlar iddia edirlər ki, V.Həsənov S.Rəhmanovanı təhqir edib və daha sonra işdən qovub. V.Həsənov isə heç kəsi təhqir etmədiyini, əslində S.Rəhmanovanın onu təhqir etdiyini və əlində bütün bunları sübut edən videogörüntülərin olduğunu bildirib.
Məsələni araşdırmaq üçün Post TV VMR Şirkətlər Qrupunun rəhbəri V.Həsənovdan müsahibə götürüb.
Post TV əks tərəfin, yəni S.Rəhmanovanın da fikirlərini öyrənməyə hazır olduğunu bildirir.
Post TV-nin hazırladığı müsahibəni təqdim edirik: