""OBA" marketlər şəbəkəsinin şagirdi girov götürməsi iddiası həqiqəti əks etdirmir" - AÇIQLAMA

24 yanvar, 2025 13:16

Ötən gün “OBA” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən “OBA 8” mağazasında, yanvar ayının əvvəlindən başlayaraq yetkinlik yaşına çatmamış 9-cu sinif şagirdinin mağazadan oğurluq etməsi və mağaza müdirinin bunun müqabilində valideyndən pul tələb etməsi ilə bağlı iddia araşdırılıb.

Qeyd etmək istərdik ki, mağazalarımızda təmin edilmiş təhlükəsizlik vasitələrinin dəstəyi ilə müştərilərimizin, mağazalarımızın və əməkdaşlarımızın hüquq və mənafelərini qorumaq məqsədilə daimi nəzarət aparılır.

Təəssüf ki, son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlayıb.

Mağaza müdiri, müştərinin yetkinlik yaşına çatmadığını və həmin andakı emosional, psixoloji vəziyyətini nəzərə alaraq valideynlə əlaqə saxlanmasını tələb edib. İlk olaraq müştərinin böyük qardaşı mağazaya gəlmiş və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda video görüntüləri izləyib. Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə, xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib.

Valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəymiş zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib.

Hadisə ilə bağlı kamera görüntüləri mövcuddur və zəruri görüntülər yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim ediləcək.

Mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etmədiyini bildirib:

“Ana bu məsələni öyrəndiyi zaman mağazada uşağını döydü və ağlamağa başladı. Polisə zəng etməməyim üçün çox yalvardı və göz yaşı tökdü. Mən də bir ananın hayqırtısını heçə saya bilmədim. Hər birimiz bu ölkənin vətəndaşıyıq. Bu uşaqlar bizim gələcəyimizdir. Düşündüm ki, uşaq qorxub qaça bilər və özünə hər hansı zərər yetirə bilər. Bu səbəbdən uşağın böyük qardaşı ilə birgə ananın gəlməsini gözlədik.Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək, haqlıykən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kiminsə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz”.

Qeyd etmək istəyirik ki, bu cür hallar heç bir halda arzuolunan deyil. Lakin mağaza müdiri şəxsi təşəbbüsü ilə müştərinin yeniyetmə olduğunu, valideynin övladının səhvini qəbul etdiyini və ailə vəziyyətini nəzərə alaraq məsələni yerindəcə həll etməyə çalışıb.

Buna baxmayaraq, “OBA” marketlər şəbəkəsi olaraq həm əməkdaşlarımızı, həm də valideynləri və cəmiyyəti uşaqlara düzgün dəyərlər aşılamağa çağırırıq.

Hadisənin həssas məqamlarını nəzərə alaraq, şirkətimiz gələcəkdə bu cür halların qarşısını almaq məqsədilə ictimai maarifləndirmə tədbirləri həyata keçirməyi planlaşdırır. Biz bu məsələdə ailəyə dəstək göstərməyə və anlayışlı olmağa çalışırıq.

24 yanvar

13:44 - İnternetdə yayılan danışıqlar "qara qutu" ilə uyğun gəlmir - Bozumbayev13:43 - "İrəvan hələ də müttəfiqimizdir" - KTMT13:16 - ""OBA" marketlər şəbəkəsinin şagirdi girov götürməsi iddiası həqiqəti əks etdirmir" - AÇIQLAMA11:57 - İrəvanı qorxuya salan üç ssenari - Mehridən Göyçəyə qədər11:44 - "Prezident bir imza ilə 14-cü düzəlişin mövcudluğunu ləğv edə bilməz" 11:39 - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri bu şəxs oldu

21 yanvar

15:49 - İlham Əliyev Trampı təbrik etdi15:47 - "Artsax yox, Qarabağ!" - Simonyan özü səhvini düzəltdi15:42 - İran XİN: - "Vaşinqtonla dialoqa hazırıq..."15:39 - "Çinar Park" icarə haqqını 19% qaldırdı - Nazirlik bu dəfə 1,6 milyon ödəyəcək10:54 - Mirvari Qəhrəmanlının qızı ilə İş adamı arasındakı davanın ŞOK VİDEOSU

20 yanvar

13:13 - "ABŞ İrəvanın qarantı ola bilməz, heç xəritədə tapmırlar" - Ceyms Karden13:11 - Kamran Əliyev təqsirləndirilən ermənilərin məhkəməsindən danışdı13:09 - Prezident Şəhidlər xiyabanında - FOTOLAR

17 yanvar

11:38 - Minsk Qrupu yaya qədər buraxıla bilər11:36 - Ağdamda 4 nömrəli yaşayış massivinin tikintisinə 161 milyon xərclənəcək11:35 - Azərbaycanda "Nürnberq prosesi" başlayır

16 yanvar

15:34 - ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə...15:32 - Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır...15:30 - Sənubər Nəzərova Departament rəhbəri təyin edildi14:31 - Gürcüstanın baş naziri Azərbaycana niyə gəlir?14:29 - Əliyev-Paşinyan görüşü keçirilə bilər14:26 - Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı - Tendersiz

15 yanvar

11:40 - ABŞ-Ermənistan strateji sazişi - TAM MƏTN11:38 - ATƏT-ə sədrik edən ölkədən Minsk Qrupu açıqlaması 11:37 - Cənubi Koreya Prezidenti həbs olundu

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır