"İrəvan hələ də müttəfiqimizdir" - KTMT
24 yanvar, 2025 13:43
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatına baxmayaraq, hələ də İrəvanı öz müttəfiqi hesab edir.
Bu barədə TASS-a qurumdakı mənbə danışıb.
Bundan əvvəl Ermənistan Xarici Kəşfiyyat Xidməti öz hesabatında İrəvanın 2024-cü ildə KTMT-də iştirakının dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxacağını ehtimal etməyib.
“Bəli, təşkilatın Katibliyi Ermənistan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır. Bununla belə, Ermənistanı hələ də müttəfiq hesab və İrəvanla iş rejimində əlaqə saxlamağa davam edirik”, - agentliyin həmsöhbəti qeyd edib.