İrandan 85 qəpiyə gətirilən badımcan marketlərdə 2 manata satılır
17 fevral, 2025 11:34

Ötən il Azərbaycan İrandan ümumi dəyəri 5 milyon 112 min dollar olan 10 min 206 ton, Türkiyədən isə ümumi dəyəri 241 min dollar olan 482 ton badımcan idxal edib.
İran və Türkiyədən idxal olunan 1 kiloqram badımcanın orta gömrük dəyəri 50 sent (85 qəpik) olub.
Məlumat üçün onu da bildirək ki, ötən ölkənin pərakəndə satış məntəqlərində idxal olunan badımcanın orta satış qiyməti 2 manat olub.
Qeyd edək ki, badımcana olan daxili tələbatı yerli istehsal hesabına təmin etmək mümkün olmadığı üçün xaricdən idxal edilir. Azərbaycanda il ərzində 85-90 min ton badımcan istehsal olunur.
Onu da qeyd edək ki, yerli badımcan bazarlarda idxal badımcandan daha ucuz satılır.