Prezident Xankəndidə "Bulud" hotelin açılışında iştirak etdi

19 fevral, 2025 11:48

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına görülən işlər barədə məlumat verib.

Ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcək.

Hoteldə 50 nəfər işlə təmin olunub.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri də məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların yaradılmasıdır. Artıq son illər bu istiqamətdə genişmiqyaslı işlər görülür.

Füzuli və Zəngilanda yaradılan, Laçında tikintisi davam edən beynəlxalq hava limanları, inşa olunan müasir hotellər və həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.

20 fevral

15:17 - AAYDA-nın 50 milyon nizamnamə kapitalı olan şirkətinin külli miqdarda borcu var15:13 - İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi - FOTOLAR15:06 - "İrəvan 10 noyabr bəyanatına qayıtmağı düşünmür" - Armen Qriqoryan15:02 - Azərbaycanda bəzi saytlar haker hücumuna məruz qaldı

19 fevral

11:56 - Azərbaycanda qızıl istehsalı 90%-ə yaxın artıb 11:48 - Prezident Xankəndidə "Bulud" hotelin açılışında iştirak etdi11:46 - "Sərhəd əlaqələrdə məhdudiyyət yarada bilməz" - Pezeşkian11:39 - "Rusiya Kiyevi məhv etməyə qadirdir, lakin istəmir" - Tramp11:37 - AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı hesabat dekabra qədər hazır olacaq

18 fevral

16:56 - Tikinti bazarında durğunluq - Bahalaşmaya səbəb olan nədir?16:55 - Ər-Riyad görüşü başa çatdı - ABŞ-Rusiya bu mövzularda razılaşdı16:54 - Ötən il ölkədə rüşvətlə bağlı cəmi 30 cinayət qeydə alınıb - Rəsmi

17 fevral

15:16 - Avropa liderləri bu görüşün şokundadır - Parisdə təcili toplanırlar15:12 - Ərazilərinin 30%-ni itirən Ukraynanın bu dəfə təbii sərvətləri bölünəcək - Sərsəm iddialar və real rəqəmlər15:05 - 17 milyonluq tenderin 13 milyonu bir şirkətə verilib: "Avaz Group"la AQTİ-ni nə birləşdirir? - ARAŞDIRMA14:00 - Vens Avropanı təhqir etdi - Münhendən 5 şok nəticə11:37 - Makronun adamlarının qalmaqallı korrupsiyası - Şok sənədlər 11:34 - İrandan 85 qəpiyə gətirilən badımcan marketlərdə 2 manata satılır

12 fevral

16:01 - Qəzza Türkiyə muxtariyyət kimi birləşməlidir! - Sensasion təklif15:59 - Azərbaycanda nə bahalaşıb, nə ucuzlaşıb? - SİYAHI15:57 - "Lider həmişə öz xalqına münasibətdə ədalətli olmalıdır" - Prezident

10 fevral

13:32 - Rusiya müharibəni üç müttəfiqinin dəstəyi ilə davam etdirir - NATO rəsmisi13:29 - Azərbaycana qarşı bu siyasətdən əl çəkməyəcəyik13:28 - Trampdan skandal qərar - 9 fevral "Amerika Körfəzi Günü" elan edildi13:23 - Ermənistan Naxçıvan istiqamətində nə edir? - Hazırlıqlar tamamlandı13:21 - Komissiyanın iclasları başlayır - Əfv nəzərdə tutulur

07 fevral

15:35 - Paşinyan Ağ evdə ABŞ vitse-prezidenti ilə nəyi müzakirə edib?15:31 - "Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır" - Peskov13:02 - Məşhur şərab zavodunun yarım milyon vergi borcu var imiş12:59 - "Tramp Transxəzər dəhlizinin tərəfdarı olacaq" - "Stratfor" mərkəzi