Ərazilərinin 30%-ni itirən Ukraynanın bu dəfə təbii sərvətləri bölünəcək - Sərsəm iddialar və real rəqəmlər

17 fevral, 2025 15:12

2022-ci il fevralın 24-də müharibə başlayan zaman bu müharibəni Rusiya-Ukrayna deyil, Ukrayna ərazisində aparılan Rusiya-NATO müharibəsi kimi dəyərləndirdik. Proseslər göstərdi ki, Ukrayna həqiqətən də bu müharibədə tərəf deyil, ola da bilməz, sadəcə əraziləri poliqona çevrilib. Bu günkü Ukraynanı dövlət halında quran, Kiyevi Polşanın işğalından azad edib paytaxt edən də ruslar olub. 2013-cü ilə qədər postsovet ölkələri içərisində ən yaxşı yaşayan da Ukrayna xalqı idi. Əvvəllər Ukraynanın qalib olacağını, Rusiyanın parçalanacağını yazıb danışan “siyasi şərhçilər”in, “politoloq”ların, “ekspert”lər əksəriyyəti indi “U” dönüşünə keçiblər. Hələ indi yazırlar ki, sən demə, Ukrayna əraziləri poliqon imiş. ABŞ-ın yardımları ilə Rusiyanın məhv ediləcəyini illərdir yazan bu klassik və mazaxist manqurt tör-töküntüləri indi də Trampı söyürlər. Niyə? Ona görə ki, Tramp Bayden kimi qərarlar vermir. Əslində anlamırlar ki, Trampın qərarları Bayden siyasətinin məntiqi davamıdır.

Biz indi baş verən hadisələri, məsələn, Ukraynanın iki hissəyə bölünəcəyini (2 mart 2022-ci ildə - müharibə başlayandan cəmi 1 həftə sonra) yazanda adımızı ruspərəst qoydular. Ona görə ki, tərəf saxlamadıq, soyuqqanlı təhlillər aparmalı olduq. Bu da link

https://pravda.az/news/73949

Bu ölkədə heç kəs öz işi ilə məşğul olmur, müəllim də, taksi sürücüsü də, tərçüməçi də, yazıçı-şair də, partiya sədrləri də proqnoz verir. Acınacaqlıdır...

Kütlə isə pafos istəyir, bəzi ölkələrin xaotik tərzdə aşağılanmasını istəyir. Bu pafosu da onlara kimlərin vasitəsilə vermək olardı? Təbii ki, vaxtilə AXCP-nin və müxtəlif milliyyətçi qurumların şinelindən çıxan bugünkü siyasətçilərin, jurnalistlərin, USAİD-dən, ABŞ səfirliyindən maliyyələşən ekspertlərin vasitəsilə... Müharibənin 3-cü ili tamam olacaq. "Ekspert”lər bu müddət ərzində özlərini doğrultmadılar, telekanallarda, saytlarda sərsəm proqnozlarla çıxış etdilər, mütaliəli, praqmatik fikirlər söyləyən insanları xain, rus agenti adlandırdılar. Heç bir proqnozu doğrulmayan, tərəf nümayiş etdirən bu siçan sürüsünün üzünə tv-lərin qapıları bağlanmalıdır, saytlar onlardan açıqlamalar almamalıdır. Özlərini rüsvay etdilər, kütləni də doladılar. Qandıqları bu qədərdir, qınamaq da olmur. Başlarını itiriblər, Facebook vasitəsilə sarsaq statuslarla Zelenskiyə dəstək nümayiş etdirirlər. Facebookun əsl sahibi isə Rusiyanın yanındadır. Müharibə başlayanda dünyanın yarıdan çoxunda Facebook Ukrayna bayraqları ilə bəzədilmişdi, “slava Ukraini” yazılırdı... Amma Ukrayna param-parça oldu. Dəsti-xətt isə dəyişməyib...

https://www.facebook.com/story.php?story_fbid=2577599405742567&id=100004775975410&rdid=EYHMllQhAlfLm8bU#

İndi keçək “U” dönüşlü şəxslərin sərsəm iddialarına və real rəqəmlərə. Qalib kimdir?

Bildirilir:

“Putin hesab edirdi ki, Kiyevi 3 günə alacaq” - Bu nəzəri iddia ilə çıxış edənlər anlamırlar ki, Putinin əsas hədəflərindən biri Şərqi Avropanın sərhədlərini hərbi yolla dəyişmək idi. Bunun üçün də Kiyevi almaq yox, Ukraynanın Şərq hissəsinə nəzarəti ələ keçirmək vacib idi. Çinin nəhəng beyin mərkəzləri hesab edir ki, Avropanın sərhədlərinin hərbi yolla dəyişilməsi projesi 98% tamamlanıb. Sırf bu sərhədlərin qorunması üçün təkcə kəşfiyyat işlərinə xərclənən vəsait 50 milyard təşkil edir. Avropa Kiyevi yox, öz sərhədlərini qorumağa çalışırdı, amma alınmadı. İrpinə qədər irəliləyən ruslar paytaxtı dağıdıcı hücumlara məruz qoymaqla, Kiyevi tutmaq üçün yox, təhlükənin miqyasını böyütmək və müharibəni uzatmaq üçün imkanlar yaratdı. Bu, ABŞ-ın da strateji hədəflərinə tam cavab verirdi. Kiyevi yəhudilər satın almalı idilər və belə də oldu. Bu gün Kiyevin bütün önəmli əraziləri yəhudilər tərəfindən özəlləşdirilib.

Bildirilir:

Bu günə qədər müharibənin davam etməsi Ukraynanın dirənişinin nəticəsidir. Bu nəzəri iddia ilə çıxış edənlərə xatırlatmaq istəyirəm ki, 2024-cü ilin dekabr ayının statistikasına görə, Ukraynanın dövlət borcu ÜDM-nin 92%-nə çatıb və 7 trilyon qrivna, yəni 165,1 milyard dollar təşkil edib. Hazırda 180 milyarda yaxınlaşdığı bildirilir. Dəhşətli rəqəmdir. Müqayisə üçün deyim ki, 2021-ci ildə Ukraynanın dövlət borcu ÜDM-nin cəmi 49%-ni təşkil edib. Bundan başqa, BVF və digər təşkilatlar əsas donor kimi Ukraynaya kreditlər ayırıblar. G7 ölkələri 50 milyard dollar kredit ayıracağını bəyan etmişdi. Bu pulları kim ödəyəcək? Uzun illər boyu və təbii ki, Ukrayna! Amma necə? Sərvətlərini, uran yataqlarını ABŞ və Avropa ölkələrinin sərəncamına verməklə... Başqa cür ola da bilməz. ABŞ və NATO ölkələrinin ayırdıqları hərbi yardımların təxminən 20-30%, maliyyə yardımlarının isə 50-60%-i mənimslənilib və bununla bağlı heç bir hesabatlılıq da yoxdur. Müharibənin uzanması ümumən dünyada gedən proseslərin əsas tərkib hissəsi kimi planlaşdırılıb, dünya yenidən bölünəndən sonra müharibə də dayanacaq.

ABŞ və digər ölkələr Ukraynaya etdikləri hərbi-maliyyə yardımlarının min qatını əldə edəcəklər. Ukraynanın qərbi Avropanın və ABŞ-ın, şərqi isə Rusiyanın olacaq.

Məğlubiyyət başqa necə olur?!

- Ukrayna təxminən Cəubi Qafqaz böyüklükdə ərazilərini, torpaqlarının təxminən 30%-ni itirib.

- Əhalinin yarısından çoxu - 23,7 milyon insan öz ölkəsini tərk edib.

- Dövlət təxminən 60 ölkəyə, onlarla beynəlxalq quruma, ABŞ-a, Aİ-yə borclandırılıb.

-Dövlət səhmləri müxtəlif ölkələrin nəhəng sindikatları tərəfindən tamamilə özəlləşdirilib.

- Ordunun xalqdan ibarət resursları hazırda 10-15% təşkil edir.

- Təxminən 30 ölkənin hərbçiləri, müxtəlif muzdlu təşkilatlarının qərargahları ölkənin müxtəlif bölgələrində qurulub.

Əraziləri parçalanan Ukraynanın indi də təbii sərvətlərini bölünəcək.

Müharibə növbəti və gözlənilməz fazaya daxil olub. Bu dəfə Rusiya-ABŞ Avropaya qarşı eyni nöqtədən çıxış edir. Ukraynanın bitib-tükənməz təbii ehtyatları var:

“Forbes” jurnalı Ukraynadakı mineral ehtiyatları 15 trilyon dollar (Donbas və Dnepropetrovsk) dəyərində qiymətləndirib, “Dixi Group” beyin mərkəzi isə Ukraynanın litium ehtiyatlarının 500 min ton təşkil etdiyini yazır.

Bu ehtiyatlar Avropanın enerji asılılığının aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər. "Avropasız danışıqlar masası olmaz" tələbinin də hədəfi budur. Zelenski də Ukraynanın sərvətləri ABŞ və Avropa ölkələrinin istismarına verməyə hazır olduğunu bildirir.

Türkiyənin XİN rəhbəri hakan Fidan daha dəqiq ifadə edib: "Ukrayna münaqişəsinin tərəfləri Ukraynanın ərazi bütövlüyü ilə bağlı bir sıra xoşagəlməz qərarlar qəbul etməli olacaqlar...".

İngilisdilli və rusdilli nəşrlər Qərb ekspertlərinə istinadən yazır ki, 2022-2024-cü illər ərzində Rusiya Ukraynanın neft yataqlarını 17%, ilitum yataqlarının 45%, qaz yataqlarının isə 24% fazini ələ keçirib.

Rusiya Ukraynaya yox, Avropaya qalib gəldi. Birinci və İkinci Dünya Müharibələrində olduğu kimi, mürəkkəb və mükəmməl oyun Rusiyanın daha çox hərbi-siyasi, ABŞ-ın iqtisadi qələbəsini təmin etdi. Tarixdə növbəti dəfə Avropa Rusiyanın əli ilə məğlub edilərək ABŞ-ın orbitinə daxil edildi.

Avropanın Ukraynaya qoşun yeritməsi daha böyük təlatümlərə yol açacaq və onsuz da hazırda mövcud olmayan Ukrayna dövlətinin yenidən bölüşdürülməsinin son möhürü olacaq.

Necə deyərlər, komediya bitmək üzrədir...

Müəllif: Samir Feyruzov

20 fevral

15:17 - AAYDA-nın 50 milyon nizamnamə kapitalı olan şirkətinin külli miqdarda borcu var15:13 - İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi - FOTOLAR15:06 - "İrəvan 10 noyabr bəyanatına qayıtmağı düşünmür" - Armen Qriqoryan15:02 - Azərbaycanda bəzi saytlar haker hücumuna məruz qaldı

19 fevral

11:56 - Azərbaycanda qızıl istehsalı 90%-ə yaxın artıb 11:48 - Prezident Xankəndidə "Bulud" hotelin açılışında iştirak etdi11:46 - "Sərhəd əlaqələrdə məhdudiyyət yarada bilməz" - Pezeşkian11:39 - "Rusiya Kiyevi məhv etməyə qadirdir, lakin istəmir" - Tramp11:37 - AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı hesabat dekabra qədər hazır olacaq

18 fevral

16:56 - Tikinti bazarında durğunluq - Bahalaşmaya səbəb olan nədir?16:55 - Ər-Riyad görüşü başa çatdı - ABŞ-Rusiya bu mövzularda razılaşdı16:54 - Ötən il ölkədə rüşvətlə bağlı cəmi 30 cinayət qeydə alınıb - Rəsmi

17 fevral

15:16 - Avropa liderləri bu görüşün şokundadır - Parisdə təcili toplanırlar15:12 - Ərazilərinin 30%-ni itirən Ukraynanın bu dəfə təbii sərvətləri bölünəcək - Sərsəm iddialar və real rəqəmlər15:05 - 17 milyonluq tenderin 13 milyonu bir şirkətə verilib: "Avaz Group"la AQTİ-ni nə birləşdirir? - ARAŞDIRMA14:00 - Vens Avropanı təhqir etdi - Münhendən 5 şok nəticə11:37 - Makronun adamlarının qalmaqallı korrupsiyası - Şok sənədlər 11:34 - İrandan 85 qəpiyə gətirilən badımcan marketlərdə 2 manata satılır

12 fevral

16:01 - Qəzza Türkiyə muxtariyyət kimi birləşməlidir! - Sensasion təklif15:59 - Azərbaycanda nə bahalaşıb, nə ucuzlaşıb? - SİYAHI15:57 - "Lider həmişə öz xalqına münasibətdə ədalətli olmalıdır" - Prezident

10 fevral

13:32 - Rusiya müharibəni üç müttəfiqinin dəstəyi ilə davam etdirir - NATO rəsmisi13:29 - Azərbaycana qarşı bu siyasətdən əl çəkməyəcəyik13:28 - Trampdan skandal qərar - 9 fevral "Amerika Körfəzi Günü" elan edildi13:23 - Ermənistan Naxçıvan istiqamətində nə edir? - Hazırlıqlar tamamlandı13:21 - Komissiyanın iclasları başlayır - Əfv nəzərdə tutulur

07 fevral

15:35 - Paşinyan Ağ evdə ABŞ vitse-prezidenti ilə nəyi müzakirə edib?15:31 - "Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır" - Peskov13:02 - Məşhur şərab zavodunun yarım milyon vergi borcu var imiş12:59 - "Tramp Transxəzər dəhlizinin tərəfdarı olacaq" - "Stratfor" mərkəzi