17 milyonluq tenderin 13 milyonu bir şirkətə verilib: "Avaz Group"la AQTİ-ni nə birləşdirir? - ARAŞDIRMA

17 fevral, 2025 15:05

Azərbaycanda bütün qurumlar ilboyu tenderlər keçirir, öz təlabatlarını ödəmək və lazım olan işlərin həyata keçirilməsi üçün milyonlarla manat sərf edirlər. 

Tribunainfo.az xəbər verir ki, bu araşdırmalar zamanı üzə çıxan əsas məqamlardan biri də odur ki, dövlət qurumları çox vaxt yüksək məbləğli tenderləri öz yaxın şirkətlərinə verməkdə maraqlı olurlar.

Son araşdırmamız zamanı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) analoji hala yol verdiyi məlum olub. Belə ki, sözügedən qurum 2024-cü ildə toplam 24 tender keçirib. Bu tenderlər üzrə açıq mənbələrdə qurumun 17 745 543 manatlıq satınalma müqaviləsi bağladığı qeyd olunur.

İlk olaraq bildirək ki, AQTİ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərkibində fəaliyyət göstərir və onun hazırda rəhbəri Əli Nəbiyevdir. Açıq mənbələrdə Nəbiyevin AQTA rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı olduğuna dair bir çox məlumatlar var.
İndi isə keçək əsas mətləbə. Tribunainfo.az-ın araşdırması zamanı məlum olub ki, AQTİ-nin ilboyu keçirdiyi 24 tenderdən 5-i bir şirkət tərəfindən udulub. Söhbət “AVAZ GROUP” MMC-dən gedir. Elə açıq mənbələrdə aydın şəkildə görünür ki, AQTİ 5 müsabiqə üzrə 17.7 milyon manatlıq pulun 13 milyon 313 min 40 manatını və ya 75 faizini bu şirkətə həvalə edib. Bu məbləğlərlə isə AQTİ “Avaz Group”dan yalnız labaratoriya avadanlığı və bəzi reaktivlər alıb.

Sözügedən şirkətlə bağlı açıq mənbələr üzərindən apardığımız araşdırmada bəzi maraqlı məqamlar diqqəti çəkir. Vergilər Nazirliyinin reyesterində qeyd edilib ki, “Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqovdur.

Rentry.co saytında yer almış xəbərdə isə vurğulanır ki, bu şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirilib.

Sayt daha sonra qeyd edir ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilir. Lakin 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun “Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.

AQTİ-nin həyata keçirdiyi maraqlı tenderlər sırasında isə avtomobil həvəskarlıqı diqqəti çəkir. Belə ki, bu qurum bir ilin içində 655 min 500 manatlıq avtomobillər alıb. Onlardan 4-ü “LEXUS-BAKI” MMC-dən alınıb. Bu sedan tipli maşınlara AQTİ 448.800 min manat xərcləyib. İkinci tender isə “TOYOTA ABSHERON MERKEZI” MMC-nin “bəxtinə” düşüb. 3 avtomobilin alınmasına 206.700 manat sərf olunub.
Yazıda adı keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR