"Rusiya Qafqazda heç zaman sülhməramlı missiya ilə məşğul olmayıb" - Məşhur hərəkatçı Nəsir Ağayevlə MÜSAHİBƏ - FOTOLAR

04 yanvar, 2021 00:29

Buzovnaya gedirik... Nəsir Ağayevlə ikinci görüşümüz baş tutacaqdı. Amma birinci görüşümüz zamanı əldə olunan “nəticəsizlik” azacıq bədbinliyimizə səbəb olmuşdu. Açığı, yaxın keçmişdə baş verən ziddiyyətli siyasi hadisələrlə bağlı verilən suallara N.Ağayevdən yalnız diplomatik cavablar almaq olardı, başqa nəsə gözləmək ağılsızlıqdır. Birinci görüşdəki “bədbinlik” bundan yaranmışdı. Amma onun çılpaq nitqlə cavablandırdığı suallarımız da çox oldu. Adam başqa nə cür danışmalıdır ki? “Sandığı açıb, pambığı tökmək” ciddi adamların vərdişi deyil, eləcə də Nəsir Ağayevin. Hadisələrə soyuqqanlı yanaşması, arqumentləşdirilmiş məsləhətləri və tarixi söhbətləri insanı düşündürməyə bilmir. Onun fiziki hərəkətsizliyi ilə zehin hərəkətliliyi və fikir sürəti arasında dəhşətli fərq var, baxışlarındakı itilik, qarşısındakı yüz adamın belə olsa, hər addımına nəzarət etmək bacarığı yerindədir, yadırğamayıb. Zarafat deyil, Çağdaş Azərbaycan tarixinin canlı arxivlərindən  hesab olunan, Milli Azadlıq Hərəkatının liderlərindən biri, “Bakı Kəndlər Birliyi”nin keçmiş sədri Nəsir Ağayevdən söhbət gedir.

Yaşadığı Buzovnaya yaxınlaşırdıq. Daha ziddiyyətli, tarixi və illərdir çox adamın cavab almaq istədiyi suallardan bir neçəsini ünvanlamaq haqqında düşünürdüm. Yolda öyrəndik ki, N.Ağayev bir müddət əvvəl koronavirusa da yoluxubmuş, amma xeyli müddətdir sağalıb. Onsuz da sağlamlığında ciddi problem var, I qrup əlildir.

Nə isə, liftin düyməsini basıb yuxarı mərtəbəyə birtəhər qalxdıq, qapını döydük, Nəsir bəyin nəvələri qapını üzümüzə açdı. Nəsir Ağayev fenomeni evində də özünü göstərirdi. 

2 saata yaxın söhbətimiz oldu, söhbətimizi yazmaq müsahibənin mövzusu deyildi, ona görə yazmayacağıq da. Əslində elə onunla müsahibəyə yox, maraqlı müzakirəyə, danışmağa gəlmişdik. Qısa və aktual məsələlərlə bağlı suallarımızı verdik. O da cavablandırdı.

- Nəsir bəy, xoş gördük.

- Xoş gününüz olsun.

- Biz sizinlə təqribən iki ay əvvəl görüşmüşdük, video müsahibəmiz olmuşdu. Ölkədəki ictimai-siyasi proseslərlə, sizin də qurucusu olduğunuz və yeni yaradılan partiyanın fəaliyyəti ilə bağlı maraqlı söhbətimiz baş tutmuşdu. Bura gələndə, yolda eşitdik ki, xəstələnmisiniz.

- Bəli, xəstələnmişdim, koronavirus bizə də təşrif gətirmişdi, mən onu səmimi qəbul elədim və səmimi də yola saldım.

- Tam sağalmısınız?

- Bəli.

- Bəs müalicənizlə kim məşğul oldu? Sizin sağlamlığınızda əvvəldən də problemlər var.

- I dərəcəli əlil olduğuma görə, ciddi nəzarət altında mən müalicə olunmalı idim. Sağ olsun ki, oğlum bu işlərin hamısını icra elədi.

- Yəni, öz ailənizin imkanları hesabına...

- Bəli, ailəmin və bir-iki dostumun köməkliyi ilə...

- Hər hansı təşkilat kömək etdimi?

- Xeyr. Onlar ancaq öz işləri ilə məşğuldurlar.

- Səhiyyə Nazirliyinə, TƏBİB-ə məlumat vermişdiniz?

- Xeyr.

- Niyə?

- Çünki onların məlumatı çoxdur. (ironiya ilə gülümsəyir). Mən sizə bir məsələni deyim. Mən dövlətimdən və bu günkü günün reallıqlarından çox razıyam.

- Yəqin ki, gündəmi də izləmisiniz. Baş verən hadisələrlə bağlı həmişə geniş məlumatınız olur. Ölkədəki ümumi vəziyyəti necə qiymətləndirirsiniz? Hansı qənaətdəsiniz, nələr baş verir?

- Mən bu qənaətdəyəm ki, başda mən özüm də olmaqla, çoxlarının gözləmədiyi bir məqamda Şuşa Azərbaycana qaytarıldı. Şuşanı işağldan azad edən Ordumuz, şəhidlərimiz böyük iş gördülər. Onlar dövlətin, xalqın, millətin və gələcəyin salnaməsini yazdılar.

- 44 günlük müharibədə bizim digər rayonlar da işğaldan azad edilib. Siz müharibənin nəticələrini necə qiymətləndirirsiniz?

- Mən deyərdim ki, xalqın dövlətlə həmrəyliyi və ayrı-seçkiliyin aradan qaldırılması millətə qələbinin açarını təqdim etmiş oldu.

- Bilirsiniz ki, noyabrın 10-da üçtərəfli razılaşma əldə olundu, Rusiya sülhməramlıları da bölgəyə gəldi. Amma hazırda erməni diversiya qruplarının təxribatları ilə üzləşirik, belə təxribatlar nəticəsində şəhidlər də vermişik. Bu barədə nə düşünürsünüz?

- Rusiya özünü Qafqazda əvvəllər necə aparırdısa, indi də elə aparır. Əməllərini tərgitməyib və Türk-İslam dünyansına qarşı özünün ənənəvi mövqeyini bir daha nümayiş etdirir. Dünən belə olub, bu gün belədir, sabah da belə olacaq. Təbii ki, dövlətimiz bütün bunları bilir. Rusiya Qafqazda heç zaman sülhməramlı missiya ilə məşğul olmayıb.

- Rusiya sülhməramlıları seeparatçı rejiminin rəhbəri ilə birlikdə görünür. Vəziyyət belə davam edərsə, hansı tədbirlər görülməlidir?

- Azərbaycan Türkiyə dövləti ilə, Rəcəb Tayyib Ərdoğanla birlikdə, əlbir fəaliyyət göstərməlidir. Qafqazda türk dünyasının vahid  siyasəti icra olunmalıdır. Hələ XIX əsrin ortalarında Qafqazda türklərin dərin siyasəti öyrənilib.

- Türkiyənin tam ordu kontingenti Qarabağda hələ tam yerləşməyib. Buna mane olan nələrdir, proses niyə gecikir?

- Əvvəla, qeyd edim ki, Xankəndində də, Xocalıda da Azərbaycan ordusu olmalıdır. Bu ərazilərdə Azərbaycana qarşı həmişə məkrli planlar hazırlanıb. O ki qaldı türk hərbçilərinin gəlişinə mane olanlara, düşünürəm ki, bunun qarşısını almaq mümkün olmayacaq. Əgər ermənilər, ruslar bundan narahatdırlarsa, çıxıb getsinlər.

- Ermənistan prezidenti Armen Sarkisyan deyir ki, bu müharibədə təkcə Ermənistan döləti məğlub olmayıb, eyni zamanda, ermənilərin kimliyi, erməni milləti məğlub olub.

- Onlar həmişə hiyləgərlik ediblər. Biz onlara heç vaxt inanmamalıyıq. Heç bir sözünə inanmamalıyıq. Yazıq görünərək mənfur planalr hazırlamaqla məşğul olublar. Biz ermənilərdə ancaq xəyanət, avantüra gördük. Hiyləgər düşmənə rəhm etmək olmaz.

- Ermənistan ictimaiyyəti Zəngəzurla bağlı çaşqınlıq içərisindədir. Zəngəzuru itirəcəklərindən qorxurlar. Hazırda Ermnistanda ən çox müzakirə olunan məsələ budur. Bu barədə nə düşünürsünüz?

- Təqribən 30 ildən artıq bir müddətdə ermənilər Azərbaycanın təbii sərvətlərini talan ediblər. Onlar işğal etdikləri ərazilərin altını üstünə çevirdilər, infrastrukturu, tarixi abidələrimizi məhv ediblər. Beynəlxalq qanunlara görə, ermənilər bütün bunlara görə cavab verməli, təzminat ödəməlidirlər. Bu illə ərzində ermənilərin Azərbaycana vurduğu zərərin məbləği hesablanmalıdır. Ermənilər vurduqları ziyanı ödəməlidirlər. Ya da bunun əvəzində Ermənistan Zəngəzuru, Azərbaycanın tarixi ərazisini geri qaytarmalıdır. Ermənilər bunu başa düşürlər. Ona görə dərin narahatlıq keçirirlər. Çıxış yolları yoxdur.

- Yeni yaradılan Böyük Dayaq Partyasının Təşkilat Komitəsində təmsil olunursunuz. Partiyanın qurucularından birisiniz. Partiyanın fəaliyyəti hansı yerdədir?

- Ümumiyyətlə, Böyük Dayaq Partiyasının adı tarixi bir addır. “Böyük Dayaq” xalqla eyni cəbhədə yer almaq deməkdir. Bilirsiniz ki, xalqın İlham Əliyevə dəstəyi birmənalıdır. Qarabağı Azərbaycana qaytaran, ölkəmizin sınmış qamətini dikəldən, dövlətimizi dünya miqyasında əsas faktorlardan birinə çevirən İlham Əliyevdir. Onun atdığı addımlar nəticəsində dövlətimizin,  xalqımızın mövqeyi dünya dövlətləri içərisində möhkəmləndi. Bütün bunları qiymətləndirməmək mümkün deyil.

- Partiyanın təsis konfransı nə vaxt baş tutacaq?

- Biz bu istiqamətdə hər gün məsləhətləşmələr aparırıq, günün ən əsas məsələlərini müzakirə edirik, təsis konfransı ilə bağlı gördüyümüz işlər də yekunlaşmaq üzrədir. Əslində karantin rejimi olduğuna görə, istər-istəməz bəzi məsələlər ləngiyir. Məlumdur, bütün ölkədə vəziyyət belədir. Amma buna baxmayaraq, biz ya üzbəüz, ya da daha çox virtual şəkildə görüşlər keçiririk. Nzərimzidən yayınan bir məsələ yoxdur. Bilirsiniz ki, partiyanın əsas personaları mütəmadi olaraq mətbuatda çıxışlar edirlər, günün əsas mövzularına münasibət bildirirlər. Partiyanın Təşkilat Komitəsinin sədri Mirkazım Seyidov demək olar ki, hər gün yerli və xarici media orqanlarına geniş müsahibələr verir, siyasi proseslərlə bağlı mövqeyimizi ifadə edir. Deməli, işlər gedir, fəallıq var. Lap yaxın günlərdə təsis konfransının keçirilməsi ilə bağlı qərar qəbul edəcəyik.

Azsiyasət.com, Azinforum.az

06 sentyabr

11:09 - Ermənistanda rus dili davası - Tədris sistemindən çıxarılır 11:07 - Bu ərazilər də Azərbaycana qaytarılacaq...11:04 - Azərbaycanın düşməni İrəvana gəlir

04 sentyabr

11:39 - Monqolustan hökuməti - "Əllərimiz bağlıdır"11:35 - Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil verildi11:32 - Misirin prezidenti Türkiyəyə gəlir - 12 il sonra

03 sentyabr

12:05 - 4300 Qarabağ ermənisi vətəndaşlıq üçün müraciət etdi12:00 - Rusiyada bu ölkələrin şirkətləri milyardlar qazanır - SİYAHI11:48 - Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir

02 sentyabr

12:59 - "NATO qorxsa da, rus raketlərini vurmalıyıq!" - Polşa müharibəni alovlandırmaqda maraqlıdır12:55 - Almaniyada müsəlmanların deportasiya olunmasına çağırış edilir12:49 - "Ukraynaya Krımı və Donbası Xruşşov verib" - Putin

30 avqust

18:34 - Ermənistan silahlanır, Azərbaycan Ordusu hazır olmalıdır18:31 - Mehdiyevin qızına məxsus binanı alan yoxdur - Qiyməti 2,5 milyon aşağı salındı18:29 - "Bakı Korpusu"nun yanacaq xidmətinin rəisi həbs edildi15:22 - "Ermənistan vaxtı qəsdən uzadır, yeni silahlar alır" -İlham Əliyev15:17 - Qarabağ Dirçəliş Fondu 95 min manata royal alır15:08 - Rəbiyyət Aslanova 4 otaqlı mənzili hansı qanunsuz üsullarla və necə ələ keçirib? - FİLM kimi hadisə

28 avqust

12:33 - General Rəfail Mehdiyev həbs edilə bilər - Milyonlarla vəsait yoxa çıxıb12:07 - "Qışqırıqlara baxmayın, Bakı ilə əlaqələri..." - Rusiyalı iqtisadçı ekspert12:05 - Almaniyada Bundestaq seçkiləri olacaq - Azərbaycanlılar kimi dəstəkləyir?12:03 - Makron Durova "Telegram"ın qərargahını Parisə köçürməyi təklif edibmiş - "The Wall Street"

26 avqust

11:00 - Dəhlizlə bağlı son durum - Rusiya bu şərtlərlə açılmasını istəyir10:57 - Ukraynanın bütün böyük şəhərləri partladıldı - SİYAHI10:53 - Gürcüstan Abxaziyanı geri qaytarmağa hazırlaşır?10:48 - Durov bu ölkənin sifarişi ilə saxlanılıb - Fransız ekspert

22 avqust

14:24 - ABŞ Ermənistanla nüvə enerjisi texnologiyalarını bölüşə bilər14:21 - Azərbaycan-Rusiya Universiteti hansı imkanlar yaradacaq?14:20 - İrəvanla açıq danışdılar: "Bakı bir fürsət yaradıb, istifadə elə" - "Hraparak" nəşri

21 avqust

14:07 - Azərbaycanda musiqi məktəblərinin məhv edilməsi kimlərə lazımdır?