Qərblə Rusiya arasında müharibə başlayır? - Putindən xəbərdarlıq

13 sentyabr, 2024 10:21

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya NATO silahlarından Rusiya ərazisində istifadəyə icazə verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Bu barədə o, jurnalist Pavel Zarubinə açıqlama verib.

Putin deyib ki, Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadə NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcək.

O qeyd edib ki, Ukrayna ordusu belə silahlardan istifadə etmək iqtidarında deyil, çünki bu, yalnız peyklərin kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür.

"Onları yalnız NATO və ABŞ verə bilər. Bu baş verərsə, Qərb birbaşa döyüşlərdə iştirak edəcək. Bizim üçün yaradılacaq təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”, - Putin bildirib.

Böyük Britaniyanın baş naziri Kir Starmer Vaşinqtona səfəri zamanı təyyarədə Putinin açıqlamalarını şərh edib. “Biz Rusiya ilə heç bir münaqişə axtarmırıq, zərrə qədər belə niyyətimiz yoxdur. Lakin onlar bu münaqişəni başladıblar və Ukraynanın özünümüdafiə hüququ var”, - Starmer bildirib.

Qeyd edək ki, Britaniya Rusiyanın ərazilərindəki hədəflərə qarşı istifadə etmək üçün Ukraynaya "Storm Shadow" qanadlı raketlərindən istifadə etməyə icazə vermək istəyir. Lakin raketlərin tərkibində ABŞ istehsalı komponentlər olduğu üçün Vaşinqtonun da icazəsinə ehtiyac var.

Starmer Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Co Baydeni buna inandırmağa çalışacaq. "New York Times" qəzeti yazır ki, Bayden qeyri-ABŞ silahlarının Rusiya ərazisində istifadəsinə razılıq verməyə meyllidir. 

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian