Azərbaycan Fransa ilə bu əlaqəni rəsmən kəsdi

08 oktyabr, 2024 15:29

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Parlamentin plenar iclasına təqdim edilməsi tövsiyə edilən qərar layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması məsələsi əksini tapmayıb.

Milli Məclisin Fransa ilə əlaqələr üzrə işçi qrupu özünün son iclasında Fransanın Azərbaycana qarşı qərəzli mövqeyinə görə fəaliyyətini dayandırmışdı. Ancaq daha belə bir işçi qrup ümumiyyətlə, mövcud olmayacaq...

Məntiqli və ədalətli. Əvvəla, 44 günlük Vətən savaşı bitər-bitməz, mifik və oyuncaq “artsax”ı dövlət kimi tanıyan və hələ də bu qərarı ləğv etməyən bir parlamentlə Mili Məclisin hansı dostluq telləri ola bilər?

İkinci yandan, Xurşudbanu Natavanın Fransadakı heykəlinə qarşı törədilən və hələ də ən azından, hüquqi qiymətini almayan vandallıq təkcə heykələ yox, eyni zamanda Azərbaycan mədəniyyətinə göstərilən sayğısızlıq idi.

Əfsus ki, dünya mədəniyyətinə böyük töhfələr vermiş fransız toplumundan da bu barbarlığa ciddi etiraz səsi eşitmədik. Az sonra biz hətta xalqlar arasında dostluğu, yaxınlaşmanı təbliğ etməli olan beynəlxalq yarışlarda – Paris Yay Olimpiya və Paraolimpiya oyunlarında ölkəmizə hörmətsizliyi, aşırı qərəzi və həyasız münasibəti gördük. Yenə dövlət qurumu səviyyəsində...

Hansı dostluqdan söhbət gedə bilər? Hələ də ayağımızın altını qazıyan, AŞ PA-da, Avropa Parlamentində, BMT Təhlükəsizlik Şurasında, hər fürsətd əleyhimizə sənədlər qəbulu üçün dəridən-qabıqdan çıxan, Bakıdakı səfiri indiyədək Şuşaya ayaq basmayan, ərazi bütövlüyümüzün bərpasına sevinmək əvəzinə yas saxlayan, kapitulyant Ermənistanı təzədən üstümüzə qızışdıran bir məkrli, kinli dövlətə inanmaq, etibar eləmək, rəğbət bəsləmək, onun parlamenti ilə dostluq qrupu yaratmaq mümkünmü?

Nəhayət, iki gün qabaq Parisdə başa çatan, Ermənistan baş naziri Nikol Paşinyanın da qatıldığı Frankofoniyanın növbəti sammitində də Azərbaycan əleyhinə qətnamə qəbuluna cəhd edildi. Yaxşı ki, qurum üzvü olan bəzi bizə dost-tərəfdaş ölkələrin konsensusu pozması hesabına yekdil qərar çıxarmaq mümkün olmadı...

Yerdə nə qalır? İlk növbədə Fransa hökuməti və parlamentinin çıxaracağı doğru-dürüst nəticə, dərs.

İstənilən halda, “top” Fransanın meydanındadır. Biz tövbə qapısını bağlamamışıq. Bu oyunu, düşmənçiliyi də Azərbaycan başlamayıb. Demək, dialoq, barışıq yolunda real, konstruktiv addımları rəsmi Paris atmalıdır.

Bu yöndə atılmalı əsas addımlar məlum: Ermənistanı Azərbaycana qarşı silahlandırıb sülh prosesinə zərbə vurmağa, bölgədə sabitliyə və təhlükəsizliyə ciddi təhlükə yaratmağa son qoymaq, rəsmi İrəvanı revanşa deyil, qonşularla barışığa həvəsləndirmək, Fransa parlamentinin uydurma “artsax”la bağlı qərarını ləğv etmək, Bakıdakı səfiri Şuşaya göndərmək.

Əks halda, davamı daha sərt gələ bilər...(musavat.com). 

08 noyabr

17:38 - "Qərb istəyirdi ki, Azərbaycan işğalla barışsın" - Prezident17:36 - "Tramp Ukraynaya dəstəyi dayandıracaq" - Orban17:35 - Xarici İşlər Nazirliyi Fransaya çağırış etdi17:32 - Zəfər parkının açılışından - FOTOLAR17:21 - "Mayak" Karqo Şirkəti Zəfər Günü münasibətilə qazilərlə görüş keçirib - VİDEO

07 noyabr

21:07 - Bakıda plastik cərrahiyyə ilə məşğul olan "həkim"in müvafiq sertifikatı yox imiş - Rəsmi21:05 - Azərbaycanın qeyri-neft-qaz ixracı artıb21:01 - Trampın Ağ Evə qayıdışı dünya liderlərinə necə təsir edəcək? - "Bloomberg" nəşri20:59 - Pezeşkiandan Trampın prezident seçilməsinə münasibət...20:57 - "Azərişıq"dan 100 milyonluq tenderlər udan şirkətin nə saytı, nə də sosial şəbəkə hesabı var

06 noyabr

18:46 - Azərbaycanın 30 yaşlı yerli və özəl şirkətlərini tanıyırsınızmı? - VİDEO11:59 - Prezident Bişkekdəki Zirvə Görüşündə...11:57 - Dövlət Xidməti eyni səbəbə görə "Bravo"nu 5-ci dəfə cərimələdi11:56 - Tramp siyasi qələbəsini elan etdi

04 noyabr

10:57 - ABŞ seçkilərində Trampın qalib gəlməsi Pekinə sərf edir - "Bloomberg" nəşri10:52 - "Vardanyan Azərbaycanda 30 illik erməni - rus layihəsinin siması oldu" - "Euronews"10:44 - Rövnəq Abdullayevin kürəkəninə məxsus sığorta şirkəti 213 min manatlıq tenderin qalibi oldu

29 oktyabr

16:14 - Azərbaycanın mina problemi BMT-nin Cenevrə ofisində müzakirəyə çıxarılır16:11 - "Qarabağa köçən ailələrə niyə torpaq verilmir?" - Deputatdan etiraz16:09 - "MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb"

24 oktyabr

13:40 - 7 ölkə Ukraynanın NATO üzvlüyünə qarşı çıxdı - "Politico" nəşri13:37 - 43 ay sonra PKK lideri ilə ilk görüş - Nələr danışılıb?13:33 - İlham Əliyev BRİCS Sammitinin ilk plenar iclasında - FOTOLAR10:12 - Hansı marketlərdən alış-veriş edirsiniz? - SORĞU

21 oktyabr

16:27 - Ermənistanda Azərbaycanla bağlı bu sənəd təsdiqləndi16:25 - AMEA ilə bağlı cinayət işi başlandı - Ramiz Mehdiyevdən açıqlama16:16 - Rusiyadan 1 manat 3 qəpiyə alınan benzin əhaliyə 1 manat 10 qəpiyə satılır

20 oktyabr

18:52 - "Qarabağda əməliyyat BMT qətnamələri əsasında keçirilib" - Simonyan18:50 - İran Qərbi Azərbaycanda hasar çəkəcək18:48 - "Müharibəyə hazırlaşın!" - Çin lideri