Elçibəyin köməkçisi Şahlar Əsgərova cavab verdi

03 dekabr, 2024 15:05

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasında aktiv iştirak etmiş "91-lər"in üzvü, sabiq deputat Şahlar Əsgərovun mərhum eks-prezident Əbülfəz Elçibəy haqda fikirlərinə qarşı tərəfdən reaksiya gəlib. 

Xatırladaq ki, Ş.Əsgərov Elçibəyi "91-lər"in çağırışına qoşularaq mərhum dövlət başçısı Heydər Əliyevi Bakıya dəvət edən "92-ci ziyalı" adlandırıb.

Əbülfəz Elçibəyin prezidentliyi dövründə və ondan sonra da köməkçisi olmuş Oqtay Qasımov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. 

O bildirib ki, siyasi məsələlərə Şahlar Əsgərovdan fərqli yanaşırlar:

“Şahlar Əsgərov Azərbaycanın tanınmış ziyalısıdır. Onun özünün siyasi mövqeyi olub. Parlamentin üzvü, Təhsil komissiyasının sədri olub. Siyasi proseslərə öz baxışı, düşüncəsi var. Biz də buna hörmətlə yanaşırıq. “91-lər” bir qrup ziyalı idi, onlar Heydər Əliyevə siyasi hakimiyyətə qayıtması üçün müraciət etmişdilər. Onun yaratdığı partiyada təmsil olunurdular. Heydər Əliyev hakimiyyətə gələndən sonra onların əhəmiyyətli hissəsi bu və ya digər formada dövlət qurumlarında, parlamentdə müəyyən vəzifələr tutdular. 

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı çox fikirlər söylənib. 1993-cü ildə Azərbaycanda Rusiya və İran tərəfindən planlaşdırılan dövlət çevirilişinə cəhd olub. Gəncədə Sürət Hüseynovun başçılığı ilə qiyam qaldırılıb. Rusiya və İran məhz vətəndaş müharibəsi ilə hakimiyyəti dəyişməyə cəhd etdilər. Əbülfəz Elçibəy də vətəndaş müharibəsi baş verməsin və Azərbaycanda xarici qüvvələrin planları həyata keçməsin deyə, Heydər Əliyevlə hakimiyyətə gəlməsi üçün əməkdaşlıq edib.

Hər kəsin bu məsələyə öz yanaşması var. Şahlar Əsgərovla bizim məsələlərə, siyasi proseslərə baxışımız fərqlidir. Şahlar Əsgərov məsələyə başqa cür yanaşır və Əbülfəz Elçibəyin rolunu belə dəyərləndirir. Təbii ki, Əbülfəz Elçibəy təsadüfən Heydər Əliyevi Bakıya dəvət etmədi. Bunu ölçdü-biçdi və Azərbaycan dövlətinin müstəqilliyinin davam etməsi üçün o varianta üstünlük verdi. Əks halda Rusiya tərəfindən planlaşdırlan dövlət çevrilişinə görə Ayaz Mütəllibov, Sürət Hüseynov və ya o zaman bəlli şəxslərdən hansınasa hakimiyyət ötürülməliydi. Həmin şəxslər hakimiyyəti ələ keçirsə, Azərbaycanın müstəqilliyi ilə bağlı problemlər yaşana bilərdi".

O.Qasımov Şahlar Əsgərovun Elçibəydən prezident kimi yox, ziyalı olaraq bəhs etməsinə də münasibət bildirib:

"Qeyd etdim ki, hər kəsin məslələrə yanaşmada öz düşüncəsi var. Buna hörmətlə yanaşmaq lazımdır. Təbii ki, Əbülfəz Elçibəy ziyalı idi və Azərbyacanın elm mühitində qəbul olunurdu. Əbülfəz Elçibəyin həm elm sahəsində gördüyü işlər, həm də siyasətdə qoyduğu mövqe, cərəyan bəllidir. Elçibəy yalnız ziyalı deyildi, həm də siyasi xadim idi. 70-ci illərdə məhz siyasi baxışlarına görə həbs edilmişdi. O, Azərbaycanın ilk dissidentlərindən də sayıla bilər. Bundan başqa, Azərbaycan Xalq Cəbhəsi kimi böyük siyasi təşkilat qurub, milli azadlıq hərəkatına rəhbərlik edib. Məhz onun liderliyi ilə Azərbaycanın müstəqilliyi əldə olunub, Xalq Cəbhəsi hakimiyyətə gəlib, dövlət quruculuğu sahəsində islahatlar həyata keçirilib, Azərbaycanın milli pulu dövriyəyə buraxılıb, rus qoşunları ölkəmizdən çıxarılıb. Bununla bağlı uzun danışmaq olar. Bu baxımdan Əbülfəz Elçibəy elm adamı olduğu qədər, ilk növbədə siyasətçidir. Azərbaycan dövlətinin prezidenti olub. Kimin bu məsələyə necə baxmağından asılı olmayaraq, onun prezidentliyi dövründə bir sıra ciddi nəticələr əldə olunub. Bu baxımdan Əbülfəz Elçibəy Azərbaycanda dövlət adamı kimi qəbul olunur, tarixdə də siyasi xadim olaraq qalacaq, nəinki elm adamı kimi".

20 yanvar

13:13 - "ABŞ İrəvanın qarantı ola bilməz, heç xəritədə tapmırlar" - Ceyms Karden13:11 - Kamran Əliyev təqsirləndirilən ermənilərin məhkəməsindən danışdı13:09 - Prezident Şəhidlər xiyabanında - FOTOLAR

17 yanvar

11:38 - Minsk Qrupu yaya qədər buraxıla bilər11:36 - Ağdamda 4 nömrəli yaşayış massivinin tikintisinə 161 milyon xərclənəcək11:35 - Azərbaycanda "Nürnberq prosesi" başlayır

16 yanvar

15:34 - ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə...15:32 - Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır...15:30 - Sənubər Nəzərova Departament rəhbəri təyin edildi14:31 - Gürcüstanın baş naziri Azərbaycana niyə gəlir?14:29 - Əliyev-Paşinyan görüşü keçirilə bilər14:26 - Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı - Tendersiz

15 yanvar

11:40 - ABŞ-Ermənistan strateji sazişi - TAM MƏTN11:38 - ATƏT-ə sədrik edən ölkədən Minsk Qrupu açıqlaması 11:37 - Cənubi Koreya Prezidenti həbs olundu

14 yanvar

13:17 - "Nur" klinikası təcrübəli həkimlərlə fəaliyyətini davam etdirir11:06 - ABŞ-də Qrenlandiya ilə bağlı qanun layihəsi hazırlanıb11:03 - Laricani Rusiyaya niyə səfər edib? - "Tayms"11:00 - ERmənistanla ABŞ strateji tərəfdaşlıq sənədi imzalayır

13 yanvar

15:30 - "Azər-Türk Bank"ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ15:14 - İranın Cənubi Qafqaza baxışı necədir?15:11 - Bakıda piyadanı öldürən məmur kimdir?15:08 - Konstitusiya Məhkəməsində də ancaq Rusiya mətbuatı oxunur? - SİYAHI15:06 - Bəxtiyar Hacıyevə - 10 il həbs

11 yanvar

13:11 - İrəvan Minsk qrupuna görə ATƏT-ə müraciət edəcək13:01 - Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...11:52 - 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…11:47 - PKK təslim olur? - Öcalanın müraciəti gözlənilir11:43 - ABŞ-dən Rusiyaya yeni sanksiya - Vahid Ələkbərovun oğlu da var

10 yanvar

15:26 - Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi