ABŞ-la "partnyorluq" Ermənistana nə vəd edir? - ABŞ-Rusiya savaşı yeni mərhələdə

16 sentyabr, 2023 15:44

Ermənistanla bağlı Azərbaycanın qarşısında duran problemlər və bu problemlərin həlli istiqamətində atılan addımların praktiki nəticələri Cənubi Qafqazda fərqli siyasi mənzərə yaradıb. II Qarabağ müharibəsinə qədər Azərbaycanın vahid strateji hədəfi Ermənistanın məğlub edilməsi və torpaqların işğaldan azad edilməsi idisə, indi yeni hədəflərimizə Ermənistanla sülh müqaviləsinin imzalanması, Qarabağda yaşayan ermənilərin taleyi və Zəngəzur dəhlizinin açılması kimi tarixi əhəmiyyətli məsələlər daxildir.

Yeni hədəflər ABŞ və Rusiyanın Cənubi Qafqazdakı savaşının açıq müstəviyə daxil olmasını da şərtləndirib. Azərbaycan suveren ərazilərində öz işini görür, ələlxüsus, Qarabağı yenidən dizayn edir. Azərbaycan Ermənistanla tarixi münaqişənin birdəfəlik həllində və perspektivli münasibətlərin köklü dizayn edilməsində də əsas təşəbbüslərin müəllifidir. Amma ABŞ və Rusiyanın regiondakı maraqlarının təmin olunmasına yönələn addımlar Azərbaycanla Ermənistan arasındakı problemlərin həllini əhəmiyyətli dərəcədə tormozlayır.

Zəngəzir dəhlizi açılacaqmı? Açılacaq, amma bu, Ermənistanla ülh müqaviləsinin imzalanmasından sonra mümkün ola bilər. Dəhlizin açılması müharibədən sonra yaranan hər nə qədər öhdəlikdirsə, bir o qədər də qlobal qərardır, dəhlizin açılmasını dəstəkləyən ölkələr sırasında Rusiya və Çin kimi nəhənglər var. Lakin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim Cənubi Qafqaz ölkələrini “Rusiya və Çin kimi oyunçuların zərərli təsirinə qarşı mübarizə aparmağa” çağırış edir.

Bəs, ABŞ-ın istədiyi kimi etsək, Rusiya ilə savaş Azərbaycana nə vəd edir və ümumiyyətlə, Zəngəzur dəhlizinin taleyi necə olacaq? Rusiya ilə eyni paraleldə hərəkət edən Türkiyə ilə münasibətlərimizdə hansı tərəddüdlər yarana bilər!? Məsələ bundadır ki, dəhlizin açılması ABŞ-ın və Avropa İttifaqının da milli maraqlarının əhəmiyyətli konturlarını təşkil edir. Avropa və Asiyanın quru dəhlizləri Rusiyadan keçdiyinə görə, bundan xilas olmağı hədəfləyir. Rusiyanın tranzit imkanlarının minimuma endirilməsi ABŞ-ın bu dəhlizi situativ də olsa, dəstəkləməsinin əsas səbəbidir.

Dövlət Departamentinin rəsmisinin “Cənubi Qafqazda sülhün "regionu dəyişdirmək və ABŞ-ın maraqlarını təşviq etmək” niyyətini açıq səpgidə ifadə etməsi kifayət qədər açıq mesajdır. 2008-ci ildən bu günə qədər ABŞ-ın Cənubi Qafqaz uğrunda Rusiya ilə apardığı savaş ciddi təlatümlərlə yadda qalıb. Gürcüstan ərazilərini itirib, ölkədə hələ də sabitlik yoxdur, ABŞ-ın inqilabla hakimiyyətə gətirdiyi Sakaaşvili ölümcül həbsdədir. Sakaaşvilini taleyi daha ABŞ-ı düşündürmür. 2018-ci ildə ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistanı reanimasion durumdan çıxarmaqda acizdir. Hər iki ölkə Rusiyadan qopmaq üçün sərt dönüşlər etmişdilər. Azərbaycanın bu illər ərzində heç bir qütb, ABŞ və Rusiya arasında seçim etməməsi, müstəqil və balanslaşdırılmış siyasətə üstünlük verməsi bu günkü tarixi nəticələr əldə etməsini şərtləndirmiş oldu. Gürcüstanda, Ermənistanda inqilablar edən ABŞ Azərbaycanda da eyni ssenarini reallaşdırmağa ən azı 2 dəfə çalışıb. Amma bu müddət ərzində Rusiya Azərbaycanda inqilab hazırlamaqda maraqlı olmayıb.

Ermənistanda ABŞ-la birlikdə hərbi təlimlərin keçirilməsi, Qərbin Azərbaycana təzyiqləri İrəvanın bütün manevr imkanlarını əlindən alıb. Təşəbbüs başqalarındadır, artıq ortada tələb var. Bayden Administrasiyasının rəsmisi açıq şəkildə tələb etdi: “biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olmaqla bağlı real qərar qəbul etsin...”.

Eyni zamanda, Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı senator Pat Rikettsin bu sualına cavab verməkdə çətinlik çəkdi: “Ermənistan Rusiyanı Dağlıq Qarabağda fəallaşmağa sövq etmək istəyir, yoxsa doğrudan da Rusiyadan qopmaq istəyir?”.

Bu günə qədər müşahidə olunan təcrübə, eləcə də Ukrayna nümunəsi ABŞ-ın Rusiyanı proseslərə aqressiv müdaxilə etməyə təhrik etdiyini söyləməyə əsas verir. Şübhəsiz ki, ABŞ Ermənistanın Rusiyadan qopacağına inanacaq qədər sadəlövh deyil. Vaxtilə Ukraynanı NATO-ya üzv olmaqla “mükafatlandıracağına” əmin edən ABŞ indi bu ölkənin ikiyə bölünməsini soyuqqanlı şəkildə seyr edir. Bir müddət əvvəl Ermənistanın da NATO ilə “müjdələnəcəyi” ilə bağlı ABŞ-dan səslənən fikirlər eyni potensiala sahibdir. Ermənistan qonşu ölkələrlə mehriban münasibətlərin yaranmasına çalışmalıdır. ABŞ-ın həvəsləndirici vədləri Ermənistanın bölgədə aqressiv və işğalçı simasını qoruyur. Qonşularla problemləri həll etmədən heç bir sabitlik və inkişafa da nail ola bilməyəcək.

Digər tərəfdən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimin təxribatçı, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlik fikriləri cəmiyyətimizdə ciddi narahatlıq və müzakirə yaratmadı.

Çünki ABŞ Azərbaycandakı agenturasını əsasən Rusiyaya nifrət edən klassik türkçülər və müxalifətçilərdən formalaşdırıb. Bunların içərisində jurnalistlər, siyasətçilər, politoloqlar daha çox üstünlük təşkil edirlər.

Diqqət ediriksə, gün ərazində efirlərdə, media orqanlarda Azərbaycanın ərazi bütövlüyü, Qarabağ və Ermənstanla bağlı şrəhlər verən şəxslər ABŞ-ın əleyhinə bir kəlmə söz demək istəmirlər. Bunlar ABŞ-ın ölkəmizdəki könüllü və ağır siyasi sindromdan əziyyət çəkən agentləridir. Hətta iş o yerə çatıb ki, Rusiyanın rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyününü dəstəkləyən fikirləri ciddi təhqir və tənqidlərə məruz qalır.

Bu "siyasiləşmiş" zombilər Xankəndinə hücum etməyi xüsusi pafosla püskürürlər. Amma bizim hədəfimiz Xankəndinə hücum etməkdirmi? Xeyr! Orada yaşayan mülki əhalinin taleyi və təhlükəsizliyi əsas prioritetlərimizdəndir. Ərazilərimizdən separatçıların təmizlənməsinin isə daha dolğun üsulları var. Bəs, buna hansı yolla və hansı mərhələdə nail olacağıq, bu başqa məsələdir...

Ermənistanla bağlı problemlərin həllində hansı yol məqbul və məntiqlidir? Heç şübhəsiz ki, prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət alternativ tanımır və bu siyasət özünün müstəqil, tərəfsiz spesifikası ilə seçilir. Klassik və primitiv siyasilərin, onların şinelindən çıxan işarəli “patriot”ların populist çıxışları da lazımdır. Amma dövlətin mexanizmləri başqa cür işləyir.

Müəllif: Samir Feyruzov

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub