cüncü dünya mübaribəsinə hazırlıq? - FOTOLAR

22 noyabr, 2024 16:53

Noyabrın 18-dən İsveçdə evlərə "Əgər böhran və ya müharibə olarsa" adlı broşür göndərilir.

Artıq 5,2 milyondan çox evə bu cür broşürlər çatdırılıb.

İsveç İcma Təhlükəsizliyi və Hazırlıq Agentliyi (MSB) tərəfindən hazırlanan və ölkə vətəndaşlarına çatdırılan büroşürləri ingilis dilində sifariş etmək və ya Agentliyinin MSB.se saytından bir neçə fərqli dildə yükləmək də mümkündür.

32 səhifəlik kitabçada milyonlarla isveçliyə gözlənilməz müharibə və ya digər böhran vəziyyətlərinə necə hazırlaşmaqla bağlı tövsiyələr əksini tapıb. Qeyd olunur ki, altı il əvvəlki 2018-ci il nəşrinə nisbətən hazırda paylanan kitabçanın həcmi iki dəfə artırılıb. Bu artımın səbəbi son günlər Rusiya-Ukrayna cəbhəsində baş verənlərlə əlaqələndirilir.

Sosial təminat və hazırlıq orqanı bildirib ki, dünyada vəziyyət xeyli pisləşib. Xaricidə müharibə gedir, ekstremal hava şəraiti getdikcə mürəkkəbləşir. Terror təhdidləri, kiberhücumlar və aldadıcı məlumatlar insanlara təsir etmək və zərər vermək üçün istifadə olunur. Buna görə də, hər kəs nə baş verəcəyi, hər şeydən əvvəl özünün və yaxınlarının təhlükəsizliyini artırmaq üçün nə etməli olduğunu bilməsi vacibdir.

Yeni broşüra daha çox sahələri əhatə edir. O, müharibəyə hazırlığa daha çox diqqət yetirir və yüksək hərbi hazırlıq vəziyyətində necə hərəkət etmək barədə tövsiyələr verir. Broşürdə xəbərdarlıq sistemləri, hərbi hücum zamanı müdafiə, evakuasiya zamanı vətəndaşların özləri ilə nə götürməli olduğu haqqında məlumat verilir.

Kitabçalarda həmçinin işıq və su olmayacaq vəziyyətlər üçün su ehtiyatı görmək, işıq fənəri, batareyalar əldə etmək, konserv və digər qida məsulları, tibbi ləvazimatlardan ibarət çanta hazırlamaq, nağd pul saxlamaq və s. təvsiyyə olunur.

"Böhran və ya müharibə olarsa" broşürunun noyabrın 29-na qədər bütün İsveç sakinlərinin poçt qutularına göndərilməsi planlaşdırılır. Vətəndaşlara bildirilir ki, əgər broşüra almayıblarsa, o zaman onu msb.se saytından pulsuz sifariş edə bilərlər.

BBC-nin məlumatına görə, qonşu Finlandiyada da internet üzərindən vətəndaşlar üçün "Hadisələr və böhranlara hazırlıq" adlı bələdçi yayımlanıb.

Həmçinin Norveç əhalisi də müharibə, ekstremal hava şəraiti və digər təhdidlərə qarşı təkbaşına bir həftə ərzində necə mübarizə aparmaqla bağlı tövsiyələri əks etdirən broşürlər alıblar.

 

26 dekabr

14:41 - Peskovdan təyyarə qəzası ilə bağlı açıqlama - "Təyyarədəki dəliklər..."14:32 - Rəsmi Bakı Suriyadakı yeni rejimə dostluq əli uzatmalıdırmı? - "Diplomatik böhran var"14:29 - "Azərbaycana kömək etməyə hazırıq" - ABŞ Dövlət Departamenti

25 dekabr

13:34 - Qəzaya uğrayan təyyarə bu ölkədə istehsal edilib13:33 - AZAL sərnişinlərin adlarını açıqladı - SİYAHI13:30 - Prezident qəzadan təyyarədə xəbər alıb - Geri dönmək barədə tapşırıq verib

23 dekabr

13:04 - Prezident din xadimlərinə müraciət etdi - MƏTN13:02 - NATO baş katibi müdafiə xərclərinin artırılmasına çağırdı12:59 - Hansı ərzaq məhsulları ilə özümüzü təmin edə bilmirik? - SİYAHI

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır