Azərbaycanın Avropanın qaz təminatındakı rolu nədir? - Müqayisəli siyahı
Bu ilin ilk yarısının yekununa olan məlumata görə Avropa Birliyinə ən çox Əlcəzairdən və ABŞ-dən təbii qaz ixrac olunub.
"Azsiyaset" “Eurostat”ın açıqladığı məlumatlara istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin qaz halında idxal etdiyi təbii qazın 34%-i Əlcəzairin, mayeləşdirilmiş halda idxal etdiyi təbii qazın isə 46%-i ABŞ-nin payına düşüb.
Açıqlanan statistikada diqqət çəkən məqamlardan biri odur ki, Avropaya ixrac olunan maye halında təbii qazda Rusiyanın payının artmasıdır. Əgər 2022-ci ilin ilk yarısında Avropa Birliyi ölkələrinin idxal etdiyi mayeləşdirilmiş təbii qazda Rusiyanın payı 16% olubsa, bu ilin ilk yarısında bu göstərici 18%-ə yüksəlib.
“Eurostat”ın açıqladığı məlumatlardan belə görünür ki, Avropanın təbii qazla təminatında Azərbaycan 5 əsas ölkədən biridir. Bu ilin ilk yarısında Avropa ölkələrinin qaz halında idxal etdiyi təbii qazın 11%-i Azərbaycanın payına düşüb.
Son 3 ilin ilk yarısında Avropa Birliyi ölkələrinin idxal etdiyi təbii qazda ölkələrin payı aşağıdakı kimi olub: