Deputat Cəbi Quliyev kimdir? - siyasi "kar"lıq, ictimai "kor"luq

31 mart, 2021 14:45

44 günlük Vətən Müharibəsi Azərbaycanın təkcə hərbi potensialını nümayiş etdirmədi, həm də ölkənin siyasi “vitrini”ni” daxili və xarici manşetlərə daşıdı, dünyanın bütün nəzərləri dövlətimizin müxtəlif sahələrinə fokuslandı. Biz qalib gəldik, Qarabağda müharibə də bitib. Amma Ermənistanla olan müharibə bitibmi? Bu təcavüzkar dövlətin ölkəmizə qarşı iddiaları tarixə gömülübmü? Xeyr! Deməli, qarşıda bizi çətin və məsuliyyətli bir mərhələ gözləyir: diplomatik “savaş”, dünyanın ikilistandartlarına qarşı məntiqli addımlar, Qarabağdakı erməni terrorçularının zərərsizləşdirilməsi, Dövlət başçısı tərəfindən aparılan islahatların nəticəsi olaraq inqilabi dəyişikliklər əldə etmək, ölkədə sosial-iqtisadi, siyasi dayanıqlığı, sabitliyi möhkəmləndirmək və qorumaq!

İnternetdə qarşıma təsadüfən bir foto çıxdı, düyməni tıklayıb kimliyinə baxdım: Cəbi Hüseyn oğlu Quliyev! Bu adamı tanıyan varsa, mənə etiraz edə bilər. O, Milli Məclisin deputatı imiş, özü də 29 yaşında mandat “qazanıb”. Ölkənin ictimai-siyasi həyatını hər gün varaqlayan, oxuyan, təhlil edən, ələk-vələk edən adamlarıq, belə bir deputatın mövcudluğundan xəbərim yox imiş...

Cəbi Quliyev kimdir?

Vikipediyasında yazır: “... azərbaycanlı dövlət xadimi və siyasi xadim”. Heç bir təcrübəsi olmayan, fəaliyyəti cəmiyyətdə zərrə qədər nəzərə çarpmayan şəxslərin vikipediyasında onların bu şəkildə adlandırılmasını “texniki məsələ” adlandırıb, bunu onların hazırkı statusu ilə əlaqələndirənlər, belə bir təqdimata bəraət qazandıranlar da var. Amma əsas məsələ budur: bu adam həqiqətənmi dövlət xadimi və siyasi xadimdir? Niyə yalan danışırıq? “Texniki” və “Vikipediya norması” qiymətləndirib bu ölkədə heç bir haqqı-xidməti olmayan adamları niyə belə adlandırırıq?

C.Quliyev 1990-cı ildə Şahbuz rayonunda anadan olub. Ali təhsilini də orada alıb, 2018-ci ildən Naxçıvan MR Gənclər Fondunun prezidentidir. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində YAP-ın namizədi kimi 7 saylı Orduban-Culfa dairəsindən 65,50% səslə deputat seçilib. Məncə, məsələ tam şəkildə aydındır. Naxçıvan ayrıca respublikadır və orada işləyən məmurlar da MR rəhbərliyinin qərarı ilə təyin edilir. Bəs deputatlar? Söhbət Naxçıvan Ali Məclisinə seçilən deputatlardan getsə, oradakı “sehrbaz”lıqları başa düşmək olar. Məsələ bundadır ki, C.Quliyev Milli Məclisə mandat “qazanıb”. Qazansın! Necəliyi də bəllidir: Naxçıvan kənar adamları öz ərazisinə buraxmır, başqa rayondan olan şəxs Naxçıvandan deputat seçilə bilməz, seçilsə də, Naxçıvandakı problemləri Milli Məclisdə qaldıra bilməz. Qaldıran olsa da, həmin deputatın dərisini boynundan çıxararlar.

Madamki Milli Məclisin deputatıdır, o zaman bu suallara cavab tapaq:

- C.Quliyevin Azərbaycan Respublikasında fəaliyyət göstərən media resurslarında (Naxçıvan MR və buradakı bir-iki qəzet, sayt istisna olmaqla) bircə açıqlamasına, yazısına rast gəlmisinizmi? Adını yazıb yoxlayın, görün hər hansı ciddi saytda, xəbər agentliyində bu adamın bircə açıqlaması dərc olunub. Onun adının keçdiyi yazılar belə başlayır: “29 yaşlı gənc Naxçıvandan deputat seçildi..”. Bu tipli xəbərlərdən başqa bu adamın adı heç yerdə keçmir.

- C.Quliyev niyə müxalifət nümayəndələri ilə debata niyə çıx(arıl)mır? Ümumiyyətlə, Bakıya gəlirmi, yoxsa elə Naxçıvanda oturub? Bütün ittihamlara YAP-ın cəmi 3-4 deputatı cavab verməlidir? Yaxud Dövlət başçısına qarşı yönələn əsassız iddialara cavab vermək üçün belələri niyə cəhd göstərmirlər? Aydındır, heç kəs özünü pis eləmək istəmir, adlarının hallanmasından ehtiyat edirlər.

- C.Quliyevin 44 günlük Vətən Müharibəsi ilə bağlı hansısa yazısına, müsahibəsinə rast gəlmisinizmi?

Kimdir, kimin oğludur, kimin qohumudur, kimin kürəkənidir, hansı “klan”ın üzvüdür, özü bilər, xəbərim də yoxdur. Amma bəlli olan odur ki, o, əlinə silah alıb cəbhədə döyüşəcək qədər də cəsarətli adam da olmayıb. Halbuki Naxçıvan torpaqlarımızın azadlığı uğrunda yüzlərlə şəhid verdi.

Əsl rəzalətdir! Aam deputatdır, amma heç kəs tanımır! Adam deputatdır, amma Bakıda fəaliyyət göstərən heç bir informasiya resursunda (bir-iki istisna) müsahibəsi, açıqlaması yoxdur.

Belə adamları hardan və necə tapıb xalqa sırıyırlar!? Görünür, başı Naxçıvanda Gənclər Fondunun qrant layihələrinə qarışıb. Bu da araşdırılmalı mövzudur və bu mövzuya qayıdacağıq.

Görünən budur ki, C.Quliyevin deputat “seçilməsi” milli nöqteyi-nəzərdən yox, şəxsi və məişət “üslubu"nunda alınmış qərarla reallaşdırılıb.

Samir FEYRUZOV, Azsiyasət.com

 

21 aprel

12:06 - "Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib" - Paşinyan12:00 - İmamoğlundan yeni boykot çağırışı...11:48 - "AYNA, siz bu cəriməni haranızdan uydurub çıxardınız?" - FOTO

18 aprel

14:08 - ABŞ Ukraynadan imtina edir?14:06 - Məktəblərin tikintisində podratçılara artıq pullar ödənilirmiş - PALATA14:03 - Əhali hər ay banklara nə qədər kredit borcu ödəyir? - Kəskin artım var

14 aprel

13:39 - "Tiflis ümid etməsin, mövqeyimiz dəyişməyəcək" - Qaluzin13:28 - ABŞ Çinlə "müharibə"də uduzur13:25 - Xaricdən benzin idxalı 4,7 dəfə artıb, qiyməti isə 4 qəpik aşağı düşüb

09 aprel

15:36 - Qafanda konsulluğun açılışı gələn aya qaldı15:34 - Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - Hesabat15:32 - "İran Prezidentinin bu ay ölkəmizə səfər edəcəyini gözləyirik" - İlham Əliyev

08 aprel

15:46 - İran-ABŞ danışıqlarını bu şəxslər aparacaq15:39 - Heydərovların "London macərası" başa çatdı - FAKTLAR15:35 - Gömrük Komitəsi dərman qaçaqmalçılarını himayə edir - Həbslər var

01 aprel

11:56 - Almaniya müharibəyə hazırlaşır11:54 - Azərbaycanda qızılın qiymətində kəskin bahalanma oldu11:51 - Almaniya Azərbaycandan üzr istədi...

28 mart

18:05 - Konqresmenlər Bakıya qarşı birləşdi...18:01 - Sənədsiz ev probleminin həlli niyə gecikir?17:59 - Türkiyə ictimaiyyətinin İmamoğlunun həbsinə və aksiyalara münasibəti necədir? - Sorğu

15 mart

15:47 - 43 ölkədən ABŞ-yə giriş məhdudlaşdırılır - SİYAHI15:45 - Almaniya gənclərini müharibəyə hazırlamaq üçün bütün gücünü sərf edir - "Financial Times"15:39 - Moskva Bakı və İrəvanın bu addımını alqışlayır...15:38 - Bahalaşmanı yaradan o dələduzlardır - Hökumətə çağırış15:34 - Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

10 mart

14:20 - Fuad Nağıyevə sərt ittihamlar - "Tahir Əmiraslanovu Şuşadan qovdu"14:19 - Prezident bu dəyişikliyi təsdiqlədi...14:17 - Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur - "Forbes" 14:16 - USAID proqramlarının 83%-i ləğv edildi