ABŞ-Çin qarşıdurması: Pentaqon yeddinci donanmanı hərəkətə gətirdi

27 may, 2021 12:35

“ABŞ-la Çin arasında “koronavirus müharibəsi” davam edir. ABŞ-ın hazırkı prezidenti Co Bayden təlimat verib ki, koronavirusun necə yaranması və yayılması məsələsi araşdırılsın. Mövzu yenə Çindir.

Bu arada, ABŞ-ın Çin əsilli vətəndaşlarının hüquqlarını müdafiə edən ictimai təşkilat Ağ Evin keçmiş başçısı Donald Trampı COVID-19-u “Çin virusu” adlandırdığı üçün məhkəməyə verib. Trampı məhkəməyə verənlər Ağ Evin keçmiş sahibini böhtan və mənəvi ziyan vurmaqda günahlandırırlar. Onlar Trampın məsuliyyətə cəlb edilməli olduğuna inanırlar”.

Azsiyasət.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, iddiada Trampın koronavirus infeksiyasını “Çin virusu” adlandırmaqla Çin Xalq Respublikasını nəzərdə tutduğu qeyd edilib:

“Buna görə, ABŞ-ın keçmiş prezidentinin qərəzli yanaşması Asiya ölkələrindən gələn immiqrantlara qarşı şiddətin artmasına səbəb olub.

İddiaçılar Ağ Evin keçmiş sahibindən ABŞ-da yaşayan Asiya və ya Sakit okean adasından olan insanların hər birinə 1 dollar ödəmələrini tələb ediblər. Təzminatın ümumi məbləği 22.9 milyon dollar olduğu bildirilir.

Donald Trampın köməyinə keçmiş dövlət katibi Mayk Pompeo çatıb. Pompeonun virusun yayılmasına görə Çin Kommunist Partiyasının “cavabdeh” adlandırmasıyla bağlı yeni açıqlaması Vuhan Viroloji İnstitutundan koronavirus sızıntısına işarə edir.

Pompeo ABŞ mediasına açıqlamasında deyib ki, Çinin Vuhan laboratoriyasının 3 işçisini 2019-cu ilin noyabrında COVID-19 kimi simptomları olan ilk xəstə kimi qeydiyyata alıblar. Halbuki Mayk Pompeo bildirib ki, həmin 3 nəfər xeyli əvvəl xəstələnmişdilər və Pekin bu faktı gizlətməyə çalışıb:

“Çinli mütəxəssislər Vuhan Virologiya İnstitutunda tədqiqatlarla məşğul idilər. Hər bir dəlil virusun bu laboratoriyanın sızmasına işarə edir. Pekin günahı ört-basdır etmək və yayındırmaq üçün hər şeyi etdi, hətta ABŞ-ı günahlandırdı. Baş verənlərə görə Çin məsuliyyət daşıyır”.

Çin Ümumdünya Səhiyyə Təşkilatına bildirmişdi ki, COVID-19 kimi simptomları olan ilk xəstəni 8 dekabr 2019-cu ildə Vuhan şəhərində qeydə alıblar. Ancaq buna nə ABŞ-da, nə də bir sıra ölkələrdə inandılar. ABŞ prezidenti Co Baydenin koronavirus pandemiyası üzrə baş məsləhətçisi Entoni Fausi də etiraf edib ki, ölümcül virusun süni yollarla inkişaf etməsinə dair şübhəsi var və o virusun harada ortaya çıxmasının araşdırılmasına ehtiyac olduğunu vurğulayıb. Digər tərəfdən hazırki dövlət katibi Entoni Blinken də koronavirus pandemiyasıyla bağlı “erkən mərhələlərində” şəffaflığın olmadığını bildirib. Başqa sözlə ABŞ-ın hazırkı administrasiyası da Çindən şübhəlidir”.

Elxan şahinoğlu diqqətə çatdırıb ki, Entoni Blinkenin açıqlaması mart ayında Ümumdünya Səhiyyə Təşkilatı və Çinin birgə sorğusunun yayımlanmasından sonra yayınlanıb:

“Sorğu virusun necə və nə vaxt yayılmağa başladığını qəti şəkildə müəyyənləşdirməyib və Qərbin narahatlıqlarını aradan qaldırmayıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatı, virusun bir laboratoriyadan gəlmə ehtimalının “son dərəcə çətin olduğunu” təyin edib və hər hansı bir laboratoriyada bir-birinə yaxın viruslarla əlaqəli “bir qeyd olmadığını” bildirib. Bu hesabat başda ABŞ olmaqla bir çox ölkəni qane etməyib. Şübhələr azalmayıb.

Amerikanın şübhələri Pekini çox da maraqlandırmır. Pekin öz işindədir. Çin beynəlxalq təzyiqlərə baxmayaraq hərbi dəniz donanmasını böyütməyə davam edir, dənizlərdə təlimlərinin sayını artırır. Çin ətrafındakı adalara iddialıdır. Həmin adalarla hərbi bazaların yerləşdirilməsinə başlanılıb. Bunun qarşılığında ABŞ Hərbi Dəniz Qüvvələrinin yeddinci donanması Çin ətrafında mövqelərini möhkəmləndirir. Bu gedişat ABŞ və Çin arasında gərginliyi daha da artırmağa xidmət edir. Çindən narazı olan dövlətlər Amerika ətrafında toplanırlar”.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi