Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulacaq? - "ABŞ səmimi olarsa..."
14 aprel, 2022 13:12
“Türkiyə beynəlxalq hüquqa uyğun hərəkət edir. BMT-nin sanksiyalarına əməl edəcəyik. Balanslı mövqeyimizi qoruyuruq”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiyaya qarşı sanksiyalarda iştirak edib-etməyəcəyinə dair sualı cavablandırarkən deyib.
"Birləşmiş Millətlər Təşkilatında islahatlar aparmalıyıq. Türkiyəyə baxış müsbət mənada dəyişib. Daha güclü Türkiyə gələcəkdə çox daha vacib bir oyunçu olacaq. Mayın 18-də Vaşinqtonda dövlət katibi Entoni Blinkenlə görüşəcəyik, ABŞ səmimi olarsa, lazımi addımları atacağıq”,- nazir mediaya açıqlamasında bildirib.