Bakıdan qayıdan kimi nazir postundan istefa verdi - Kazakbayev kimdir?

23 aprel, 2022 00:48

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib. Qırğızıstan Prezidenti Sadır Japarov Kazakbayevin istefasını qəbul edib. Xarici işlər nazirinin işdən çıxarılmasının səbəbləri göstərilmir. Amma bəzi mənbələr onun başqa işə keçməsi ilə əlaqədar işdən çıxarıldığını iddia edib.

Qırğızıstanın xarici işlər naziri özü ərizə yazıb, yoxsa…

Qeyd edək ki, xarici işlər naziri aprelin 19 və 20-də Bakıda səfərdə olun Qırğızıstan prezidenti Sadır Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olub. Dövlətlərarası bir sıra müqavilələri məhz o imzalayıb. Bakıdan qayıtdıqdan bir gün sonra isə vəzifəsini itirib.

Kazakbayev diplomatiyada yeni adam deyil. O, ilk dəfə 2010-2012-ci illərdə Qırğızıstanın xarici işlər naziri vəzifəsində çalışıb. Qırızıstanda məlum inqilabi hadisələrdən sonra həbsdən çıxan Sadır Japarov hakimiyyətə gəldi. Kazakbayev onun əvvəl baş nazir olduğu kabinetdə yerini qoruya bildi. Japarov prezident seçildikdən sonra da o, yenə nazir postunda oturdu. Amma hələ iki il əvvəl onun bu postda müvəqqəti ola biləcəyi haqda yerli mediada iddialar vardı.

18 may 1967-ci ildə Talas vilayətində anadan olan Kazakbayev iki təhsil alıb. 1991-ci ildə Frunze Politexnik İnstitutunun maşınqayırma fakültəsini bitirib. İkinci təhsili hüquqşünasdır. 1995-ci ildən isə diplomatik fəaliyyətə başlayıb. 2004-cü ildə o, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

2015-2020-ci illərdə Qırğızıstan parlamentinin deputatı seçilib, fraksiya lideri olub. Rəsmi məlumatlara görə, şəxsi biznesi yoxdur. Bəyannaməyə görə, gəlir mənbəyi maaşı və yetişdirdiyi mal-qaradır. Ailəsinin iki mənzili və bir torpaq sahəsi var.

Amma maraqlıdır ki, Ruslan Kazakbayevin böyük oğlu Nursultan 2009-cu ildən xaricdə yaşayır və pullu perestijli ali məktəblərdə təhsil alıb. O, 2009-2013-cü illərdə Niderlandda Tətbiqi Elmlər Universitetində oxuyub, sonra isə təhsilini London Biznes məktəbinin magistraturasında davam etdirib.

Ruslan Kazakbayevin kiçik oğlu Altay hələ məktəblidir. O, Bişkekdə özəl məktəblərin birində oxuyur.

Kazakbayevlə bağlı deputat olarkən maraqlı bir hadisə baş verib ki, Qırgızıstam nediası bir müddət bu haqda yazıb. Kazakbayev parlamentdə keçmiş Milli Təhlükəsizlik əməkdaşı olmuş Qırğızıstan ombudsman ilə bir məsələdə polemikaya girir. Ombudsanın, "Biz çekist həmkarlarıq. Keçmiş çekistlər olmur” - deməsi dərhal müzakirə mövzusuna çevrilir. Media Ruslan Kazakbayevin rəsmi tərcümeyi-halında onun milli təhlükəsizlik orqanları ilə əlaqəsi olması barədə məlumat olmaması diqqət çəkib. Qırğızıstan mediasının bu barədə sualına Ruslan Kazakbayev, "Milli Təhlükəsizlik Dövlət Komitəsi ilə Xarici İşlər Nazirliyi ilə iş bir-biri ilə sıx əlaqəlidir” - deyə izahat vermişdi. Ombudsman da öz növbəsində Ruslan Kazakbayev Dövlət Təhlükəsizlik Komitəsində işləmədiyini demişdi(musavat).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR