ABŞ rəsmilərinin Kiyev səfərinin gizlinləri - "Nyu-York Tayms"

26 aprel, 2022 12:07

“Nyu-York Tayms” qəzeti ABŞ-ın dövlət katibi ilə müdafiə nazirinin Ukrayna paytaxtı Kiyevə birgə səfərinin əhəmiyyəti, səfərin hansı zərurətdən doğması, son ana kimi necə məxfi saxlanması, amerikalı rəsmilərin Kiyevə hansı yolla gedib çıxması mövzusunda yazı dərc edib.

Novator.az-ın məlumatına görə, qəzet yazır ki, aprelin 24-ü Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba, müdafiə naziri Aleksey Reznikov, daxili işlər naziri Denis Monastriyski ilə görüşüb, üç saat müzakirə aparan dövlət katibi Entoni Blinkenlə müdafiə naziri Lloyd Ostinin səfəri olduqca məxfi şəkildə hazırlanıb: “Entoni Blinkenlə Lloyd Ostinin tabeliyində çalışan şəxslərdən yalnız kiçik bir qrupu onların Kiyevdə Vladimir Zelenski ilə görüşməyə hazırlaşdığını bilib. Daha kiçik bir qrupa isə onlarla bir yerdə yola çıxmağa icazə verilib.

Səfər başlandığı ana qədər məxfi saxlanıb. Blinken və Ostin ABŞ Hərbi Hava Qüvvələrinin gözəgörünməz yük təyyarəsində yola düşüblər. Onlar Polşaya çatanda, yəni yolun yarısında olanda Kiyevdə mətbuat konfransı keçirən Vladimir Zelenski qəfildən belə bir səfərin gözləndiyi haqda məlumat yayıb”.

“Nyu-York Tayms” bildirir ki, bu riskli və məxfi səfərlə ABŞ Ukraynaya dəstəyini bir daha yüksək səviyyədə ifadə edib: “Nümayəndə heyəti Vladimir Zelenskiyə ABŞ-ın Ukraynada yenidən səfirlik açacağını bildirib. Həmçinin ABŞ 2019-cu ildən bəri ilk dəfə Ukraynaya səfir təyin etmək qərarına gəlib. Prezident Cozef Bayden bu posta Slovakiyada səfir işləyən Bricit Brinki təyin etməyi qərarlaşdırıb”.

Səfir təyinatının tək praktiki yox, həm də simvolik mənası olduğunu qeyd edən “Nyu-York Tayms” qəzeti Kiyevdə ABŞ səfirliyinin fəaliyyətini bərpa etmək üçün amerikalı diplomatların tezliklə Ukraynaya yollanacağını diqqətə çatdırır.

Vaşinqtonun Ukraynaya münasibətdə diplomatik sahədə kəskin dönüş etdiyini və bu ölkəyə yeni hərbi yardım ayırdığını xatırladan qəzet bildirir: “ABŞ prezidenti Cozef Baydenin hərbi yardımlar silsiləsindən bəyan etdiyi son yardım Ukraynanın və daha 15 Şərqi Avropa dövlətinin ordusuna 713 milyon dollar ayrılmasını nəzərdə tutur. Bu, fevralın 24-dən – Rusiya hərbi təcavüzə əl atandan bəri ABŞ-ın Ukraynaya yönəltdiyi hərbi yardımların ümumilikdə 3,7 milyard dollar həddinə çatması deməkdir.

Rəsmilərin sözlərinə görə, ukraynalılar üçün ayrılan son vəsait Donbas bölgəsi uğrunda gedən mübarizəyə – Ukraynanın daha müasir silah-sursatla, havadan müdafiə sistemləri ilə təchiz edilməsinə, həmçinin istehsalına sovet dövründən başlansa da Ukrayna ordusunun indiyədək işlətdiyi raketlərdən, atıcı silahlardan, pulemyotlardan alınmasına xərclənəcək.

Bayden administrasiyası Ukraynaya tək silahla yox, Rusiyaya qarşı beynəlxalq səviyyədə sanksiyaların tətbiqi kampaniyası ilə də kömək edir. Son vaxtlar bir sıra Avropa rəsmiləri Kiyevə səfər edəndən, xüsusilə Böyük Britaniyanın baş naziri Boris Conson Vladimir Zelenski ilə Ukrayna paytaxtında gəzintiyə çıxandan, İspaniya və Danimarkanın baş nazirləri Kiyev ətrafını dolaşandan sonra Bayden administrasiyasının da Ukraynaya yüksək səviyyədə rəsmi şəxslər göndərməsi istiqamətində çağırışlar artmış, Ağ evə təzyiqlər başlanmışdı”.

“Nyu-York Tayms”ın yazdığından bəlli olur ki, əslində Bayden administrasiyası da Kiyevə yüksək səviyyədə səfər planlaşdırıbmış, sadəcə Amerika rəsmiləri Blinkenlə Ostinin Ukraynaya getməyə hazırlaşdığını bilərəkdən qabaqcadan elan etmirmiş: “Amma aprelin 23-də Zelenski bunu açıqladı. Bildirdi ki, Blinkenlə Ostin Kiyevə gələcəklər. Zelenski bu səfərdən Ukraynanın ehtiyac duyduğu hərbi yardımı müzakirə etmək üçün yararlanacağını söylədi. Dövlət Departamenti və Pentaqon isə məsələni dərhal şərh etmədi. Departament və Pentaqon dövlət katibi ilə müdafiə nazirinin Ukraynaya təhlükəsiz gedib qayıtmasını gözləməyə üstünlük verdi, səfərin əks-sədasını mümkün qədər sonraya saxlamağa çalışdı.

Entoni Blinken bu il yanvarın ortasından bəri Ukraynaya səfər etmiş ən yüksək vəzifəli Amerika rəsmisidir. Yanvarın ortasında da Ukraynaya elə o özü getmişdi. Fevralın 14-dən isə ABŞ Kiyevdəki səfriliyinin fəaliyyətini dayandırıb, amerikalı diplomatlar Ukraynanı tərk ediblər.

Rusiyanın hücumu səfirlik bağlanandan 10 gün sonra başlanıb. Müharibənin ilk günlərində Rusiya Kiyevi işğal etməyə cəhd göstərib, şəhəri atəşə tutub, paytaxt ətrafında Ukrayna ordusu ilə rus ordusu arasında küçə döyüşləri gedib.

Sonradan ruslar Kiyev ətrafından geri çəkiliblər və görünür bu, şəhəri əvvəlki günlərlə müqayisədə qismən təhlükəsiz edib. Belə bir vəziyyət Qərb liderlərinə Zelenski ilə Kiyevdə həmrəylik nümayiş etdirmək fürsəti yaradıb.

Müharibə başlanandan bir neçə həftə sonra, mart ayında Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevə yolanıblar. Onların səfəri də olduqca məxfi şəraitdə həyata keçirilib. Sonrakı həftələrdə Böyük Britaniya, Litva, Latviya, Slovakiya, Estoniya, İspaniya və Danimarka liderləri Kiyevdə olublar. Eyni zamanda Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Ukrayna paytaxtına yollanıb və Kyev ətrafında yerləşən Buça şəhərini ziyarət edib. Rus ordusu geri çəkiləndən sonra jurnalistlər, təhqiqatçılar bu şəhərdə ağlasığmaz vəhşiliklərin törədildiyini üzə çıxarıblar.

Mart ayında ABŞ-ın vitse-prezidenti Kamala Harris Polşaya gedib, orada Vaşinqtonun Ukraynaya, NATO-dakı müttəfiqlərinə, Şərqi Avropaya dəstəyini ifadə edib.

Həmin ay Entoni Blinkenin də Polşaya səfəri olub. Dövlət katibi Polşa-Ukrayna sərhədində hər saat minlərlə qaçqının keçib getdiyi sərhəd-buraxılış məntəqəsində ukraynalı diplomatlarla görüşüb.

Prezident Bayden də martın 25-i Polşaya dövlət səfəri zamanı sərhədyanı şəhərə baş çəkib. O, Ukrayna ərazisinə keçmədən həmin şəhərdə qaçqınlarla görüşüb, növbəti gün isə Varşavada nitq söyləyib”.

“Nyu-York Tayms” qəzeti xatırladır ki, ABŞ-ın yüksək vəzifəli rəsmilərinin başqa döyüş bölgələrinə, məsələn, İraqa, Əfqanıstana səfərləri də bir qayda olaraq həmişə məxfi saxlanıb, belə səfərlər haqda məlumatlar bəzən rəsmi şəxslər getdikləri ölkəyə çatanadək, bəzən isə hətta geri qayıdana kimi açıqlanmayıb”.

Qəzet sonda vurğulayır: “Təhlükəsizlik qaydasına riayət olunması məsələsi, çəkişmələrin hava məkanını da əhatə etməsi liderləri yenə Kiyevə yetmək uğrunda uzun yol qət etmək məcburiyyətində qoyur. Britaniya hökumətinin açıqlamasına görə, Boris Conson aprelin əvvəlində Ukraynaya gedərkən (bu səfər haqda da əvvəlcədən heç bir məlumat verilməmişdi) bir neçə növ nəqliyyat vasitəsindən yararlanıb, o cümlədən Poşanın şərqindən qatara minib.

Ağ ev prezident Baydenin Ukraynaya səfərə gedəcəyini istisna edib. Məsələ təkcə riskdə deyil, həm də ondadır ki, ABŞ prezidentinin təhlükəsizliyi ilə bağlı olduqca böyük tələblər mövcuddur. Blinken və Ostin kimi yüksək vəzifəli məmurlar isə daha yığcam qrupla səfərə çıxa bilirlər”.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub