Rusiya Polşa və Bolqarıstanın qazını kəsdi - Rublla ödəniş etmədilər

27 aprel, 2022 17:26

Polşanın PGNiG qaz şirkəti bildirib Rusiya aprelin 27-dən bu ölkəyə qazın nəqlini dayandıracaq. Moskva bu qərarını onunla izah edib ki, Varşava Rusiya qazı üçün ödənişlərin rublla edilməsinə dair martın 31-dən verilmiş tələbi rədd edib. Həmin vaxtdan Rusiya hökuməti Polşanı “dost olmayan ölkələr” siyahısına daxil etmişdi.

"İnterfaks" agentliyi "Qazprom" şirkətinin nümayəndəsinə istinadən bildirmişdi ki, Polşaya qaz verilməsinin dayandırılması hələ rəsmən elan olunmayıb, lakin ona xəbərdarlıq edilib ki, ödənişlər Rusiya valyutası ilə edilməlidir.

PGNiG-in ilin birinci rübündə idxal etdiyi qazın 53 faizi Rusiyanın payına düşüb. Lakin Polşa bildirib ki, Rusiyanın qazı kəsməsi istehlakçıların təchizatına təsir göstərməyəcək, çünki ölkənin qaz terminalları 80 faizinədək doludur və qarşıdan isti yaz-yay mövsümü gəlir.

Polşanın qaz almaq üçün başqa alternativləri də var. Ölkə habelə maye qaz alır. Maye qaz Polşanın qaz idxalında bu il 26 faiz təşkil edib.

Bununla belə ekspertlər bildirirlər ki, Rusiya Polşaya qazın verilməsini bir neçə həftə dayandırarsa, bu ölkə bəzi böyük istehlakçıların hesabına qənaət rejiminə keçməli olacaq.

Xatırladaq ki, Polşa onsuz da uzun perspektivdə Rusiya qazından tam imtina etməyi planlaşdırırdı və “Qazprom" şirkləti ilə yeni kontrakt imzalamayacağını bildirmişdi. Bundan başqa oktyabr ayından Norveçdən çəkilən yeni kəmər işə düşməlidir. Bu kəmərin 2022-ci ildə tam gücü ilə işə düşdükdən sonra Rusiya qazını tamamilə əvəz edəcəyi gözlənilir.

Bolqarıstan hökuməti də bildirib ki, "Qazprom" şirkətindən qazın kəsiləcəyinə dair bildiriş alıb. "Bulqarqaz" şirkəti bəyan edib ki, Rusiyanın ödəniş üçün yeni tələbi artıq mövcud kontraktın şərtlərinə ziddir.(azadliq.org)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR