“Şuşadakı tunellərin koordinatları ictimailəşsə, bu, düşmənə hərbi sirri açmaq olar...”

24 may, 2023 15:10

“Həmin sirləri bilən düşmənlərimiz istənilən vaxt, Allah eləməmiş, Şuşada hazırda mövcud olan hərbçi, polis, müxtəlif dövlət və hökumət əməkdaşlarını, tikinti, təmir-bərpa işləri aparan mühəndis və fəhlələri və s., eləcə də gələcəkdə şəhərə köçürüləcək yerli mülkü sakinləri, terror, diversiya, təxribat hədəfinə çevirə bilər...”

Xəbər verildiyi kimi, Şuşa şəhərində çox sayda tunellər aşkarlanıb. Bu haqda mediaya açıqlamasında Azərbaycan Milli Elmlər Akademisyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib. Onun sözlərinə görə, arxeoloqlar həmin ərazilərə təcili şəkildə ezam olunublar. “Onların mahiyyətini, dövrünü araşdırıblar. Biz bütün digər məsələlərlə bağlı məlumatı yəqin ki, 1-2 aydan sonra ictimaiyyətlə bölüşəcəyik”- deyə AMEA rəsmisi bildirib.

Moderator.az redaksiyasına telefon açan tanınmış Qarabağ qazisi, peşəkar kəşfiyyatçı Azay Kərimov  məsələ ilə bağlı ciddi narahatlığını ifadə edib.

“Elmlər Akademiyasının hörmətli professorunun Şuşada çoxsaylı  tunellər olması haqda açıqlaması və Azərbaycanın əksər saytlarının bunu “bəh-bəh”lə tirajlaması məni bir peşəkar hərbçi və kəşfiyyatçı kimi həm məyus, həm də narahat etdi. Gərək bu haqda informasiya, ümumiyyətlə, açıqlanmazdı... Hazırda on illərlə Şuşada yaşamış insanların böyük əksəriyyəti bu haqda məlumatsızdır. Amma mənim hələ 1991-1992-ci illərdən Şuşada erməni separatçı və işğalçılarına qarşı bir hərbçi kimi mübarizəyə başlayandan həmin tunellərin varlığından xəbərim var. Və müxtəlif döyüş və kəşfiyyat tapşırıqlarıyla əlaqədar onlardan istifadə etmişəm. O tunellərin şəhərin içərisində haradan  başladığını və şəhər ətrafında haralardan çıxdığını əzbər bilirəm, hamısını qarış-qarış gəzmişəm. Bu tunellərin çoxu hələ Şuşa Pənahəli xan tərəfindən salınarkən qurulub və sonra da Xurşidbanu Natəvan dövründə davam etdirilib. Özləri də 5 qola ayrılırdı. Bunu sübut etmək üçün həmin tunellərin bir neçə “təhlükəsiz” fotolarını da təqdim edirəm. Bir dəfə hətta oralarda gəzərkən fonarımın batareyası bitdiyindən  azdım və alışqanın işığı ilə bir təhər Şuşanın bir yerində kanalizasiya lyukundan çıxdım. O tunellərin bəzi yerləri elə bir ölçüdədir ki, onların içində at da çapmaq olar, kiçik ölçülü avtomobilləri də sürmək olar. Bu tunellərin içərisində minimum 3 min adam yerləşdirmək olar” – deyə Qarabağ qazisi bildirib.

“Bütün deyilənləri nəzərə alaraq AMEA-nın bu haqda danışan professoruna da, həmin qurumun rəhbərliyinə də, media vasitələrinin, telekanal və saytların rəhbərlərinə, bütün jurnalistlərə müraciət edirəm ki, artıq ilkin məlumat yayılsa da, heç olmasa, bundan sonra Şuşadakı tunellər barədəki informasiyalar ətraflı şəkildə ictimailəşdirilməsin. Alimlər, mütəxəssislər, arxeoloqlar, yaxud xüsusi xidmət orqanlarının öyrənməsində problem yoxdur. Lakin bu tunellərin şəhər daxilində və xaricində giriş çıxışları, onların koordinatları, fotoları və s. informasiyalar ictimailəşərsə, bu, düşmənə hərbi sirr verməyə bərabər olar. Həmin sirləri bilən düşmənlərimiz istənilən vaxt, Allah eləməmiş, Şuşada hazırda mövcud olan hərbçi, polis, müxtəlif dövlət və hökumət əməkdaşlarını, tikinti, təmir-bərpa işləri aparan mühəndis və fəhlələri və s., eləcə də gələcəkdə şəhərə köçürüləcək yerli mülkü sakinləri, terror, diversiya, təxribat hədəfinə çevirə bilər. Odur ki, Şuşada aşkar edilmiş tunellər haqda məlumat qapalı saxlanmalı, eyni zamanda onların giriş-çıxışları dəqiq öyrənildikdən sonra kamuflyaj olunmuş şəkildə qapadılmalı və xüsusi vəzifəli şəxslər istisna olmaqla əlçatmaz olmalıdır.  Əgər gərək olsaydı, mən bu haqda məlumatı özüm öncədən mediaya açıqlayardım”, -deyə peşəkar kəşfiyyatçı diqqətə çatdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR