Ramiz Mehdiyev Zakir Fərəcova nəyi söz vermişdi?

08 dekabr, 2020 14:18

Ölkədə fəaliyyət göstərən bir qrup iş adamı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət ediblər. Müraciət müəllifləri Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun onları aldatdığını, sahibkarlara böyük məbləğdə ziyan vurduğunu iddia edirlər.

Sahibkarlar bildirir ki, “A.V.” şirkəti indiyə qədər Azərbaycanda çoxsaylı uğurlu layihələr həyata keçirib. Bu xüsusda Yevlax, İmişli, Beyləqan, Hacıqabul, Kürdəmir, Quba, Gəncə və Goranboy rayonlarında tikinti-abadlıq işlərinin görülməsi, o cümlədən yeddi rayonda Bayraq Meydanının tikintisi və s. qeyd oluna bilər. Şirkət icra etdiyi bütün layihələri uğurla təhvil verib və buna görə, dəfələrlə müxtəlif təltifnamələrə layiq görülüb.

Müraciət müəllifləri qeyd edir ki, onları təmsil edən şirkət təmsilçisi 2016-cı ilin martında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə onun qəbulunda olub. İcra başçısı şirkətə Sumqayıt şəhərində Yeni Bulvar kompleksinin inşasını təklif edib. Bildirib ki, “ağsaqqal” (Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi nəzərdə tuturdu) Sumqayıtda Yeni Bulvar kompleksinin salınmasını və cari ilin sentyabr ayında təhvil verilməsini tapşırıb. Bunu edəcəyi təqdirdə onun Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alacağına “ağsaqqalın” söz verdiyini də söylədiklərinə əlavə edib. Daha sonra qeyd edib ki, buna qədər müxtəlif sahibkarlarla görüşsə də, onlar bu işi icra etməkdən boyun qaçırıblar. Yekunda bu qənaətə gəlib ki, bu layihəni məhz bizim şirkət həyata keçirə bilər.

Z.Fərəcov sahibkarla birlikdə əraziyə baxış keçirib və həm bu layihəni icra etməyi, həm də Bakı-Quba yolunu abadlaşdırmağı ondan istəyib. Razılaşma əldə olunub və martın 10-da 624 işçi heyəti və texniki avadanlıqlarla “A.V.” şirkəti layihənin icrasına başlayıb. Baxmayaraq ki, qanuna müvafiq olaraq aramızda müqavilə bağlanmasını tələb edirdik, icra başçısı buna ehtiyac olmadığını söylədi. Qarşılıqlı etimad və “centlmen sazişi” əsasında işə başladıq və onun yüksək vəzifə daşıdığını rəhbər tutaraq, yalançı vədlıərinə aldandıq. Və bütün həngamə də bundan sonra başladı. Yeni Bulvar kompleksinin və Bakı-Quba yolundan girişində abadlıq işlərinin ümumi smeta dəyəri 12.800.000 manat təşkil edirdi. Həmin puldan indiyə kimi, mənə 6.000.000 manat ödənilsə də, qalan məbləğ hələ də ödənilməyib. Layihənin icra olunduğu ilkin dövrlərdə vəsait Sumqayıt şəhərinin baş memarı Adil Xudadatov tərəfindən nağd şəkildə çatırılırdı. Məlumat əldə edirdik ki, həmin pullar Sumqayıtda fəaliyyət göstərilən dövlət idarələrinin rəhbərlərindən toplanır. Əgər onlar ilkin vəsaiti verməsəydilər, o halda işlər yarımçıq qalacaqdı. Digər yandan yarımçıq tikintini də saxlaya bilməzdik.

Sahibkarlar bildirir ki, Sumqayıt Bulvar kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev görülən işlərin keyfiyyətindən yüksək məmnunuluq ifadə edib və qısa müddətə bu miqyasda işlərin görülməsini möcüzə adlandırıb. Dəfələrlə Zakir Fərəcovdan öz halal pulumuzu tələb etsək, müxtəlif bəhanələr uydurmaqla, hər dəfə ödəməkdən boyun qaçırır. Gah deyir, ona yuxarı instansiyalardan öz vəsaiti hesabına uşaq bağçası inşa etdirmək tapşırılıb, gah da digər bəhanələr gətirir. Nəticədə şirkətimiz faktiki olaraq müflis vəziyyətinə gəlib.

Sahibkarla ölkə rəhbərliyindən problemlərini həll etməyi, Zakir Fərəcovdan onlara çatacaq vəsaiti geri almaqda yardımçı olmağı xahiş edirlər.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik…

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR