Etibar Pirverdiyevin həbsinə hazırlıq gedir - Bu, iki səbəbə görə baş verəcək...

08 fevral, 2021 11:30

Etibar Pirverdiyev 2018-ci il sentyabrın 4-də “Azərenerji” ASC-nin prezidenti vəzifəsindən azad edildi. Azərbaycanda ən çox müzakirə olunan oliqarx-məmurlardan biri kimi E.Pirverdiyev mütəmadi olaraq yerli medianın əsas manşetlərində görünürdü. 2018-ci il iyul ayının 3-də yarMingəçevir şəhərində yerləşən İstilik Elektrik stansiyasında (İES) baş verən partlayışdan sonra o, bu dəfə daha “fərqli” şəkildə görünməyə başladı. E.Pirverdiyev ölkədə ən yararsız kadrlardan biri kimi təkcə medianın deyil, ümumilikdə Azərbaycan cəmiyyətinin qəzəbinə tuş gəldi. Ölkədəki enerji böhranından sonra Prezident İlham Əliyev keçirdiyi müşavirədə “Azərenerji"nin prezidenti Etibar Pirverdiyevi bu cür danlamışdı: “Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz”.

Üstündən 2 ildən artıq bir vaxt keçib, E.Pirverdiyev vəzifədə olmasa da, biznesmen kimi öz işinin başındadır. Olsun! Amma məsələ bunda deyil. Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun işdən çıxarılmasından sonra ölkədə bir çox qaranlıq məqamlara aydınlıq gəlməkdədir. N.Sadıkovla E.Pirverdiyevin quda olması isə heç kəsə sirr deyil. Əsas mətləbə gələk.

Etibarlılığı şübhə doğurmayan mənbədən Azsiyasət.com saytına daxil olan məlumata görə, “Azərenerji” ASC-nin sabiq prezidenti E.Pirverdiyev yaxın günlərdə həbs ediləcək və hazırda onun həbsinə hazırlıq prosesi gedir. Mənbə bildirir ki, əgər E.Pirverdiyev həbs ediləcəksə, bu, onun təkcə “Azərenerji” ASC-də işlədiyi müddətdə həyata keçirdiyi korrupsiya əməliyyatlarına, digər qanunazidd əməllərinə görə olmayacaq.

Məlumdur ki, E.Pirverdiyev həm də keçmiş rabitə və informasiya naziri Əli Abbasovla qudadır. Azərbaycana iri ranqlı məmurların siyasi “nikah”a daxil olması adi haldır. Hakimiyyətdə öz mövqelərini gücləndirmək üçün bu “metod”dan istifadə edən xeyli sayda məmurlar var.

Etibar Pirverdiyev nə üçün həbs oluna bilər?

Sabiq nazir Səlim Müslümovun həbsindən sonra Etibar Pirverdiyevin həbs olunacağı ilə bağlı əldə olunan məlumat maraq doğurur. Deməli, növbə həm də sabiqlərə çatıb.

Mənbə bildirir ki, “Azərenerji” ASC-nin keçmiş prezidentinin həbsi iki səbəbdən reallaşacaq: Birincisi, onun hansısa xarici “kolon”la kifayət qədər ciddi əlaqələri var və E.Pirverdiyevi həmin xarici qüvvələrə “bağlayan” şəxs N.Sadıkov olub. Bildiyiniz kimi, N.Sadıkov 44 günlük Vətən Müharibəsi zamanı hərbi əməliyyatlardan tamamilə kənarda saxlanıldı, zərərsizləşdirildi, bir müddət sonra isə onun işdən çıxarılması ilə bağlı rəsmi məlumat yayıldı. N.Sadıkov müəmması hələ də davam edir, onun Rusiya ilə məxfi əlaqələrinin olması isə bu günə qədər də cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. E.Pirverdiyevlə N.Sadıkov arasındakı münasibətlər sırf qudalığa söykənibmi? Bax, əsas məsələ budur. İkincisi, E.Pirverdiyev müxtəlif üsuallarla dövlətdən mənimsədiyi pulları xaricə daşıyıb.

Bildirək ki, hələ E.Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdi Hacəmməd qızının xaricdə biznes şəbəkəsi qurması ilə bağlı məlumatlar yayılırdı. Bakının Ə.Naxçivani küçəsində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Pərvanə xanım Gürcüstanda fəaliyyət göstərən “ESKO” LTD şirkətinin 3 təsisçisindən biridir. Şirkət E.Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından təxminən 1 il əvvəl, yəni 2017-ci mayın 29-da Gürcüstan Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı Milli Agentliyində 404538434 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından təxminən 1 il əvvəl, yəni 2017-ci mayın 29-da Gürcüstan Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı Milli Agentliyində 404538434 saylı lisenziya ilə qeydiyyatdan keçib.
Reyestr sənədlərində şirkətin Tiflisdə iki hüquqi ünvanı olduğu qeyd edilib: Tiflisin köhnə Tiflis məhəlləsindəki Leonidze küçəsi 2 və G.Tabidze 1/3 ünvanları. Şirkət hissələrinin 34 faizi Pərvanə Pirverdinin, 33 faizi Zöhrə Sultanova adlı digər Azərbaycan vətəndaşının, qalan 33 faizi isə Sulxan Papaşvili adlı Gürcüstan vətəndaşının adına rəsmiləşdirilib, icraçı direktoru Paata Zhgentidir.
Qeydiyyatdan bir neçə gün sonra şirkət “Gürcüstan Dövlət Energetika Sistemi” Səhmdar Cəmiyyətinin elan etdiyi 1.868.873 dollarlıq tenderə qatılır, lakin müraciət yeni yaradılan şirkətin yüksək risk ehtimalı nəzərə alınaraq rədd edilib.
Qeyd edək ki, Etibar Pirverdiyevin qızı Dünya Pirverdi də İngiltərədə bizneslə məşğuldur, 2017-ci ildə burada “JDE TRADING LIMITED”-i qeydiyyatdan keçirib. Dünya Pirverdi və hazırda Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan əri Eldar Abbasova məxsus “INFIPRO LIMITED”, “JDE CAPITAL LTD” şirkətləri 2018-ci ilin sonlarında qapadılıb.

E.Pirverdiyev Türkiyədə “Algima İnşaat” şirkətinin şəriklərindən biridir. Onun əsas şəriki isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçmiş direktoru Ayaz Orucovdur.

Son bir il ərzində Azərbaycanda həyata keçirilən həbslər göstərir ki, ölkədə korrpsioner məmurlara qarşı amansız mübarizəyə start verilib.

Mənbə qeyd edir ki, E.Pirverdiyevlə bağlı məsələ çox ciddidir, onun dövlətə vurduğu ziyanın məbləği yüz milyonlarla ölçülür. Ona görə də həbsi qaçılmazdır. Eyni zamanda, onun xarici ölkələrdəki siyasi əlaqələri ilə bağlı tükürpədən faktlar ortaya çıxıb.

Hazırladı: Azsiyasət.com

13 iyun

11:19 - "İsrail özünün acı taleyinə imza atıb" - Xamenei11:18 - İsrailin İrana hücumu nəticəsində kimlər ölüb?

10 iyun

23:14 - Toğrul Allahverdiyev hekayəsi - - Xaricə məlumatları kim ötürür?15:31 - "Qarabağ Azərbaycanın ərazisidir!" - Zaxarovadan açıqlama15:28 - Medinski niyə elə dedi? - - Britaniyalı ekspert15:26 - BDU-nun "Məzun Günü" ilə bağlı xərcləri artdı - Bu il 159 min xərclənəcək

02 iyun

12:15 - Ermənilərlə fransızlar Azərbaycanla sərhədə toplaşdılar12:12 - "Rahat" market cərimələndi - Müştəriləri aldadıb12:08 - Həbsxananın damı uçdu - Məhkum öldü12:05 - Rusiyada varlıların sərvəti 22,5 milyard dollardan çox artdı - "Bloomberg" nəşri

30 may

14:18 - Araz Musayev sui-qəsdə görə Adil Əliyevi ittiham edir 14:10 - "Vətəndaş babadan qalma evi sökür, yenisini tikməyə icazə verilmir" - Deputat14:09 - Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

21 may

16:19 - "Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın" - Lavrov13:40 - İlham Əliyev liderlərin iclasında çıxış etdi - TAM MƏTN13:35 - Azərbaycan İtaliyaya neft satışını kəskin artırıb

19 may

13:53 - Azərbaycan-İran birgə hərbi təliminin açılışı oldu - VİDEO13:51 - Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər açıqlandı13:50 - Banan marketlərdə niyə bahalanır?13:49 - Terror təşkilatlarına qoşulan şəxslər həbs edildi - VİDEO13:45 - Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTOLAR

17 may

10:15 - Bəşər Əsədin mirası Dubaya keçdi - Tartus limanında yeni dövr10:11 - "İstanbul danışıqları Rusiyanın taktiki qələbəsi oldu" - "The New York Times" 09:50 - "Baku TV"-nin təsisçisi "Porche" ilə mobedi vurdu - FOTOLAR

13 may

10:48 - ABŞ-dan kuryoz alqış: PKK-nın ləğvini dəstəklədi - "Bu, sivilizasiya üçün qələbədir"10:46 - Qazilər sakinlərin həyətində qanunsuz "moyka" tikir? - FOTOLAR10:44 - Nazir neft-qaz hasilatı və ixracı ilə bağlı göstəriciləri açıqladı - Azalma var

29 aprel

16:47 - Azərbaycanlı gizli milyonçular Maltanın "qızıl pasportu"nu ala bilməyəcək16:42 - Xaricdən 2,1 manata gətirilən donuz piyini marketdə 18 manata satırlar16:40 - Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü