“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”

10 avqust, 2020 09:25

“Bir Ermənistan” Partiyasının sədri Artur Kazinyan “Facebook” səhifəsində işğalçı ölkənin Diaspor İşləri üzrə Müvəkkili Zare Sinanyanın Ermənistanın ərəblər və assuriyalılar tərəfindən məskunlaşması ilə bağlı verdiyi bəyanata sərt münasibət bildirib.


Bu haqda erməni mediası məluamat yayıb.
“ABŞ vətəndaşı olan Diaspor İşləri üzrə Müvəkkilinin Ermənistanın ərəblər və assuriyalılar tərəfindən məskunlaşması ilə bağlı verdiyi açıqlaması böyük rezonans doğurdu. Çoxları böyük həyəcan içindədir: nə baş verir, niyə genişmiqyaslı repatriasiya proqramı üzərində işləyən ABŞ vətəndaşı Ermənistanın ərəblər və assuriyalılar üçün vətən olmasına qərar verdi...” – erməni partiya liderinin bəyanatında belə deyilir.


“Bu, son dərəcə təhlükəli açıqlamanın çox sadə bir izahı var: Ermənistan əhalisinin 98% -i ermənidir. Bu, bütün dünyada nadir bir haldır və Ermənistan yəqin ki, son 30 ildə qlobalistlər üçün böyük problem olan və bütün qlobalist inqilabçılara, həm də onların sahiblərinə və sifarişçilərinə həddindən artıq narahatlıq verən kütləvi miqrant axını olmadığı yeganə ölkədir.
Ermənistana kütləvi miqrasiya zəruridir və arzu olunur ki, bu miqrasiya Asiya ölkələrindən, daha doğrusu, bu ölkələrin Ermənistanda daimi məskunlaşması millətlərarası və dinlərarası ziddiyyətlər və daxili qarşıdurmaların yaranması yolu ilə xarici idarəetmə və effektiv təsir sistemi formalaşdırmaq üçün əlverişli mühit yaradacaq müsəlman əhalisindən olsun”- deyən A. Kazinyan Ermənistanın monoetnik və irqçi bir qurum olduğunu etiraf edərək 2018-ci il Paşinyan inqilabını xatırladır. 

“Yadınızdadırsa, rəngli inqilabdan sonra Yerevan küçələrində sayı 50 minə çatan qəribə görünüşlü və anlaşılmaz bir dildə danışan insanlar meydana çıxdı. Bir çoxumuz onların belə qısa müddətdə Ermənistana haradan və necə gəldiklərinə təəccübləndi. Biz onları şərti olaraq "hindular" adlandırırıq, amma onlar Hindistan deyil, bu gün Türkiyənin ən yaxın müttəfiqi olan Ermənistanı tanımayan müxtəlif müsəlman ölkələrindən, o cümlədən Pakistandan gəlmişlər...
İdarə olunan miqrasiya inkişaf üçün geniş imkanlar təmin edir, lakin bu, yalnız səmərəli fəaliyyət göstərən təhlükəsizlik xidmətləri, inkişaf etmiş bir strategiya və məsuliyyətli bir hökumət şəraitində edilə bilər. Bütün digər hallarda xaotik miqrasiya təhlükəsizlik üçün ən ciddi təhdiddir və Türkiyənin göstərişi ilə Ermənistana girən pakistanlıların terror və təxribat hərəkətləri ilə ölkəni daxildən nə vaxt və necə partladacağını bilmirik... Diasporla İş üzrə Müvəkkil və onu müzakirə edən və kömək edən xarici agentlik şəbəkəsi, missiyalarının sonuna yaxın birtərəfli bir biletlə Ermənistanı tərk edərək həqiqi vətənlərinə qayıdacaq və ya müəyyən bir dövlətdə siyasi sığınacaq alacaq - bizi özlərinin yaratdığı kabusun ağır yükü altında qalmaq məcburiyyətində qoyacaq”
– deyən erməni siyasətçi işğalçı  ölkəsinin siyasi dairələrində Türkiyə və Pakistan amilindən nə qədər ehtiyat olunduğunu ifadə edir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"