“Lotu Quli”nin imperiyası kimə çatacaq?

22 avqust, 2020 00:44

Kriminal aləmdə “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) mirasının bölgüsü başlayıb. Bu barədə "Kommersant" qəzeti yazıb.

Nəşr qeyd edir ki, böyük ehtimalla “qanuni oğru” Vaqif Süleymanov (“Diplomat”) Gürcüstandan olan azərbaycanlı ticarətçilərə, “qanuni oğru” Cavid Məmmədov («Dato Ağcabədinski») isə əvvəllər “Quli”nin idarə etdiyi taksi sürücülərinə və pərakəndə ticarətçilərə nəzarəti ələ keçirəcəklər.

Ola bilsin ki, Sankt-Peterburqdakı Sofiya topdansatış bazasına oğru Əli Heydərov (Albert Rıjıy) “baxsın”, “Quli”nin kriminal yüksəlişinin başlandığı Yekaterinburqdakı meyvə-tərəvəz biznesinə isə artıq azərbaycanlı-talış avtoritetləri iddia edirlər.

Eyni zamanda, Ukrayna Milli Polisi rəhbərinin keçmiş birinci müavini və indi Odessa Dövlət Daxili İşlər Universitetinin rektoru olan Vyaçeslav Abroskin, “Lotu Quli”nin qətlinin qaçılmaz olaraq Ukraynadakı kriminal təsiri sahələrinin dağılacağına və yenidən bölgüsünə səbəb olacağını söyləyib.

O bildirib ki, “Lotu Quli” Ukraynanın kriminal aləmində çox güclü fiqur olub və digər kriminal avtoritetlər ondan açıq-aydın qorxublar.

"Deyə bilərəm ki, azərbaycanlılar arasında bu gün üçün daha belə güclü "qanuni oğru" yoxdur. Onun Ukraynada qurduğu cinayətkar iyerarxiyanı, çətin ki, indi kimsə dəstəkləyə bilsin", - deyə sabiq polismeyster bildirib.

Onun fikrincə, öldürüldükdən sonra “Quli”nin qurduğu mütəşəkkil cinayətkar qurum parçalanacaq və bu, qaçılmaz münaqişələrə gətirib çıxaracaq.

"Müəyyən istiqamətlərə nəzarət edən kiçik kriminal avtoritetlər bunu gələcəkdə də davam etdirə bilərlər. Amma düşünürəm ki, onlar bəzi cinayət fəaliyyəti istiqamətlərinə-bazarlara, qəsbkarlığa və s. nəzarəti itirəcəklər", - deyə Vyaçeslav Abroskin vurğulayıb.

Eyni zamanda, "Praym Kraym" İnformasiya Agentliyinin redaktoru Viktoriya Qefter hesab edir ki, Suxumi oğru klanının lideri olan “qanuni oğru” Merab Canqveladze (“Suxumski”) cinayət dünyasında liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet kimi qalıb.

Onun fikrincə, Merab Suxumskini cinayət dünyasının yeni lideri adlandırmaq olar, çünki o, nüfuz baxımından avqustun 19-da öldürülən "Lotu Quli" kimi tanınan Nadir Səlifova bərabər olan yeganə şəxsdir.

Redaktor həmçinin qeyd edib ki, kriminal avtoritetin ölümü mafioz müharibələrin nəticəsidir və ondan sonra "çoxları rahat nəfəs aldılar".

"Düşünürəm ki, qətl ən çox “Quli”nin özü üçün gözlənilməz oldu. Çoxları ona məhz bu sonluğu proqnozlaşdırırdı, lakin finalın bu tezlikdə olacağını gözləmirdilər. “Quli”  düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatilini özü özünə yaxınlaşdırdı və onu boynunun arxasından vurdular", - deyə V. Qefter bildirib.(virtualaz.org)

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı