Xırda adamın böyük sərvəti: Abel Məhərrəmovun var-dövlətinin siyahısı

25 avqust, 2020 13:20

Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən çıxarılandan sonra "kölgəyə” çəkilən akademik Abel Məhərrəmov yenidən diqqət mərkəzinə gəlib. 
Azsiyasət.com saytı yenisabah.az-a istinadən xəbər verir ki, keçmiş rektor Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiyinə və onun şəninə sağlıq dediyinə görə müzakirə mövzusuna çevrilib. Bəzi məlumatlara görə, Abel Məhərrəmov təkcə cərimə cəzası ilə yaxasını kənara çəkə bilməyəcək. Onun hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılacağı, hətta rektor olduğu dönəmdə topladığı varidata əl qoyulacağı iddia olunur.


Keçmiş rektorun sərvətinə gəlincə, hələ illər öncə mediada bu barədə yazılıb və bəlli olub ki, akademik vəzifədə olduğu illər ərzində özünə biznes imperiyası qurub. Onun olduğu iddia edilən biznes strukturların siyahısını təqdim edirik. Məlumat üçün deyək ki, bu siyahını bir neçə il əvvəl siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov yaymışdı.


1. "El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.


2. "Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)


3. "İzabella” şadlıq sarayı, Bakıda "Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.


4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.


5. "Sahil” ticarət mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)


Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:


1. "Lamborghini”


2. "Bentley”


3. "Porsche Cayenne”


4. "Land Rover”


5. "Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)


6. "Audi Q7”


7. "Audi Q8” (Son model, qiyməti 450 min avro)


8. "Mercedes Geländewagen” (qiyməti 250 min avro)


9. "BMW X6” (son model - qiyməti 200 min avro)


10. "BMW -760” (qiyməti 400 min avro)


Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:


1. Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;


2. Quba rayonunda 1 villa;


3. Xızı rayonunda 1 villa;


4. Nabranda 1 villa;


5. Şüvəlan qəsəbəsində 1 villa;


6. Mərdəkan qəsəbəsində 1 villa;


7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;


Şərifzadə küçəsində yerləşən ev.


- Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçası.


- 8-ci mikrorayonda daha bir restoranı


- N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı