Səfər Mehdiyevin varidatı və vəzifəyə təyin etdiyi yaxın qohumları – SİYAHI

27 avqust, 2020 13:31

Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” deyən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sahib olduğu var-dövlət və Komitədə işə qoyduğu yaxın qohumları ilə bağlı siyahı dərc olunub.

Azsiyasət.com xəbər verir ki məlumatı  jurnalist Həbib Mütəzir paylaşıb.

Foto 1-də gördüyünüz Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Naxçıvan, Babək rayonu, Nehrəm kəndində, Şevroletin logosuna bənzər malikanəsidir, ətrafdakı tikililər də ona və qohumlarına aiddir.

Həmçinin Dövlət Gömrük Komitəsinin sədri Qusarda, Şamaxıda, Mərdəkanda villalara, Milli Onkologiya Mərkəzinin yanında supermarketə, mərasim zallarına, Gömrük Komitəsinin Hospitalının yanında diş klinikasına, Badamdar qəsəbəsində nəhəng villaya sahibdir.

Foto 2-də gördüyünüz General-polkovnikin Şahbuz rayonu, Biçənək kəndində, dağların arasında, ucu-bucağı görünməyən, möhtəşəm bir malikanəsidir. Malikanənin içindən Biçənək çayının bir qolu axır.

Bundan başqa Nehrəm kəndinin yaxınlığında 350 hektarlıq ərazidə üzüm və alma bağları saldırıb. Nehrəmdə şərab istehsalı üçün istifadə olunur. “Sumqala Tikinti Təchizat” MMC nəzdində 100-dən çox işçisi olan “Sumqala” Nehrəm üzümçülük təsərrüfatının sahibi komitə sədrinin qardaşı Kazım Mehdiyevdir.

Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev Dövlət Gömrük komitəsinin əməkdaşıdır. Digər bacısı oğlu Əli ismayılov avtomobillərin gömrük rəsmiləşdirilməsi idarəsinin (rastamoşka) əməkdaşıdır. Digər bacısı oğlu Məhərrəm İsmayılov Gömrük Komitəsi mobil rabitə xidmətinin əməkdaşıdır. Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Xalası oğlu Vüsal Nuruyev Sınıq körpü gömrük postunun rəisidir. Səfər Mehdiyevin bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanağları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər. Bunları dolandırmaq lazımdır ya yox? Rüsumları, vergiləri ona görə digər ölkələrdəki standartlara uyğun edirlər ki, bu qədər nəsli dolandırsınlar.

Qayınları Əli, Zeynal, İlham Tarquliyevlər də məhz Səfər Mehdiyevin sayəsində Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Çox rahatlıqla xarici ölkələrdən istədikləri qədər mal gətirirlər. Sizcə belə adamlara sərf edərmi ki, sıravi vətəndaşlar ayda bir neçə dəfə xaricdən nələrsə gətirsinlər?

Məsələn, onun Gündüz adlı bacanağı “Babək” və “Orxan-SS” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib.

Utanmır hələ 1%-dən danışıb, camaatın 35% cibinə girir. Mən sənə onlarla obyektini, villanı göstərərəm amma sizin ləyaqətiniz və cəsarətiniz çatmaz istefa verməyə. Ölkədə istehsalı sıfıra endirib, qanunları dəyişib xalqın cibinə girməyi bilərsiniz ancaq. Maksimum paylaşın, hamı görsün ki, xalqın vergi və rüsumları ilə necə taxt-tac qurublar.

 

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı