Rafael Cəbrayılov haqda cinayət işi açıldı - borclu olduğu şəxslərin siyahısı

01 sentyabr, 2020 12:57

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində keçmiş deputat Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb. 

Azsiyasət.com yenisabah.az-a istinadən xəbər verir ki, keçmiş deputat 178.2.3 (dələduzluq əməli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bildirilir ki, cinayət işi Rafael Cəbrayılovun borclu olduğu şəxslərin Baş prokuror Kamran Əliyevə müraciətindən sonra başlanıb.

Məlumat üçün deyək ki, Rafael Cəbrayılov bir qurp vətəndaşdan külli miqdarda borc pul alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Keçmiş deputatın borclu olduğu şəxslər Zakir Qaralovun Baş prokuror olduğu dönəmdə dəfələrlə ona müraciət etsələr də, nəticəsi olmayıb. Kamran Əliyev Baş prokuror təyin edildikdən sonra zəzərçəkənlər ona da müraciət ediblər. Elə ilk müraciətdən sonra məsələ nəzarətə götürülüb. Az sonra isə Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb. 

Rafael Cəbrayılov toplam olaraq 1 550 000 (1 milyon 550 min) dollar borcu var ki, bu da milli valyuta ilə 2 635 000(2 milyon 635 min) manat eləyir.

Keçmiş deputatın borclu olduğu şəxslər aşağıdakılardır:

Məlahət Qurbanova - 580 000 dollar

Təranə Fətəliyeva  - 300 000 dollar

Xatirə Nəcəfova - 200 000 dollar

Yusif Orucov - 200 000 dollar

Aynur Kazımova -100 000 dollar  

Şəfa Məmmədova - 80 000 dollar

Bəşir Məmmədov - 60 000 dollar

Allahverdi Səfərəliyev - 30 000 dollar

Əldə etdiyimiz məlumatda bildirilir ki, zərərçəkənlər istintaqın gedişindən razıdırlar. Onlar ümid edir ki, yaxın vaxtlarda problemləri həllini tapacaq.

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı