Milyarder Vahid Ələkbərov kimdir? - 3 yaşında atasını itirir, balıq ovuna başlayır, partlayışdan sağ çıxır...

01 sentyabr, 2020 16:08

Bu gün “dünyanın ən zəngin insanları” siyahısında ilk əlliliyə daxil olan yeganə azərbaycanlı, Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoyl” şirkətinin prezidenti, “Yelo Bank”ın əsas səhmdarlarından biri olan Vahid Ələkbərovun 70 yaşı tamam olur.

Azsiyasət.com saytı qafqazinfo.az-a istinadən Vahid Ələkbərovun uğur yolu və həyat hekayəsini nəzərinizə çatdırır: 

20,2 milyard dollar sərvəti ilə Rusiyanın və dünyanın ən varlı şəxslərindən biri olan Vahid Ələkbərov bu rifah zirvəsinə yüksəlməyə neft sektorunun ən aşağı pillələrindən başlayıb.

Ələkbərov Vahid Yusif oğlu 1 sentyabr 1950-ci ildə Bakıda anadan olub. Milliyyətcə azərbaycanlı olan ata Yusif  Ələkbərov neft sənayesində mexanik işləyirdi və Böyük Vətən müharibəsi qazisi idi. Anası isə qazax əsilli Tatyana Boçarova evdar qadın idi.

Gələcək neft maqnatının hələ 3 yaşı olarkən atası vəfat edir. Ölüm səbəbi müharibə zamanı aldığı və tam sağalmayan yaralar idi. 5 uşaq ilə tək qalan qadın övladları üçün çarəsiz şəkildə mübarizə aparır və onları böyüdüb-başa çatdırmaq üçün gecə-gündüz çalışmağa başlayır. Günü-gündən maddi vəziyyəti pisləşsə də, övladlarını uşaqlar evinə göndərmə təklifini qəti şəkildə rədd edir və onlar əl-ələ verib işləməyə başlayırlar.

Ailəsinin maddi vəziyyətinə dəstək üçün Vahid (ailədə ən kiçik uşaq olub) uşaq yaşlarından işləməli olur və balıq ovu ilə məşğul olmağa başlayır. O, təhsilinə də biganə qalmır.

V. Ələkbərov üçün həyatı boyu əsas məqsəd öz davranışı ilə anasını incitməmək  olub. Buna görə də uşaqlıqdan taleyini neftlə əlaqələndirmək istəyən gələcək neftçi üçün yaşıdları ilə həyətdə oynamaq qəbuledilməz idi. Bunun üçün Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərək dağ mühəndisi diplomunu alır və arzusuna nail olmaq üçün cəsarətlə uzun bir yola çıxır.

Məşhur iş adamı olmazdan əvvəl Ələkbərov ən aşağıdan başlayaraq uğura gedən çətin bir yoldan keçməli idi. Tələbəlik illərində o, peşəkar bioqrafiyasının başlanğıc nöqtəsi olan “Kasmorneft” şirkətində qazmaçı kimi işə düzəlir. İlk illərdə həddindən artıq ekstremal şəraitdə çalışmalı olur: Vahid yanğına və partlayışa məruz qalmış və yaxşı təchiz olunmamış neft platformalarına göndərilir. Hətta bir dəfə platformada baş verən partlayış nəticəsində zərbə dalğası Vahidi dənizə tullayır. O, yalnız yaxşı üzmək bacarığı sayəsində xilas ola bilir.

İnstitutu bitirdikdən sonra beş il ərzində neft və qaz hasilatı üzrə operatordan sex rəisinin müavini rütbəsinə qədər yüksələ bilir. Bu, gələcək neft maqnatının ilk karyera nailiyyəti olur. 1980-ci illərin əvvəllərində  partiya əmri ilə Qərbi Sibirə göndərilir, orada Surgutneft və Fedorovskneft kimi iri neft şirkətlərində rəhbər vəzifəsində çalışır.

80-ci illərin ortalarında isə “Koqalımnefteqaz”ın baş direktoru vəzifəsinə təyin edilir. Bu vəzifədə, Sibir filiallarının neftçiləri ilə bir sıra mühüm tanışlıqlar əldə edir.

1990-cı ildə gənc təşəbbüskar lider Moskvaya Neft Sənayesi nazirinin müavini vəzifəsinə dəvət edilir. Ələkbərovun vəzifələrinə xarici həmkarları ilə əlaqə qurmaq daxil idi. Nazirlikdəki ilk ilində “British Petroleum”un dəvəti ilə Sovet neftçiləri heyətinin başında Böyük Britaniyaya səyahətində iştirak edir. İki il sonra sürətlə inkişaf etməyə başlayan “Lukoil” şirkəti yaranır.

Neft sahəsinin təşəbbüskar lideri işçilərlə yanaşı partiya müdirləri arasında da nüfuz sahibi idi. Neft borularında partlayışa səbəb ola biləcək qəza halları zamanı Ələkbərovun şəxsən müəssisədə olduğu və problemlərin həllində kömək etdiyi bildirilir.

1995-ci ildə neft maqnatı aktivlərini 1998-ci ildə qlobal böhran zamanı çökən Rusiyanın ən böyük bankı “İmperial”ın səhmləri ilə doldurur. Oliqarxın ayrıca böyük bir özəl yanacaqdoldurma şəbəkəsi, neft satışı şirkəti və motor qatqısı istehsalı müəssisəsi var.

“Lukoil” prezidenti neft işini dünyanın bir çox ölkəsində genişləndirib. Şirkətin nümayəndəlikləri Rusiya, Belarusiya, Azərbaycan, Ukrayna, ABŞ və Bolqarıstanda fəaliyyət göstərir. Faydalı qazıntılar sahəsindəki uğurlu fəaliyyətinə görə milyarder dəfələrlə fəxri mükafatlarla təltif olunub, eyni zamanda dövlət mükafatlarına layiq görülüb.

2007-ci ildə Vahid Ələkbərov Rusiyada sosial sahibkarlığın inkişafı ilə məşğul olan “Gələcəyimiz” xeyriyyə fondunu yaradır və “Lukoil”dəki öz hissələrini bu fonda vəsiyyət edir. 2010-cu ildən etibarən isə Ələkbərov, həmçinin Skolkovo Vəqf Şurasının üzvü kimi fəaliyyət göstərir.

İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların yeganə övladları Yusif 1990-cı ildə dünyaya gəlib. Atası kimi o da təbii resurslarla maraqlanır. 2012-ci ildə Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub.

Yusif 2016-cı ildə ailə həyatı qurub. Bir müddət öncə KİV-də onun həyat yoldaşı Alisa Ələkbərovanın turizm biznesi ilə məşğul olduğuna dair məlumat yayılıb.

Qeyd edək ki, Yusif Ələkbərov “Rusiyanın ən varlı varisləri” siyahısında iki dəfə ilk pillədə yer alıb.

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı