Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat

12 iyun, 2021 12:35

Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyində deyir ki, altı iri dövlət şirkəti dövlət büdcəsindən aldığı vəsaitdən qat-qat az vəsaiti geri ödəyir. Bunlar “Azərsu” ASC, “AZAL”, “Dövlət Dəmir Yolları” QSC, “Azərenerji” ASC, “Azəriqaz” QSC və Xəzər Dəniz Gəmiçiliyidir.

Hesablama Palatasının rəyinə görə, 2020-ci ildə onlardan 5 iri dövlət şirkəti dövlət büdcəsinə ödədiklərindən 19 dəfə çox dövlət büdcəsindən dəstək alıblar: təxminən 81 mln. manat vergi ödəmələrinə qarşı 1.5 mlrd. manatdan bir qədər çox büdcə dəstəyi əldə ediblər.

Məsələn, “Azərsu” keçən il büdcədən təqribən 401 milyon manat alsa da, büdcəyə bundan təqribən 40 dəfə az, təqribən 10 milyon manat vergi daxilolması qaytarıb. Və ya Dövlət Dəmiryolları büdcəyə aldığından təqribən 70 dəfə az ödəmə edib.

İqtisadi təhlilçi Toğrul Vəliyev bildirib ki, bu, bəzi şirkətlər üçün qəbulolunandır, çünki onların böyük investisiya xərcləri var: “Məsələn, dövlət dəmiryolları bu tikintiləri özü maliyyələşdirə bilməzdi”.

Bununla belə, Toğrul Vəliyev əlavə edir ki, bu siyahıdakı bəzi şirkətlər əslində daha çox ödəniş edə bilərdilər və onlara yüksək məbləğdə vəsait ayrılsa da, göstəridikləri xidmətin keyfiyyəti sual altındadır: “Birinci problem şəffaflıq problemidir. Vəsaitin böyük istiqaməti bəlli olmayan xərclərə yönəlir”.

Keçən ilin avqustunda prezidentin sərəncamı ilə İnvestisiya Holdinqi yaradılıb və bu iri dövlət şirkətlərinin bir çoxu həmin holdinqin idarə etməsinə verilib. Toğrul Vəliyev deyir ki, hökumət bu şirkətləri sağlamlaşdıracağını desə də, hələ ki, ciddi real dəyişiklik müşahidə olunmur.

Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Rüfət Quliyev isə deyir ki, büdcədən ona görə bu qurumlara çox vəsait ayrılıb ki, hökumət bəzi xidmətlərdə əhaliyə güzəşt edib, ucuz satıb, bu fərqi də büdcə hesabına qapayıb.

Deputat deyib ki, 2020-ci ili tək götürmək doğru olmazdı, çünki keçən il pandemiya səbəbindən bütün dünya, o cümlədən də Azərbaycan üçün çətin olub: “İndi həmin qurumlara tapşırıq verilib – “sizə kifayət qədər investisiya yenə veriləcək, amma bir şərtlə- siz gərək maya dəyərini düzgün hesablayıb və satış qiymətini də düzgün müəyyənləşdirməlisiz”. Durum deyim ki, bunlar hamısı qeyri-effektiv işləyib, yaxud orda mənimsəmə olub, bu o qədər də düz olmazdı. Problemlər olub, var və indi o problemlər çözülür, yəni islahatlar aparılır və biz bunu tənzimləyirik”.

azpolitika.info

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR