Prezident şəhid olan jurnalistlərlə bağlı SƏRƏNCAM VERDİ
14 iyun, 2021 14:37
Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu yerinə yetirərkən şəhid olan jurnalistlər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azsiyasət.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:
Abışov Sirac Abış oğlu,
Əliyev Arif Ağalar oğlu,
İbrahimov Məhərrəm Əli oğlu”.