Prezident yeni çəkilən yollarda görülən işlərlə tanış olub
14 iyun, 2021 20:04
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.
Azsiyasət.com xəbər verir ki, dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verildi.
Bildirilib ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.