"Davam" Milli Qurtuluş Gününü qeyd edib - FOTOLAR

15 iyun, 2021 15:19

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Davam” Gənclər Hərəkatının mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzində görüş keçirilib.

Azsiyasət.com xəbər verir ki, tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, həmçinin hərəkatın katibliyi və bir qrup davamçı üzv iştirak edib.

“Davam”ın sədri Nihad Allahyarlı iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. O, öz çıxışında bu günün əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, 15 iyun 1993-cü il tarixinə kimi Azərbaycanın suverenliyi sual altında idi, lakin böyük xilaskarın qayıdışı və xalqımızı qurtuluşdan inkişafa doğru aparan müdrik siyasəti ilə bu təhlükə aradan qalxmış oldu. O, Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi davamçısı olduğunu qeyd edərək bildirib ki, hər iki liderin Yeni Azərbaycanın bu günlərə gəlib çıxmasında müstəsna xidmətləri var.

N.Allahyarlı həmçinin vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə bu davamlı siyasətin əməli nəticəsi idi.

Öz növbəsində çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ümummilli lider Heydər Əliyevin dediyi sözləri bir daha xatırladaraq gənclərin cəmiyyətin inkişafında xüsusi rolu olduğunu bildirib. Qeyd edib ki, həqiqətən də, cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.

Bəxtiyar İslamov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan gənclər siyasəti və azərbaycançılıq ideologiyasının Cənab Prezident İlham Əliyev tərəfindən ən uğurlu şəkildə davam etdirildiyini vurğulayıb. O bildirib ki, bunun ən bariz nümunəsi qurtuluş dövrünün ideologiyası ilə tərbiyə olunan Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlıq və şücaətdir. Tədbirin gedişatı diskussiya formatında baş tutub. Davamçı üzvlər öz suallarını ünvanlayıb, müxtəlif təkliflər irəli sürüblər. Tədbir başa çatdıqdan sonra Nihad Allahyarlı Bəxtiyar İslamovu hərəkatın ofisi və katibliyi ilə tanış edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR