Ərdoğan Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
16 iyun, 2021 19:08

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstəsi qoyub.
Azsiyasət.com xəbər verir ki, Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi qoyulub.





