Şuşa Bəyannaməsi: mübarizədə yeni bir mərhələ başlayır

17 iyun, 2021 10:48

”Şuşa bəyannaməsi Allahü Əkbər dağlarından Nargin adasına qədər həlak olanların və Qafqaz İslam Ordusu şəhidlərinin ruhuna fatihədir” - Sadettin Tantan

Türkiyənin Yurd Partiyasının sədri, keçmiş daxili işlər naziri Sadettin Tantan Turan agentliyinin suallarını cavablandırdı

“Zəngəzur dəhlizinin açılması bölgə ölkələrinin hamısı üçün faydalı olacaqdır”

Turan: Azərbaycan öz torpaqlarını işğaldan xilas etməyə başlayan kimi hər həftə analizlər vermişdiniz.Türkiyə prezidentinin Şuşaya getməsini və iki ölkə arasında imzalanan sazişi necə qiymətləndirirsiniz?

Tantan: Azərbaycan ilə Türkiyə arasındakı  münasibətlərdə tarixi günlərdən birini yaşadıq. Şuşa sazişində 1921-ci Kars müqaviləsinin xatırladılması və ona  istinad edilməsi çox mühümdür, buna görə hörmətli prezident İlham Əliyevi təbrik edirəm. Bununla birlikdə könlüm istəyərdi ki, 1921-ci ildən daha əvvələ gedilsin. Çünki Azərbaycan hələ müstəqil dövlət olmadan Osmanlı imperiyasına Bakıdan yardımlar göndərilib, Çanakkale savaşında şəhid olan Azərbaycan Türklərinin məzarları üzərində bayraqlar vardır. Daha sonra Nuri Paşanın komandanlığındakı Qafqaz İslam Ordusu 28 may 1918-ci ildə elan edilmiş Azərbaycan Cümhuriyyəti hökumətini öz sərhədlərinin daxilinə  köçürərək 15 sentyabr 1918-də Bakını işğalçılardan azad edib. Bunlar bizim qardaşlıq tariximizin ən şanlı səhifələridir,həmişə onlara istinad etməliyik.Şuşa sazişi mənim üçün həm də  Allahü Əkbər dağlarında donaraq şəhid olmuş 90 min əsgərimizlə Nargindəki zülmlərdən səsləri ərşə yüksəlmiş əsgərlərimizin ruhlarına fatihədir. Bu tarixləri heç vaxt unutmamalıyıq, Şuşa  bəyannaməsinin  ruhu da bizdən bunu tələb edir.

Turan: İki ölkə arasındakı münasibətlərin daha da gücləndirilməsi və hətta inteqrasiya səviyyəsinə çıxarılmasını təklid edərkən texnologiya,kəşfiyyat və təhlükəsizlik sahələrindəki əməkdaşlığa diqqəti xüsusi  cəlb edirdiniz.Sizcə, Şuşa sazişi bunun yolunu açacaqmı?

Tantan: Daha da açacağına inanıram. Çünki dünyada cərəyan edən proseslər Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da gücləndirilməsini tələb edir.Şuşa szişiylə bölgədə yeni bir mərhələ başladığını düşünürəm və bu mərhələdə Türkiyə-Azərbaycan əməkdaşlığı bütün sahələrdə gücləndirilməlidir. Bunun olmaması halında böyük dövlətlərin təzyiqlərinə qarşı müqavimət göstərmək də çətinləşə bilər.Bununla birlikdə,Azərbaycan torpaqlarının bir hissəsində “sülhməramlılar” adı altında Rusiya hərbçiləri mövcuddur. Bütün çıxışlarımda  əcnəbi hərbçilərin Azərbaycandan çıxarılmasını və sərhədlərin tamamilə nəzarət altına alınmasını  arzu etmişəm.Ona görə deyirəm ki, daha  güclü şəkildə əməkdaşlığımız qaçınılmazdır. İşğaldan azad edilmiş torpaqlardakı infrastruktur işlərində Türk firmalarının iştirakı məmnuniyyət doğurur,bu əməkdaşlığın istisnasız olaraq bütün sahələrdə olmasını arzu edirəm. Çünki bu əməkdaşlıq Güney Azərbaycanın milli oyanışına təkan verəcək, Türk dilli o biri ölkələrin də bundan dərs  alması lazım gələcək.

Turan: Lideri olduğunuz Yurd Partiyası Güney Azərbaycanı da Zəngəzuru də  “Misaqi-milli” sərhədləri çərçivəsinə daxil edib. Hələ keçən ilin noyabrında Azərbaycan parlamentinə müraciət edərək Zəngəzuru Ermənistana verən qərarın ləğvini  təklif etmiş  və parlamentin fəaliyyətsizliyinə diqqəti cəlb etmişdiniz. Şuşa sazişi Zəngəzur dəhlizinin açılması üçün kifayət edirmi?

Tantan: Mən Zəngəzur dəhlizinin  açılmasının tərəfdarıyam.Dəhlizin açılması Türkiyə və Azərbaycan kimi Ermənistanın  da xeyrinədir və Ermənistandakı sağlam düşüncəli siyasətçilərin   bunu istədiyinə inanıram.Bölgə ölkələri arasındakı əməkdaşlıq güclənməlidir və Zəngəzur dəhlizi bunun təməllərindən  biri olacaqdır. Mən Gürcüstanı,İranı və Rusiyanı da bu əməkdaşlığın çərçivəsində görmək istəyirəm.Regional əməkdaşlıqları gücləndirəcək heç bir addım gecikdirilməməlidir.Bölgə ölkələri demokratikləşməli, milli sərvətlər müəyyən qrupların əlindən alınıb ədalətli şəkildə xalqa paylanmalıdır. Bu barədə Türkiyəyə də Azərbaycana da dəfələrlə TV ekranlarından  müraciətlərim olub. Ölkələrimizi idarə edənlər öz vətəndaşlarına ləyaqətli şəkildə xidmətdən başqa heç nə düşünməməlidirlər.

Turan: Bu proseslərdə diqqəti cəlb etdiyiniz başqa bir nöqtə də “Azərbaycan iqtidarının milli birliyi  gücləndirmək üçün müxalifətlə əlbir olması”  məsələsi idi...

Tantan: Şuşa sazişinin imzalanması mərasimində müxalifəti də görməyi arzu edirdim. Ancaq görməyib məyus oldum. Türkiyənin dövlət idarəçiliyində  və siyasi  arenasında kifayət qədər təcrübəsi olan şəxs kimi deyirəm: mübarizədə yeni bir mərhələ başlayır və burada önəmli faktor milli birlik və həmrəylik olacaqdır. Azərbaycan bunu təmin etsə,təkcə Qafqazın yox, Orta Şərqin də ən güclü bir neçə ölkəsindən biri olacaqdır.İstər hərbi sahədə, istərsə də diplomatiya və beynəlxalq siyasət sahəsindəki bütün mübarizələrdən milli birlik yoluyla qalib çıxmaq mümkündür. Qardaş Azərbaycana bunu arzu edirəm.  

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR