Prezident mükafatçısı Reyhan Camalova dünya miqyaslı "Yaşıl Mükafatlar" nominasiyasının qalibi oldu

19 iyun, 2021 14:41

Azsiyasət.com-a açıqlamasında “Davam" Gənclər Hərəkatının media və PR məsələləri üzrə katibi Lumu İsrəfilli bildirib ki, 18 iyun tarixində “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü və “Rainergy” layihəsinin təsisçisi Reyhan Camalova Almaniyanın Berlin şəhərində baş tutan "Yaşıl Texnologiyalar" Festivalı (Greentech Festival) çərçivəsində keçirilən "Yaşıl Mükafatlar" (Green Awards) müsabiqəsinin "Gənc" (Youngster) kateqoriyasında qalib olub.

L.İsrəfilli bildirib ki, münsiflər müsabiqənin ilkin mərhələsində dünya üzrə 6 gənc seçiblər ki, onlardan biri də Reyhan Camalova olub. Daha sonra müsabiqənin 3 finalistini müəyyən etmək üçün 6 nəfər arasında ictimai onlayn səsvermə keçirilib. Bu onlayn səsvermə prosesində “Davam” Gənclər Hərəkatı Reyhan Camalovanın final mərhələdə təmsil olunması üçün davamçı gənclərin dəstəyi ilə xüsusi bir kampaniya başladıb və nəticədə Reyhan Camalova ictimai onlayn səsvermənin nəticələrinə görə 3 finalistdən biri olub. Yarışmanın final mərhələsində Azərbaycan, Almaniya və İndoneziya təmsilçisi iştirak edib.

Bu qlobal müsabiqənin final mərhələsində beynəlxalq jüri tərəfindən məxfi səsvermə nəticəsində Reyhan Camalova qalib seçilib. Sonda “Davam” sözçüsü əlavə edib ki, Azərbaycan bu müsabiqədə ilk dəfədir ki, təmsil olunur və Reyhan Camalovanın uğurlu təmsilçiliyi nəticəsində qalib gəlir. O, Reyhan Camalovanın həmçinin 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görüldüyünü də xüsusi vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR