Gənclər və İdman Nazirliyi Mədəniyyət Nazirliyinə birləşməlidirmi? Yeni nazir kim olmalıdır...

21 iyun, 2021 10:09

2006-cı ildən Azərbaycanın Gənclər və İdman Nazirliyinə rəhbərlik edən Azad Rəhimovun 2021-ci il aprelin 30-da vəfatından sonra qurumun bundan sonrakı fəaliyyəti ilə bağlı müxtəlif çeşidli iddialar səsləndirilir. Müxtəlif rəsmi dəhlizlərdə Gənclər və İdman Nazirliyinin başqa bir quruma birləşdiriləcəyi ilə bağlı söz-söhbətlər dolaşır.

Ortada isə iki əsas sual var:

- Gənclər və İdman Nazirliyinin hansı quruma birləşdiriləcəyi müzakirə mövzusudur?

- Gənclər və İdman Nazirliyi bundan sonra müstəqil qurum olsa, daha səmərəli fəaliyyət ortaya qoya bilər, yoxsa hansısa nazirliyə birləşsə?

Məlumdur ki, 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi ləğv edildi, əvəzində Gənclər və İdman Nazirliyi yaradıldı. Fərmanla Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi də yaradılmış oldu. 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi ləğv edilərək yerində Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı.

Bu gün isə Gənclər və İdman nazirliyinin Mədəniyyət Nazirliyinə birləşdirilməsi ilə bağlı iddialar səsləndirilir. Gənclər və idman sektorunun mədəniyyət sahəsindən ayrıca fəaliyyəti ilə bağlı verilmiş qərar ən doğru qərar idi və mövcud şərtlər daxilində Gənclər və İdman Nazirliyinin Mədəniyyət Nazirliyinə birləşdirilməsi bu gün də doğru olmazdı.

Birincisi, Mədəniyyət Nazirliyi çox böyük qurumdur, görüləsi işlər isə çoxdur. Nəzərə almaq lazımdır ki, Qarabağın işğaldan azad edilməsindən sonra tarixi-mədəniyyət abidələrimizin bərpasında, dövlətin mədəniyyət sahəsində addımlarının dünyada təbliğində, daha konkret desək, Qarabağın dirçəldilməsində Mədəniyyət Nazirliyinin də üzərinə böyük məsuliyyət düşür. Ölkənin kino sənayesinin inkişafı sıfırın altındadır. Bu sahəni inkişaf etdirmək, Vətən müharibəsindən ciddi filmər çəkmək doğru olmazdımı? 

Digər tərəfdən, Əbülfəz Qarayevin vəzifədən çıxarılmasından sonra Mədəniyyət Nazirliyində ciddi dəyişikliklərin baş verəcəyi ilə bağlı ümidlərimiz olsa da, ancaq hələ də bu qurumun fəaliyyətində nəzərəçarpacaq dəyişiklik də baş verməyib. “Köhnə hamam, köhnə tas” prinsipi öz aktuallığını qorumaqdadır. Məhz belə bir situasiyada Mədəniyyət Nazirliyini daha da böyütmək, məmurların yükünü artırmaq nəyə lazımdır? Artıq xeyli müddətdir bir sahədə ciddi islahatlara nail ola bilməyənlər gənclər və idman sektorunda hansı addım ata bilərlər!?

İkincisi, Gənclər və İdman Nazirliyi dünyada Azərbaycana güzgü tutan təşkilatdır, bir növ ölkənin təqdimatı da bu qurum vasitəsilə həyata keçirilir. Nazirliyin ciddi islahatlar aparılmaqla, heç bir quruma birləşdirilməməsi daha məqbuldur. Azərbaycan həm də idman ölkəsidir, idman isə ölkə siyasətinin əsas və mühüm istiqamətlərindən biridir. Önəmli beynəlxalq idman tədbirləri məhz Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib. Üstündə kifayət qədər məsuliyyətli yük olan Gənclər və İdman Nazirliyinin hansısa quruma birləşdirilməsi ölkədə idman və gənclər sahəsindəki işləri ciddi şəkildə “tormozlayacaq”.

Ən əsası isə, bu nazirliyin fəaliyyəti təkcə idman siyasətinin aparılmasını özündə ehtiva etmir, həm də ölkənin əsas güc mənbəyi sayılan gənclər siyasətini də koordinasiya edir. Təsəvvür edin, ölkə əhalisinin 23,6 %-ni gənclər təşkil edir və bu, həm də o deməkdir ki, Gənclər və İdman Nazirliyi ölkə əhalisinin 23,6%-nə xitab etməlidir. Belə bir ciddi sosial bazaya, xitab auditoriyasına dövlət nəzarətini həyata keçirməli olan Gənclər və İdman nazirliyinin hər hansı bir quruma birləşdirilməsi nə dərəcədə doğru olardı?  

Ən vacib məqamlardan biri - Gənclər və İdman naziri vəzifəsinə kim gətirilməlidir?

A.Rəhimovun vəfatından sonra Gənclər və İdman naziri vəzifəsi boş qalıb, hələki heç kəs bu vəzifəyə təyinat ala bilməyib. Şübhəsiz, bu vəzifəyə təyin olunmaq üçün müxtəlif şəxslər ciddi cəhdlər çalışırlar. Nazir vəzifəsinə iddialı olan və buna görə hər gün müxtəlif səpgili görüşlər keçirən, qəbullarda olan şəxslərin adını hallandırmağa ehtiyac yoxdur.

Ancaq dövlət bir neçə məsələyə diqqət etməlidir. Nəhəng bir quruma rəhbərin təyin olunmasından söhbət gedir. O qurum ki, orada külli miqdarda dövlət vəsaitləri həm də təyinatı üzrə xərclənməli, korrupsiyaya yol verilməməlidir.

Ən əsası isə, Gənclər və İdman naziri vəzifəsinə təyin olunacaq şəxs bütün siyasi, dini cərəyanlardan kənar şəxs olmalıdır. Hər hansı sektanın, siyasi-dini cərəyanın, təriqətin "kripto" isimlərini bu vəzifəyə təyin etmək olmaz.

Məlumdur ki, ölkəmizdə müxtəlif qurumlarda, eləcə də Gənclər və İdman Nazirliyində hələ də bir sıra "kripto" isimlər var və onların təmsil etdiyi siyasi-dini cərəyan (əslində isə terrorçu cərəyan) hazırda bütün gücü bu vəzifə uğrunda “savaşa” başlayıb.

Gənclər və İdman naziri vəzifəsində təyin ediləcək şəxs kifayət qədər milli kadr olmalıdır, onun gənc olması heç bir əhəmiyyət kəsb etmir. Kəmiyyətə yox, keyfiyyətə fikir vermək lazımdır.

Hesab edirəm ki, bu vəzifəyə təyin olunan şəxs dövlət strategiyasını mükəmməl bilməli, regional və qlobal hadisələri idman və gənclər sahəsi fonunda təhlil edib ölkənin idman və gənclər siyasətinin əsas prioritetlərini müəyyənləşdirməyi bacarmalıdır.

Belə bir kadr varsa, təyin edin, yoxdursa, “gəncdir, Avropada oxuyub” deyərək nazir vəzifəsini yalnız öz çuluğunu sudan çıxaranlara həvalə etməyin. Və nəzərə alın ki, həbs edilən rüşvətxor məmurlar içərisində Avropa təhsilli xeyli sayda adam var. Kiminsə ailəsinin, özünün pulu varsa və gedib Avropada oxuya bilibsə, bu, ona heç bir üstünlük qazandırmır. Ölkədə milli kadrlara üstünlük vermək lazımdır.

Artıq təcrübə göstərir ki, ABŞ-ın Texas Universitetini bitirib ölkənin milyardlarla vəsaitini oğurlayan Cahangir Hacıyevin timsalında Avropa təhsilliləri önə çəkilməsi kosmetik dəyişiklikdən başqa bir şey deyil.

Samir Feyruzov

Azsiyasət.com

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"