"Millət 5 manat çörəkpuluna görə düzlərə düşüb, pərən-pərən olub"  - Tacir Şahmalıoğlu

21 iyun, 2021 13:38

Azsiyaset.com müğənni Tacir Şahmalıoğlunun yenisabah.az-a verdiyi müsahibəni təqdim edir:

- Qarabağ işğaldan azad edildi. Sizi də ürəkdən təbrik edirik. Doğma yurdunuzu gedib görə bilmisinizmi?

- Bütün Azərbaycan xalqını Qarabağımızın azad olunması münasibətilə təbrik edirəm. Allahdan arzu edirəm ki, bütün həmyerlilərimiz öz doğma yurd-yuvasına qayıtsın. Əslində mən də öz yurduma getmişəm, amma müəyyən bir yerə qədər irəliləyə bilmişik. Tam gedib gəzmək mümkün olmayıb. Arzulayıram ki, tezliklə torpaqlarımız minalardan təmizlənsin və bizlər də rahat şəkildə gedib öz yurd-yuvamızı tapaq. Heç olmasa, bununla təskinlik tapaq.  

- Tez-tez işğaldan azad olunan bölgələrə səfərlər təşkil olunur. Sənət adamlarını bu səfərlərdə görürük. Siz onlarla birgə gedirsinizmi?

- Doğrudur, tez-tez azad olunan bölgələrimizə səfərlər təşkil olunur. Mən səfərlərin təşkilatçılarına öz təşəkkürlərimi bildirirəm ki, belə səfərlər təşkil edirlər. Amma eyni zamanda təşkilatçılara Allahdan mərhəmət və insaf diləyirəm ki, səfər zamanı bir-iki sənətkarı da bu səfərlərə, konsertlərə dəvət etsinlər.

- Bununla bağlı harasa müraciət etmisinizmi?

- Xeyr. Mən ora dincəlməyə getmirəm ki, məzuniyyət vərəqəsi alam. Həmin yerlər hamımızın canımızı belə qurban verəcəyimiz, qəlbimizdə yaşayan bir yerdir. Ora hər bir həsrət çəkən azərbaycanlı getməlidir. Onlar özləri bunu nəzərə alıb, ədalətli hərəkət edib Qarabağ üçün dodağı dörd yerdən cırılan, 30 ildir həsrət çəkən binsanları dəvət etməlidirlər, lakin etmirlər.

- Bir müddət əvvəl Şuşada keçirilən “Xarıbülbül festivalı”nda sizi görmədik. Sizə qarşı ögey münasibət nə ilə bağlıdır?

- Bu insafla bağlıdır. İnsanda ədalət, insaf, mürvət yaxşı şeydir. Mən də onlara bu insafı, haqqı diləyirəm ki, bir az haqqa gəlsinlər. Həsrət çəkənləri yadlarına salsınlar. Allahdan onlara yalnız insaf diləyirəm...

- Ötən il Mədəniyyət naziri dəyişdi. Yeni təyinatdan sonra bu sektorda hansısa dəyişiklik hiss olunurmu?

- Yeni Mədəniyyət nazirimiz Anar Kərimovun alicənab insan olduğunu bilirəm. Bu haqda əvvəlcədən xəbər tutmuşam və ona böyük hörmətim var. Ancaq mən hələ ki, bu sektorda hər hansı dəyişiklik görməmişəm. Elə eyni insanlardır hələ də gedib-gəlir. Başqa heç nə görməmişəm. Bundan sonra Allahın köməkliyi ilə görsəm, bunu soruşsalar da, soruşmasalar da mütləq hər yerdə qeyd edəcəyəm.

- Azərbaycanda artıq bir ildən çoxdur toy məclislərinin keçirilməsinə icazə verilmir. Ayın 10-dan idman zalları, “Mall”lar açıldı. Amma bu qərar toylara aid edilmədi. Siz necə düşünürsünüz, sicə, toylara icazə verilməlidirmi?

- Əlbəttə ki, Ali Baş Komandanımız özü bu işlərin hamısını yaxşı bilir. Amma mən bir sənətkar kimi öz fikrimi deyirəm, toylar mütləq açılmalıdır. Çünki bu qədər millət 5 manat çörək pulundan ötrü düzlərə düşüb, pərən-pərən olub. Ölkəmizdə el şənlikləri təşkil olunsa, bu qədər camaat qırağa getməz. Eybi yox, qoy 5 manat olsun, amma öz vətənimizdə qazanaq. Ümumiyyətlə, Azərbaycanda hər şey toyla bağlıdır. Xırda və orta sahibkarların hamısının ticarətləri məhz toyla bağlıdır. Azərbaycanda toylarla bağlı qadağa aradan qalxsa, xalqımız yaxşı dolanar. Başqa ölkələrə üz tutmağa da ehtiyac qalmaz.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR