Ermənistandakı seçkilərlə bağlı rəsmi Bakının mövqeyi: "Proseslərdən düzgün nəticə çıxarmağa çağırırıq..."

21 iyun, 2021 16:47

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanda ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə dair rəsmi Bakının mövqeyini açıqlayıb.

Azsiyasət.com xəbər verir ki, nazir Bakıda səfərdə olan qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə keçirdiyi brifinq zamanı “Yerevanın ölkədə yaranmış siyasi böhrandan düzgün nəticə çıxaracağını” gözlədiklərini deyib.

“Dünən, məlum olduğu kimi, Ermənistanda parlamentə növbədənkənar seçkilər keçirildi. Hökumətin formalaşması gözlənilir. Hesab edirik ki, bu proseslərin nəticəsi olaraq Ermənistan rəhbərliyi mövcud siyasi böhrandan düzgün, real nəticələr çıxaracaq. Bu böhranın kökləri dərinə gedir, səbəbi Ermənistanın beynəlxalq hüququ pozması və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirmək cəhdləridir”,- Ceyhun Bayramov bildirib.

Nazir xatırladıb ki, Azərbaycan ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistana təklif verib və bu təklif qüvvədə qalır. Onun sözlərinə görə, Bakının mövqeyi məlumdur və dəyişməz qalır, bu mövqe prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilib.

“Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, ərazi bütövlüyünə hörmət edilməsinə suverenliyə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanaraq Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Və bu istiqamətdə öz təklifini verib. Rəsmi Bakı hesab edir ki, region ölkələrinin qarşılıqlı əməkdaşlığının alternativi yoxdur”,- Ceyhun Bayramov deyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR