Adamlara çip yerləşdirmək söhbətləri təsdiqləndi - Putin məxfi proqram başladıb

22 iyun, 2021 11:44

Rusiyanın elm və təhsil Nazirliyi insanların beyninə çip yerləşdirilməsini də nəzərdə tutan proqram üzərində işləyir.

Azsiyaset.com xəbər verir ki, bu məxfi proqram haqda “Kommersant” qəzeti məlumat əldə edib.

İnsanlara çip yerləşdirilməsi planlarının mövcudluğu barədə söz-söhbətlər dünyada koronavirus pandemiyası ilə bağlı geniş vüsət almışdı və belə konsprioloji nəzəriyyə irəli sürülmüşdü ki, guya bu virusu yaymaqda məqsəd insanlara çip yerləşdirməkdir. Konspiroloqlar bu planın arxasında “Microsoft” qurucusu Bill Qeytsin dayandığını irəli sürürlər. Dünyada bu iddialara inananların sayı milyonlarla ölçülür.

Lakin indi məlum olur ki, məsələ koronavirusla bağlı olmasa da hər halda insanların beyninə çip yerləşdirib onlara kənar qurğulardan komanda vermək istəyənlər var. Özü də bu plan konspiroloqlar tərəfindən deyil, dövlət strukturları tərəfindən irəli sürülüb və hazırda üzərində iş gedir.

Qəzetin yazdığına görə, “Beyin, sağlamlıq, intellekt, innovasiyalar 2021-2029 illərdə” adlı proqram çərçivəsində insanların beynində xarici qurğulardan verilənlərin ötürülməsi üçün çip yerləşdiriləcək. “Kommersant” bu layihə barədə Rusiya Elmlər Akademiyasının rəhbəri Aleksandr Sergeyevin prezident Vladimir Putinə məktubundan öyrənib.

Layihə Rusiya Elmlər Akademiyası və Lomonosov adına Moskva Dövlət Universiteti tərəfindən hazırlanıb. Onun həyata keçirilməsinə 54 milyard rubl lazımdır, vəsaiti digər milli layihələrdən ayırmaq nəzərdə tutulur. Prezident Vladimir Putin proqramın işlənib hazırlanmasını baş nazir Mixail Mişustinə və administrasiyasının rəhbəri Anton Vaynoya tapşırıb. Elm və təhsil nazirliyindən deyiblər ki, layihə “ilkin mərhələdədir”. Layihəyə əsasən Rusiyada neyrointerfeyslər texnologiyasını inkişaf etdirmək nəzərdə tutulur, bu texnologiya xarici elektron qurğuları beyninin elektrik siqnalları vasitəsilə idarə etməyə imkan verəcək. Həmin elektrik siqnalları süni intellektin köməyi ilə idarəetmə komandalarına çevrilir.

Layihə müəllifləri məktubda qeyd ediblər ki, bu texnologiyalar üzrə elmi bazanı inkişaf etdirmək və qabaqcıl prototiplərin kütləvi istehsalına başlamaq lazımdır. Layihədə göstərilir ki, mürəkkəb sistemləri (təyyarələri, AES-ləri, avtomobilləri ) həm bilavasitə, həm məsafədən idarə etmək üçün “insan-texnika” interfeyslərinin yaradılması planlaşdırılır. Habelə müstəqil şəkildə məqsədləri formalaşdıran, situasiyanı qiymətləndirən, onun inkişaf ssenarisini proqnozlaşdıran və qərarlar qəbul edən interfeyslərin hazırlanması da nəzərdə tutulur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR