Baba Rzayevin şirkəti 800 minlik tenderin qalib oldu - "Azərişıq" həm də vergi borcu olan şirkətlə müqavilə bağlayıb 

22 iyun, 2021 16:56

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) elan etdiyi iki tenderin qaliblərini açıqlayıb.

Azsiyaset.com reportyor.info-ya istinadla xəbər verir ki, 6/10/0,4 kV-luq xətlərində elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylaşımı məqsədi ilə qurğuların satın alınması üzrə müsabiqənin qalibi “Energo” MMC olub. Qurum şirkətə 342 211.8 AZN ödəməlidir. 

Sabit və dəyişən gərginliyi ölçən elektron cihazların və onların aksesuarlarının satın alınması üzrə tenderin qalibi isə “Electro Service” MMC olub. “Azərişıq” ASC ilə şirkət arasında imzalanan satınalma müqaviləsinin maliyyə dəyəri 879 903.76 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Energo” MMC 7 iyul 2020-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 40 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A, məhəllə 142, mənzil 82-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğludur.

Açıq mənbələrdə “Energo” MMC və Rəşad Şıxıyev barəsində hər hansı məlumat yoxdur. Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda 2558.09 AZN vergi borcu var.

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Həmçinin qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması gərəkdir. Cəmi 1 ildir yaranan “Energo” MMC-nin bu tələblərə cavab verməsi inandırıcı görünmür.

“Elektro Service” QSC-yə gəlincə 8 oktyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan QSC-nin hüquqi ünvanı , Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Babayev Tural Əli oğludur.
Bu şirkət barəsində də açıq mənbələrdə məlumatlar məhduddur. Lakin mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlarda qeyd edilir ki, “Elektro Service” QSC “Azərenerji”nin rəhbəri Baba Rzayevin nəzarətində olan şirkətdir. “Azərişıq” ASC-nin bu şirkəti maliyyə dəyəri 1 milyona yaxın olan tenderin qalibi elan etməsinin sirri bu ola bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR