"Xankəndidə qarşıdurma güclənəcək" - "Azərbaycan baş verəcəklərə hazır olmalıdır"

22 iyun, 2021 17:00

Xankəndindəki separatçıların başçısı Araik Arutyunyan Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyanın seçk qərargahında göründükdən sonra ona qarşı kütləvi etirazlara start verildi. Dünən şəhərin mərkəzində yüzlərlə erməni küçəyə çıxaraq onun və Paşinyanın əleyhinə şüarlar səsləndirib. Rusiya sülhməramlıları isə etirazları müşahidə etməklə kifayətlənib.

Əslində nə baş verir? Paşinyanın seçkidəki qələbəsindən sonra onu təbrik edən Arutyunyanın devrilməsi planının işə düşməsi nədən qaynaqlanır? Bu məsələdə Rusiya və onun İrəvandakı bir nömrəli adamı Robert Koçaryanın rolu nədən ibarətdir?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Robert Koçaryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. “O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi əyləşməyi özü üçün təhqir hesab etdiyindən qanunverici orqanın işində iştirak etməyəcəyinə dair açıqlama verib”, - deyə ekspert qeyd edib.

Politoloq xatırladır ki, Koçaryan hazıra öyrəşib: “Komaryanı əvvəlcə Qarabağda separatizmin başına gətirdilər, bir müddət sonra Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan onu Ermənistanda baş nazir təyin etdi. Koçaryan bir il keçməmiş Levon Ter-Petrosyanı devirərək prezident kürsüsünü ələ keçirdi”.

Elxan Şahinoğlu bildirir ki, Koçaryan indi də seçkidə məğlubiyyətinin əvəzində Qarabağı qarışdırmağa başlayıb: 

“Onun Qarabağdakı adamları digər separatçı Araik Arutyunyanı devirmək istəyirlər. Rusiya qarışmır. Görünür, Rusiyadakı mərkəzlər hesab edirlər ki, Koçaryanı Ermənistanda hakimiyyətə gətirə bilmədilər, heç olmazsa Qarabağda radikallar baş rolda olsunlar. Bu, Paşinyan üçün pis ssenaridir. Nikol Paşinyan müharibədə məğlub olsa da, tərəfdarı Araik Arutyunyan vasitəsilə bir gözüylə Xankəndiyə baxır. Ancaq separatçılar Araiki devirib Koçaryan kimisini Xankəndidə oturtsalar, ermənilər arasında nifaq daha da dərinləşəcək”. 

Azərbaycanın reaksiyasının necə olmasına gəldikdə, politoloq hesab edir ki, Xankədidəki hadisələri kənardan seyr etmək məcburiyyətindəyik. “Koçaryanın Qarabağdakı əsas adamı onun kimi digər qatil, qondarma qurumun “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyandır. Araik, Balasanyan və ya qeyrisi – hamısı separatçıdır. Bizim üçün “yaxşı separatçı” və ya “pis separatçı” anlayışı yoxdur. Xankəndidə qarşıdurmanın güclənəcəyi və bir-birlərinə atəş açmaları istisna deyil. Buna da hazır olmalı və nə edəcəyimizi əvvəlcədən bilməliyik”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR