"Qaçqınkom" vergi borcu olan şirkətlə müqavilə imzaladı - Daha bir şübhəli tender

23 iyun, 2021 13:18

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti "EMV Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Azsiyaset.com Bizimxeber.az-a istinadla xəbər verir ki, maliyyə dəyəri 273 317.91 AZN təşkil edən müqavilədə Füzuli rayonu birinci mərhəllədəki fərdi yaşayış evlərinin təmiri nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “EMV Group” MMC 10 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 54, 11-ci küçə, dalan 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Xalid Nəriman oğludur.

“EMV Group” yaradılarkən hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev 16, mənzil 13-də yerləşib. MMC-nin qanuni təmsilçisi isə Əsgərov Adil Azər oğlu olub. 07 aprel 2021-ci il tarixində reyestr sənədlərinə edilən dəyişikliklərdən sonra şirkətin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib.

“EMV Group” MMC-nin yaranmağaından 1 il keçsə də, artıq bir neçə iriməbləğli satınalma müsabiqəsinin qalibi olub. Maraqlıdır ki, sözügedən MMC ilə müqavilə bağlayan dövlət qurumları şirkətin vergi borcu olduğunu nəzərə almır.

Şirkətin bundan əvvəl 8710.82 AZN vergi borcu olub. Buna baxmayaraq, bir neçə tenderin qalibi olub. Hazırda isə “EMV Group” MMC-nin 2473.37 AZN vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir.

Həmçinin, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 1 ildir fəaliyyət göstərən şirkətin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti təkcə 2021-ci ildə toplam maliyyə dəyəri 1 211 341.85 AZN olan 10 satınalma müqaviləsi imzalayıb. Komitənin sədri Rövşən Rzayevdir. O, 21 aprel 2018-ci il tarixdən bu vəzifədədir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR