Onlara "Xocavəndin azad olunmasına görə" medalı verildi
24 iyun, 2021 11:42

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azsiyasət.com xəbər verir ki, sərəncama əsasən, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif ediliblər.